فَالْمُقَسِّمَاتِ أَمْرًا
And olsun işləri paylaşdıranlara (hərəsi bir işə müvəkkil olan)! (Əz-Zariyat, 4).
10. Xristianlıqda mövcud olan yanlış təsəvvürlərin əksinə olaraq, İblis (Şeytan) mələk deyil.
Xəbisliyi və hiyləgərliyi ilə məşhur olan İblis insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristian və müsəlman elm adamlarının təsbitinə görə, o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, bununla belə, Allah ona cin və insanlardan ibarət olan azmışlar ordusu üzərində hökm sürməyə icazə vermişdir. Yəhudi din alimləri isə şeytanı daha çox “Yetzer har”, yəni “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edirlər.
Şeytanın adı yazılı mənbələrdə ilk dəfə “Satana” formasında Tanaxda qeyd edilib. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və yəhudilərin “Yehova” (Yahvə) adlandırdıqları Tanrıya tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yehova ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir.
Həmin kitabda həm də Mastema adlandırılan Satanaya, yəni şeytana Allahın hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verdiyi bildirilir. İncildə isə Şeytan səhrada İsaya (ə) əziyyət verən varlıq, eləcə də xəstəlik və əziyyətin yaranmasının səbəbkarı kimi təsvir edilir.
Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında İblis qırmızı əjdaha cildində peyda olur, mələk Mikayıl (ə) tərəfindən məğlubiyyətə uğradılır və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətə azad olmağı bacarır. Lakin, yenə də məğlub edilir və Alov gölünə atılır. Əhdi-Ətiqə daxil olan “Yaradılış” kitabında adı çəkilməsə də, Ədən (Cənnət) bağındakı ilanın o olduğu söylənilir.
İblis Qurani-Kərimdə də bir çox halda “şeytan” adlanır və bu halda ondan bəzən cəm şəklində söhbət açılır.
Şeytan, mələk və cinlərin mənşəyi məsələsində İslam alimləri arasında yekdil fikir yoxdur. Maraqlıdır ki, Quranda Şeytanın özünü oddan yaradılmış varlıq kimi təqdim etməsi, cinlərin onu özlərindən biri hesab etmələri barədə dəqiq ayələr olsa da, fərqli fikirdə olan alimlərə də rast gəlinməkdədir. Onlar Quran ayələri ilə birlikdə doğru olub-olmadığı dəqiq bilinməyən hədislərə istinad edirlər. Belə hədislərdən biri İbn Abbasın nəql etdiyi bir hədisdir. Bu hədisə görə, İblis Allahın oddan yaratdığı bir mələk olmuşdur. İbn Abbas qeyd edir ki, “cin” sözü nə dünyəvi cinlərə, nə də Şeytan kimi “alov mələklərinə” aid edilə bilməz.
Bu hədis həm Quranla, həm də VII əsrdə yaşamış ən nüfuzlu İslam ilahiyyatçılarından biri olan Bəsrəli Həsinin İslam Peyğəmbərindən (s) sitat gətirdiyi hədislə ziddiyyət təşkil edir. Sözügedən hədisdə Peyğəmbərin (s) dilindən belə deyilir:
“İblis heç bir saniyə belə mələk olmayıb. Adəm insanlığın mənşəyi olduğu kimi, İblis də cinlərin mənşəyidir”.
Orta əsr fars alimlərindən Mahmud Zəmaxşəri yazır ki, “mələk” və “cin” sözləri sinonimdir. Digər bir fars alimi Əl-Bəyzavi isə onun əksinə qeyd edir ki, Şeytan mələk olmağa ümid etsə də, hərəkətləri onu cin etmişdir. Digər İslam alimləri isə razılaşırlar ki, Şeytan cin olmuş və düzgünlüyünə görə Cənnətə qəbul edilmişdir, lakin, mələklərdən fərqli olaraq ona, Allaha tabe olub-olmamaq seçimi verilmişdir. Cənnətdən qovulduqda isə Şeytan, insanlığı özünün cəzalandırılmasının səbəbksrı və günahkarı elan etmişdir.
İblisin alov mənşəli olmasını izah etməyə çalışan Zəkəriyyə Qəzvini və Məhəmməd ibn Əhməd İbşihi bildirmişlər ki, bütün fövqəltəbii varlıqlar oddan yaradılsalar da, mələklər odun işığından, cinər isə alovundan yaradılmışdır və buna görə də bütün fövqəltəbii varlıqların mənşəyi oda bağlıdır. Əbdülqani əl-Məqdisinin fikrincə isə, yalnız mərhəmət mələkləri işıqdan, cəza mələkləri isə alovdan yaradılmışdır.
Əl-Təbəri bildirir ki, Adəmin yaradılmasından əvvəl Yer cinlərlə məskun idi və onlar boş-boşuna gəzirdilər. İblis əvvəlcə Əzazil və ya Əl-Harit adlı oddan yaradılmış mələk olmuş və dünyəvi cinlərə qarşı durması üçün Allah tərəfindən yerə göndərilmişdir. Əzazil döyüş zamanı cinlərə qalib gəlmiş və onları dağlara qovmuşdur. Lakin, bundan sonra özünün insanlar və digər mələklərdən üstün olduğunu düşünməyə başlamış və bu da onun qovulmasına səbəb olmuşdur. Əzazilin rəhbərlik etdiyi mələklər qrupu Cənnəti qoruduqlarına görə cinlər adlandırılırdılar.
Ət-Təbəriyə aid edilən başqa bir ənənəyə görə isə, Şeytan, mələklər tərəfindən ələ keçirilərək əsir alınmış yer cinlərindən biri olmuşdur. Bundan sonra Allah onu digər cünlər üzərində hakim təyin etmiş və o, Əl-Hakam adını almışdır. Laqeydlik göstərməsinə qədər, min il ərzində, o, öz vəzifəsini yerinə yetirmiş, lakin, sonra bağışlanaraq Adəm qarşısında baş əyməkdən imtina edənə kimi işini davam etdirmişdir.
Bu kimi fikir və baxışların sayı olduqca çoxdur. Lakin onlar bizi azdırmamalıdırlar. Bizim tək istinadgahımız, əlbəttə ki, Quran olmalıdır. Quran isə bizə İblisin cinlərdən olduğunu bildirir. Əl-Kəhf surəsinin 50-ci ayəsi bunu açıq şəkildə ortaya qoymaqdadır:
Dostları ilə paylaş: |