BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə9/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

AYƏ 27:


﴿ وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) “kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik möminlərdən olaydıq!” deyərlər

TƏFSİR:


Quran ayələrində kafirlərin və müşriklərin həm ölüm anlarında, həm qəbirdə, həm də Qiyamətdə dünyaya qayıtmağı arzu etdikləri bəyan olunur.10

Nə qədər ki, dünyada fürsətiniz vardır, iman gətirin. Çünki axirətdə bu işə heç bir macal və imkan olmayacaqdır. Həkimlərin və filosofların sözü ilə desək, dünya hərəkət aləmi, axirət isə seyr aləmidir. Alma ağacın başında yetişincəyə qədər hərəkətdədir. Lakin dərildikdən sonra onun hərəkət aləmi artıq tamamlanır. Əlavə bir inkişafı gözləmək yersizdir. Buna əsasən, insan behişt əhli olmaq istəyirsə, gərək hərəkət aləmi olan bu dünyada özü üçün lazım olan vasitələri tədarük görsün, əks halda, ilahi əzaba düçar olacaqdır.

Qeyd etmək lazımdır ki, ilahi ayələrin təkzib olunmasının nəticəsi axirətdə əbədi peşmançılıq və cəhənnəm oduna düçar olmaqdır.

AYƏ 28:


﴿ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ ﴾

TƏRCÜMƏ:


«(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə ) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar

TƏFSİR:


Qiyamət insanların gizli sirlərinin aşkar olacağı bir gündür və Quran bu həqiqəti dəfələrlə bəyan etmişdir. O cümlədən «Casiyə» surəsinin 32-ci, «Zümər» surəsinin 28-ci ayələri buna misaldır. Qiyamətdə bütün sirlər aşkar olacaqdır və axirətdən dünyaya bir daha qayıdış qeyri-mümkündür.

Bəzilərinin yaxşılaşıb özünü islah etməsinə əsla ümid yoxdur və ona fürsət verilsə də elə əvvəldə olduğu kimi qalacaqlar (halbuki onların özü bunu istəyir). İnsan dəfələrlə acı və müsibətli hadisələrə düşüb özünü islah etmək, pis işlərdən əl çəkmək barədə qəti qərara gəlir, lakin asayişə, firavanlığa çatan kimi hər şeyi unudur.

Əgər yalançılıq insanın zati bir xislətinə çevrilsə, Qiyamətdə də yalan danışacaq və yalan-yalan iddialar edəcəkdir.

AYƏ 29-30:


﴿ وَقَالُواْ إِنْ هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ. وَلَوْ تَرَى إِذْ وُقِفُواْ عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُواْ بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُواْ العَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴾

TƏRCÜMƏ:


« (elə onlar) “bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur biz (öləndən sonra) əsla dirildilən deyilikdedilər. Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: “Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?” Deyəcəklər: “Bəli, Rəbbimizə and olsun (ki, haqdır).” Buyuracaq: “Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!”»

TƏFSİR:


Bu ayədə inadkar kafir və müşriklərin Qiyamət səhnəsini müşahidə edərkən deyəcəkləri sözlərin davamı bəyan olunur. Onlar bir daha dünyaya qayıdıb öz əməllərini islah etməyi arzu edərlər. Quran buyurur ki, əgər onlar dünyaya qaytarılsalar, nəinki öz əməllərini islah etmək fikrinə düşməyəcəklər, üstəlik öz yaramaz işlərini yenidən davam etdirəcək, Qiyaməti də inkar edərək tam təəccüblə deyəcəklər: «Dünya həyatı yalnız bundan ibarətdir və biz heç vaxt dirildilməyəcəyik!»

Bu ayədə onların Qiyamətdəki sərgüzəştlərinə işarə edilir və buyurulur: Bunları müşahidə edərsən ki, Pərvərdigarının hüzurunda dayandıqları zaman onlara deyilər: «Bu haqq deyildirmi?» Onlar cavablarında deyərlər:«And olsun öz Pərvərdigarımıza ki, bu haqdır!»

Bir daha onlara deyilər: «Onu inkar və küfr etdiyiniz üçün öz cəzalarınızı dadın!»

Şübhəsiz, «Pərvərdigarın hüzurunda dayanmaq» dedikdə məqsəd Allahın məkanda olması deyildir, əksinə, burada Allahın yaratdığı cəza səhnələri müqabilində dayanmaq nəzərdə tutulur. Məsələn, insan namaz vaxtı «mən Allahın hüzurunda dayanmışam» – deyir.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin