BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə27/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

AYƏ 84:


﴿وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ﴾

TƏRCÜMƏ:


« ona İshaqı (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları yaxşılıq edənləri bu cür mükafatlandırırıq

TƏFSİR:


Bu ayədən başlayaraq Allah-təalanın İbrahimə (ə) əta etdiyi nemətlərdən bir qismi bəyan olunur. Bu nemətlər saleh övlad, ləyaqətli və abır-heysiyyətli nəsildən ibarətdir ki, bu da ilahi nemətlərdən ən böyüyü hesab olunur.

Əvvəlcə buyurulur: «Biz İbrahimə İshaq və Yəqubu (İshaqın övladlarını) əta etdik.» Daha sonra bu iftixarların təkcə peyğəmbər övladı olmaqla xülasələnmədiyini, əksinə onların düzgün fikir və saleh əməl sayəsində hidayət nurunu öz qəlblərində əks etdirdiklərini göstərmək üçün buyurulur: «Onlardan hər birini hidayət etmişdik.»

Bunun ardınca İbrahimdən (ə) əvvəlki dövrlərdə tövhid çağırışçılarının olmadığı və bu çağırışın yalnız onun dövründən başlandığı təsəvvür olunmasın deyə, əlavə edilir: «Nuhu da ondan qabaq hidayət etmişdik.»

Həqiqətdə İbrahimin (ə) əcdadlarından olan peyğəmbərlərin bəzilərinin məqam və mövqeyinə işarə edilməklə İbrahimin (ə) irsiyyət, eləcə də vücud və səmərə baxımından parlaq şəxsiyyəti bəyan edilir. Bunun ardınca bu sülalədən olan ilahi peyğəmbərlərin bir neçəsinin adı qeyd edilir. Əvvəldə deyilir: «İbrahimin sülaləsindən Davudu, Yəqubu, Əyyubu, Yusifi, Musanı və Harunu hidayət etdik.» Ayənin axırında buyurulur: «Biz yaxşı əməl sahiblərinə belə mükafat verərik.» Buradan aydın olur ki, onların yüksək məqam və mövqeləri yaxşı əməl sayəsində kəsb olunmuşdur.


AYƏ 85-87:


﴿ وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ. وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلاًّ فضَّلْنَا عَلَى الْعَالَمِينَ. وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾

TƏRCÜMƏ:


85. «Həmçinin Zəkəriyya, Yəhya, İsa İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər

86. « İsmail, Yəsə, Yunus Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik

87. « həmçinin onların ataları, övladları qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik düz yola hidayət etdik
85. Bu ayədə əlavə olunaraq buyurulur: Həmçinin Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da peyğəmbər qərar verdik ki, onların hər biri saleh şəxsiyyət idi. Yəni onların yüksək məqamları icbari və zahiri bir məqam deyildi. Əksinə, onlar yaxşı əməl sayəsində Allah dərgahında əzəmət və şəxsiyyət əldə etmişdilər.

86. Bu ayədə də ilahi peyğəmbərlərdən və rəhbərlərdən dördünün adı qeyd olunur və buyurulur: İsmail, Yəsə, Yunus və Lutu. Hər birini öz dövrünün insanlarından üstün etmişdik.

87. Bu ayədə, adları çəkilən peyğəmbərlərin saleh, səlahiyyətli, ləyaqətli qardaş və övladlarına ümumi şəkildə işarə edilir və deyilir: «Onların ata-babalarının, övladlarının və qardaşlarının arasında müəyyən şəxslərə fəzilət verdik, onları seçib düzgün yola hidayət etdik.»

AYƏ 88:


﴿ ذَلِكَ هُدَى اللّهِ يَهْدِي بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُواْ لَحَبِطَ عَنْهُم مَّا كَانُواْ يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər puç olardı

TƏFSİR:

ÜÇ MÜHÜM İMTİYAZ


İlahi peyğəmbərlərin bəzilərinin adını qeyd etdikdən sonra bu ayədə onların həyatındakı ümdə və ümumi məramlara işarə edilir və əvvəldə buyurulur: Bu, Allahın hidayətidir ki, onun vasitəsi ilə bəndələrindən hər kəsi istəsə, düz yola hidayət edər.

Bəziləri tərəfindən onların bu yola məcburiyyət əsasında qədəm qoymaları, eləcə də Allahın onların barəsində heç bir əsas olmadan müstəsna və xüsusi nəzər yetirməsi təsəvvür olunmasın deyə, buyurulur: Əgər bu peyğəmbərlər, malik olduqları belə yüksək məqam və mövqe ilə yanaşı, Ona şərik qoşaraq müşrik olsaydılar, onların bütün yaxşı əməlləri puç olardı. Yəni onlar da başqalarının barəsində mövcud olan ilahi qanunlara tabedirlər və bu barədə heç bir ayrıseçkilik yoxdur.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin