Çünki göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər: taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı. Hər şey onun vasitəsilə və onun üçün yaradılıb. Güc (ynanca: δυνάμεις, latınca: potestates) mələklərinə “Romalılara” və “Efeslilərə” ünvanlanmış məktublarda işarə edildiyi bildirilir:
Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə (güc)... (Romalılara, 8: 38).
Onu yalnız bu dövrdə deyil, gələcəkdə də hər cür hökumətdən, hakimiyyətdən, qüdrətdən (gücdən), iqtidardan və addan üstün etdi (Efeslilrə, 1: 21).
Hakimiyyət (ynanca: ἐξουσίες, latınca: virtutes) mələklərinə “Koloslulara” məktubun 1-ci fəslinin 16-cı bəndində işarə edildiyi söylənilir:
Çünki göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər: taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı. Hər şey onun vasitəsilə və onun üçün yaradılıb. Bu mələklərə şeytanların gücünü məhdudlaşdırmaq qüdrəti verildiyinə inanılır.
III cöhrə. Başlanğıc (ynanca: ἀρχαί, latınca: principates) mələklərinə “Romalılara” (8: 38), “Efeslilərə” (1:21) və “Koloslulara” (1: 16) müraciət məktublarında işarə edildiyi düşünülr. Onlara Kainatı və təbiət qüvvələrini idarə etmək tapşırıldığına inanılır.
Arxangellər (ynanca: ἀρχάγγελοι) baş mələklər hesab edilir. Onlardan sadəcə Mikayılın adı “Vəhy” kitabının 12 fəslinin 7-ci bəndində çəkilir.
Bu mələklər insanların həyatları boyu nə etməli olduqlarına öyrədirlər.
Mələklərə (ynanca: ἀγγελοι), yəni sadə mələklərə gəlincə, Onlar barədə məlumatlara “Vəhy” kitabında rast gəlinir:
Mən göydə möhtəşəm və heyrət doğuran başqa bir əlamət gördüm: yeddi bəla gətirən yeddi mələk. Bunlar axırıncı bəlalar idi, çünki Allahın qəzəbi bunlarla tamamlanırdı (Vəhy, 15: 1).