##book id= 357//book name= Bioloji kimya və molekulyar biologiya


##num= 12// level= 1// sumtest=32 // name= Zülalların quruluşu. Zülalların funksiyaları //



Yüklə 0,6 Mb.
səhifə11/15
tarix17.11.2018
ölçüsü0,6 Mb.
#83890
1   ...   7   8   9   10   11   12   13   14   15

##num= 12// level= 1// sumtest=32 // name= Zülalların quruluşu. Zülalların funksiyaları //


1. Zülalların tərkibinə daxil olan amin turşularının radikallarının polyarlıq (qeyri - polyarlıq) prinsipinə görə təsnifatından, aşağıdakı variantların hansında amin turşularının tamamilə qeyri - polyar və yaxud hidrofob radikallardan ibarət olduğunu müəyyən edin:

A) alanin, valin, leytsin, izoleytsin, metionin, fenilalanin, triptofan, prolin

B) lizin, arginin, histidin

C) arginin, valin, leytsin, izoleytsin, metionin, fenilalanin, triptofan, prolin

D) qlisin, serin, treonin, tirozin, sistein, asparagin, qlutamin

E) asparagin turşusu, qlutamin turşusu

2. Zülalların tərkibinə daxil olan amin turşularının radikallarının polyarlıq (qeyri - polyarlıq) prinsipinə görə təsnifatından, aşağıdakı variantların hansında amin turşularının tamamilə polyar, lakin yüklənməmiş radikallardan ibarət olduğunu müəyyən edin:

A) qlisin, serin, treonin, tirozin, sistein, asparagin, qlutamin

B) alanin, valin, leytsin, izoleytsin, metionin, fenilalanin, triptofan, prolin

C) asparagin turşusu, qlutamin turşusu

D) lizin, arginin, histidin

E) qlisin, serin, treonin, tirozin, leytsin, asparagin, qlutamin

3. Zülalların tərkibinə daxil olan amin turşularının radikallarının polyarlıq (qeyri - polyarlıq) prinsipinə görə təsnifatından, aşağıdakı variantların hansında amin turşularının tamamilə mənfi yüklənmiş radikallardan ibarət olduğunu müəyyən edin:

A) lizin, arginin, histidin

B) asparagin turşusu, qlutamin turşusu

C) alanin, valin, leytsin, izoleytsin, metionin, fenilalanin, triptofan, prolin

D) arginin, asparagin turşusu, qlutamin turşusu

E) qlisin, serin, treonin, tirozin, sistein, asparagin, qlutamin

4. Zülalların tərkibinə daxil olan amin turşularının radikallarının polyarlıq (qeyri - polyarlıq) prinsipinə görə təsnifatından, aşağıdakı variantların hansında amin turşularının tamamilə müsbət yüklənmiş radikallardan ibarət olduğunu müəyyən edin:

A) lizin, arginin, histidin

B) lizin, alanin, histidin

C) asparagin turşusu, qlutamin turşusu

D) alanin, valin, leytsin, izoleytsin, metionin, fenilalanin, triptofan, prolin

E) qlisin, serin, treonin, tirozin, sistein, asparagin, qlutamin

5. Zülalların birinci quruluşu üçün bu təkliflərdən hansı doğrudür?

A) polipeptid zəncirində amin turşuları qalıqlarının yerləşməsi ardıcıllığıdır

B) polipeptidin, radikallar arasındakı qarşılıqlı təsir ilə şərtlənən, fəza konformasiyasıdir

C) polipeptid zəncirinin, müxtəlif amin turşularıın C=O və N - H qrupları arasındakı hidrogen rabitələri ilə

şərtlənən, nizamlanmış quruluşudur



D) polipeptid zəncirində azot əsaslarının yerləşməsi ardıcıllığıdır

E) funksional cəhətdən mənalı, oliqomer kompozisiyaya malik, iki və ya daha çox polipeptid zəncirin aqreqasiyasıdır

6. Zülalların ikinci quruluşu üçün bu təkliflərdən hansı doğrudür?

A) polipeptid zəncirinin, müxtəlif amin turşularıın C=O və N - H qrupları arasındakı hidrogen rabitələri ilə şərtlənən, nizamlanmış quruluşudur

B) polipeptid zəncirində amin turşuları qalıqlarının yerləşməsi ardıcıllığılır

C) funksional cəhətdən mənalı, oliqomer kompozisiyaya malik, iki və ya daha çox polipeptid zəncirin aqreqasiyasıdır

D) polipeptid zəncirinin, müxtəlif nukleotidlərin C=O və N - H qrupları arasındakı hidrogen rabitələri ilə şərtlənən, nizamlanmış quruluşudur

E) polipeptidin, radikallar arasındakı qarşılıqlı təsir ilə şərtlənən, fəza konformasiyasıdır

7. Zülalların üçüncü quruluşu üçün bu təkliflərdən hansı doğrudür?

A) polipeptidin, radikallar arasındakı qarşılıqlı təsir ilə şərtlənən, fəza konformasiyasıdır

B) polipeptidin, nukleotidlər arasındakı qarşılıqlı təsir ilə şərtlənən, fəza konformasiyasıdır

C) polipeptid zəncirinin, müxtəlif amin turşularıın C=O və N - H qrupları arasındakı hidrogen rabitələri ilə şərtlənən, nizamlanmış quruluşudur

D) polipeptid zəncirində amin turşuları qalıqlarının yerləşməsi ardıcıllığılır

E) funksional cəhətdən mənalı, oliqomer kompozisiyaya malik, iki və ya daha çox polipeptid zəncirin aqreqasiyasıdır

8. Zülalların dördüncü quruluşu üçün bu təkliflərdən hansı doğrudür?

A) funksional cəhətdən mənalı, oliqomer kompozisiyaya malik, iki və ya daha çox polipeptid zəncirin aqreqasiyasıdır

B) polipeptid zəncirinin, müxtəlif amin turşularıın C=O və N - H qrupları arasındakı hidrogen rabitələri ilə şərtlənən, nizamlanmış quruluşudur

C) polipeptidin, radikallar arasındakı qarşılıqlı təsir ilə şərtlənən, fəza konformasiyasıdır

D) funksional cəhətdən mənalı, oliqomer kompozisiyaya malik, üç və ya daha çox polipeptid zəncirin aqreqasiyasıdır

E) polipeptid zəncirində amin turşuları qalıqlarının yerləşməsi ardıcıllığıdır

9. Bu təkliflərdən hansı doğru deyildir?

A) kimyəvi funksiyanı yerinə yetirən ayrıca götürülmüş bir polipeptidə və yaxud bir neçə polipeptidin aqreqatına –zülal deyilir

B) bioloji funksiyanı yerinə yetirən ayrıca götürülmüş bir polipeptidə və yaxud bir neçə polipeptidin aqreqatına –zülal deyilir

C) fibrillyar zülallar qlobulyarlara nisbətən yüklənmiş amin turşularının çox payını özündə saxlayır

D) polipeptid kimyəvi anlayışdır

E) qlobin dördüncü quruluşa malikdir

10. Zülalların aşağıdakı funksiyalarından hansı unikaldır?

A) tənzimləmə funksiyası

B) kataliz funksiyası

C) quruluş funksiyası

D) müdafiə funksiyası

E) enerjinin transformasiyası

11. Aşağıdakı funksiyalardan hansı zülalların funksiyalarına aid deyildir?

A) sağlamlaşdırma funksiyası

B) enerji funksiyası

C) nəqliyyat funksiyası

D) qidalılıq funksiyası

E) bufer funksiyası

12. Bu təkliflərdən hansı doğrudur?

A) bir amin turşusunu kodlaşdıran, üç nukleotiddən ibarət ardıcıllığa kodon deyilir

B) bir amin turşusunu kodlaşdıran, iki nukleotiddən ibarət ardıcıllığa kodon deyilir

C) bir amin turşusunu kodlaşdıran, dörd nukleotiddən ibarət ardıcıllığa kodon deyilir

D) bir amin turşusunu kodlaşdıran, beş nukleotiddən ibarət ardıcıllığa kodon deyilir

E) bir amin turşusunu kodlaşdıran, altı nukleotiddən ibarət ardıcıllığa kodon deyilir

13. Bu təkliflərdən hansı doğru deyildir?

A) DNT - nin, bir dənə gRNT - si molekulunu kodlaşdıran, hər hansı bir sahəsinə gen deyilir

B) DNT - nin, bir dənə nRNT - si molekulunu kodlaşdıran, hər hansı bir sahəsinə gen deyilir

C) DNT - nin, bir polipeptid zəncirini kodlaşdıran, hər hansı bir sahəsinə gen deyilir

D) DNT - nin, bir dənə rRNT - si molekulunu kodlaşdıran, hər hansı bir sahəsinə gen deyilir

E) DNT - nin, bir dənə sRNT - si molekulunu kodlaşdıran, hər hansı bir sahəsinə gen deyilir

14. Aromatik amin turşuları aşağıdakı sıralardan hansında düzgün verilmişdir?

A) fenilalanin, metionin, sistein

B) fenilalanin, pirolin, tirozin

C) fenilalanin, triptofan, tirozin

D) valin, metionin, triozin

E) triptofan, leysin, tirozin

15. Tərkibində mənfi yüklənmiş radikallar olan amin turşuları göstərin.

A) qlutamin, arginin

B) arginin, histidin

C) lizin, qlutamin

D) asparagin, serin

E) asparagin, qlutamin

16. Tərkibində müsbət yüklənmiş radikallar olan amin turşular sırasını müəyyən edin.

A) lizin, arginin, histidin

B) alanin, valin, histidin

C) lizin, asparagin, arginin

D) asparagin, qlutamin, histidin

E) lizin, izoleysin, alanin

17. O hansı amin turşudur ki, neytral qrupa daxildir?

A) qlisin

B) arginin

C) sistein

D) izoleysin

E) alanin

18. Aşağıdakılardan hansı zülalın IV quruluşuna aiddir?

1 - hemoqlobin 2. Immunoqlobin 3. Insulin 4. DNT - polimeraza 5. RNT - polimeraza

A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) hamısı

19. Oksi amin turşuları hansılardır?

A) serin, treonin

B) qlisin, prolin

C) serin, leysin

D) prolin, izoleysin

E) trionin, alanin

20. Alfa keratin zülallarına aşağıdakılardan hansı aid deyil?

A) qığırdaq

B) saçlar

C) balıq pulcuqları

D) quş lələyi

E) dırnaqlar

21. Aşağıdakı təkliflərdən hansı zülalların tənzimləmə funksiyasını ifadə edir?

A) Bütün fermentlər zülaldır

B) Zülallar bütün orqanellərin tərkibinə daxildir

C) Antitellər zülal təbiətlidir

D) 1 qram zülal parçalananda 17. 8 kcoul enerji ayrılır

E) İnsan orqanizmində 20 proteinogen amin turşusundan 9 - u sintez oluna bilmir

22. Aşağıdakı təkliflərdən hansı zülalların qidalılıq funksiyasını ifadə edir?

A) Rüşüymin bəslənməsi üçün ovalbumin yumurta zülalıır

B) Zülallar bütün orqanellərin tərkibinə daxildir

C) Bütün fermentlər zülaldır

D) Antitellər zülal təbiətlidir

E) 1 qram zülal parçalananda 17. 8 kcoul enerji ayrılır

23. Aşağıdakı təkliflərdən hansı zülalların qidalılıq funksiyasını ifadə edir?

A) Qliadin buğda dni zülalıdır

B) Zülallar bütün orqanellərin tərkibinə daxildir

C) Bütün fermentlər zülaldır

D) Antitellər zülal təbiətlidir

E) 1 qram zülal parçalananda 17. 8 kcoul enerji ayrılır

24. Aşağıdakı təkliflərdən hansı zülalların bufer funksiyasını ifadə edir?

A) 1 qram zülal parçalananda 17. 8 kcoul enerji ayrılır

B) Zülallar bütün orqanellərin tərkibinə daxildir

C) Bütün fermentlər zülaldır

D) Antitellər zülal təbiətlidir

E) Zülallar hüceyrənin müxtəlif yerlərində pH - ın müəyyən qiymətinin qorunub saxlanmasına kömək edir

25. Qeyri polyar (hidrofob) radikallara hansılar aiddir?

A) Alifatiklər, kükürd saxlayanlar, aromatiklər və imin turşusu

B) Oksiamin turşuları, amid saxlayan qruplar

C) Mənfi və müsbət yüklanmiş radikallar

D) Neytral radikallar

E) Yalnız alifatik və aromatiklər

26. Requlyar α spiralın ideintiklik dövrü neçə amin turşusuna (a) və neçə buruma (b) bərabərdir?

a b

A) 18 5

B) 20 6

C) 25 5

D) 15 5

E) 17 7

27. Zülallar hansı faiz nisbətində qlobulyar (q) və fibrilyar (f) olurlar?

q f

A) 95 5

B) 70 30

C) 90 10

D) 50 50

E) 99 1

28. Zülallar haqqında verilən ifadələrdən doğru olanı seçin:

1 - Zülallar monomerləri αL aminturşuları olan qeyri - müntəzəm polimerlərdir

2 - Prolin amin turşularının ümumi formuluna uyğun gəlmir

3 - Zülallar bioloji funksiyanı yerinə yetirən, ayrıca götürülmüş bir və ya bir neçə polipeptid aqreqatıdır.

4 - Qlobulyar zülalların böyük əksəriyyəti həll olmayandır.

A) 2 və 4

B) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 3, 4

E) 1, 2, 3

29. Zülaların struktur funksyasina aid olanları seçin:

1 - Bütün orqanellərin strukturuna daxildir

2 - Membranlıların strukturuna daxildir

3 - Membransızların strukturuna daxildir

4 - Butün zülalar fermentlərdir

5 - Bütün antitellər zülalardır

A) 1, 2, 3

B) 2, 3, 5

C) 1, 2 , 4

D) 1, 3 , 4

E) 1 , 3 , 5

30. Zülalın üçüncü quruluşunda hansı qarşılıqlı təsir müəyyənedici rol oynayır və nəyə görə?

A) Hidrofob qarşılıqlı təsiri, seçicilik qabiliyyəti olmadığına və sayı çox olduğuna görə

B) İon (elektrostatik) qarşılıqlı təsiri, əks yüklərə malik aminturşuları qalıqları arasında olduğuna görə

C) Disulfid körpüsü, 2 sistein qalığı arasındakı kovalent rabitə olduğuna və sayı çox olduğuna görə

D) Hidrogen rabitəsi, yaranmasında hidroksil, amid və yaxud karboksil qrupuna malik olan bütün amin turşuları iştirak etdiyinə görə

E) Vander - Vaals qarşılıqlı təsiri, sayı çox olduğuna görə

31. Zülallar tənzimləmə funksiyasını hüceyrə səviyyəsində . . . . . . . . . . . . . . . . . . . . . . . . , orqanizm səviyyəsində isə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . vasitəsilə yerinə yetirirlər ?

A) zülal – repressor və zülal aktivatorlar; hormonlar

B) fermentlər; zülal aktivatorlar

C) antitellər; fermentlər

D) hormonlar; zülal – repressor və antitellər

E) permeaz sistemi ; fermentlər

32. Hansı təklif doğru deyil?

A) Qlobulin üçüncülü quruluşa malikdir

B) Oraqşəkilli hüceyrə anemiyası genetik xəstəlikdir

C) Bütün DNT və RNT - polimerazalar dördüncülü quruluşa malikdir

D) Zülalların təxminən 5% - i dördüncülü quruluşa malikdir

E) Qlobulyar zülallların böyük əksəriyyəti həll olandı

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin