Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Üçüncü hissə: İslam dünyasına mədəni hücum zamanı müstəmləkəçi qüvvələrin istifadə etdiyi üsul və vasitələr



Yüklə 416,28 Kb.
səhifə13/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   9   10   11   12   13   14   15   16   ...   73
Üçüncü hissə: İslam dünyasına mədəni hücum zamanı müstəmləkəçi qüvvələrin istifadə etdiyi üsul və vasitələr

1- İslam tarixini təhrif etmək

Orta əsrlərdən sonra Qərbdə və məsihi dünyasında əziz Peyğəmbərin (s) şəxsiyyətinə qarşı geniş təbliğat hücumu başlandı. İslamın qatı düşmənləri anladılar ki, İslamla mübarizə yollarından biri Peyğəmbərin (s) simasını ləkəməkdir. Bu sahədə çoxlu işlər görüldü. Düşmən bu günə qədər müxtəlif üsullarla Peyğəmbərin (s) şəxsiyyətini dünya azadlıqsevərlərinin beynindən çıxarmaq məqsədi ilə işlər görür. Dünyada çoxlu insanlar var ki, İslam peyğəmbərini (s) müsəlmanların tanıdığı qədər və hətta ondan da az tanısalar, İslama və İslam mənəviyyatına inanar və üz tutarlar.65


Siz gördünüz ki, qlobal hegemonizm İslam inqilabı sayəsində güclənən İslamın mənəvi inkişafı qarşısında öz muzdurunu əziz Peyğəmbərin (s) şəxsiyyətini təhqir etməyə, dünyanın qızıl və güc şeytanlarının əmri ilə şeytani kitab yazmağa məcbur etdi. O, dünya müsəlmanlarının və birinci növbədə Böyük İmam və əzəmətli rəhbərin qətiyyətli cavabı ilə üzləşdi. İmam o şeytansifətin edam hökmünü verdi.66
Müstəmləkəçilik Asiyaya və Afrikaya daxil olandan İslam ümmətinin keçmişini ləkələməyə və unutdurmağa çalışmışdır. On səkkizinci əsrin sonlarından etibarən müstəmkəçilərin birbaşa və ya dolayı məqsədləri olan İslam ölkələrinin maddi və insani resurslarına hakim olmaq və müsəlman xalqların taleyini ələ keçirmək təbii şəkildə müsəlman xalqların qürur və şəxsiyyət hissinin sınmasını, onların öz möhtəşəm keçmişlərindən tam xəbərsiz qalmasını tələb edirdi. Onlar bu yolla öz mədəniyyət və əxlaqlarını buraxıb Qərb mədəniyyətini və müstəmləkə təlimlərini qəbul edə bilərdilər. Azğın və avtoritar hökumətlərin İslam ölkələrində yaratdığı tamamilə əlverişli şəraitdə bu hiylə uğurlu alındı, qərbli düşmənlərin mədəniyyəti və müstəmləkəçiliyin öz siyasi və iqtisadi istismarını təmin etmək üçün müsəlman xalqlar arasında yayılmasını zəruri saydığı bütün təlimləri sel kimi axmağa başladı. Nəticədə 200 il ərzində bütün İslam ölkələri qərbli soyğunçular üçün açıq süfrəyə çevrildi, onlar birbaş hakimiyyətdən tutmuş yeraltı sərvətləri ələ keçirməyə, əlifbanı dəyişdirməyə, hətta Fələstin kimi bir müsəlman ölkəsini tamamilə zəbt etməyə və bu ölkələrdəki İslam müqəddəslərini təhqir etməyə qədər getdilər, müsəlmanları siyasi, iqtisadi və mədəni müstəqilliyin bütün faydalarından, eləcə də elmi və mədəni inkişafdan məhrum etdilər.

Bu gün İslam ölkələri mədəni, ictimai, iqtisadi və hərbi cəhətdən çox acınacaqlı, psixoloji və maddi cəhətdən zəif durumdadırlar. Bu ölkələrin əksərinin siyasi quruluşları da bərbad haldadır. Hər şeyin həqarət və acizlik hissindən xəbər verdiyi bu durumun ən mühüm səbəblərindən biri bu ölkə və xalqların öz tarixi keçmişlərinə, əsrlərin arxasından hər bir zəif və ümidsiz insanı hərəkətə sövq edəcək möhtəşəm keçmişə biganəlik və diqqətsizlikdir. Bu tarixi möhtəşəmliyin əsası ilk müsəlmanların hərəkəti, Allah üçün qiyamı, ixlaslı cihadı, İslamın azadlıq və həyat bəxş edən hökmlərinə əməl etmələri sayəsində, Məkkənin qürbət və Mədinənin cihad dolu günlərində qoyuldu. İslam cəmiyyəti adlanan körpə cihad və mübarizə sayəsində qüvvətli və ağıllı bir gəncə çevrildi, sonra əsrlər boyu elm və bilik məşəlini, hakimiyyət və siyasət bayrağını bütün bəşəriyyətin başı üzərində dalğalandırdı. Bu əzəmət Məkkə və Mədinə mübarizəsindən qaynaqlanırdı.

Müsəlman xalqların bir neçə əsrlik tənəzzül, durğunluq və xarlıqdan sonra İslam dünyasının dörd bir tərəfində Allah üçün oyanışa və qiyama uz tutduğu, azadlıq, istiqlaliyyət, İslama və Qurana dönüş ətrinin bir çox müsəlman ölkələrində duyulduğu bugünkü gündə onların işıqlı və möcüzəvi keçmişlə, Allah üçün qiyam və erkən İslam çağının mübarizə dövrü ilə əlaqələrini möhkəmlətməyə həmişəkindən daha çox ehtiyacları var.

Deyilənlərdən keçmiş müstəmləkəçilərin və bugünkü beynəlxalq hegemonların müsəlmanların öz keçmişləri ilə əlaqəsindən qorxmalarının və ona qarşı vuruşmalarının səbəbini anlamaq olar. Bəli, bu günün və gələcəyin tarixini yazan amil keçmişlə bu əlaqədir.67



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin