##book id= 357//book name= Bioloji kimya və molekulyar biologiya


##num= 14// level= 1// sumtest=34 // name= Transkripsiya. Prokariotlarda transkripsiyanın tənzimlənməsi //



Yüklə 0,6 Mb.
səhifə13/15
tarix17.11.2018
ölçüsü0,6 Mb.
#83890
1   ...   7   8   9   10   11   12   13   14   15

##num= 14// level= 1// sumtest=34 // name= Transkripsiya. Prokariotlarda transkripsiyanın tənzimlənməsi //


1. Bu təkliflərdən hansı transkripsiyanın tərifini düzgün əks elətdirir?

A) DNT - matrisində RNT - nin bütün növlərinin, DNT - dən asılı olan RNT polimeraza fermentinin köməyilə həyata keçirilən, sintezinə deyilir

B) DNT - matrisində mRNT - nin (məlumat RNT - nin) , DNT - dən asılı olan DNT - polimeraza fermentinin köməyilə həyata keçirilən, sintezinə deyilir

C) DNT - matrisində mRNT - nin (məlumat RNT - nin) , DNT - dən asılı olan RNT - polimeraza fermentinin köməyilə həyata keçirilən, sintezinə deyilir

D) DNT - matrisində RNT - nin bütün növlərinin, DNT - dən asılı olan DNT - polimeraza fermentinin köməyilə həyata keçirilən, sintezinə deyilir

E) DNT - matrisində RNT - nin bütün növlərinin, RNT - dən asılı olan RNT polimeraza fermentinin köməyilə həyata keçirilən, sintezinə deyilir

2. Bu təkliflərdən hansı doğru deyildir?

A) prokariot və eukariotlarda RNT - nin bütün növlərinin sintezi eyni bir RNT - polimeraz ilə həyata keçirilir

B) prokariotlarda RNT - nin bütün növlərinin sinntezi eyni bir ferment ilə həyata keçirilir

C) eukariotlarda RNT - nin bütün növlərinin sintezində 3 nüvə RNT - polimerazı , mitoxondri –RNT - polimerazı və xloroplast - RNT - polimerazı iştirak edirlər

D) NT - polimerazalar üçün substrat rolunu ribonukleozidtrifosfatlar (aktivləşdirilmiş nukleotidlər) oynayırlar

E) bütün transkripsiya prosesi aktivləşdirilmiş nukleotidlərin makroerji (enerji ilə zəngin) əlaqələrinin hesabına həyata keçirilir

3. Bu variantlardan hansında transkripsiyanın bütün prinsipləri düzgün əks olunmuşdur?

A) antiparalellik, praymersizlik, komplementarlıq, unipolyarlıq, asimmetriklik

B) antiparalellik, praymerə tələbat, komplementarlıq, unipolyarlıq, asimmetriklik

C) antiparalellik, praymersizlik, komplementarsızlıq, unipolyarlıq, asimmetriklik

D) antiparalellik, praymersizlik, komplementarlıq, polyarlıq, asimmetriklik

E) antiparalellik, praymersizlik, komplementarlıq, unipolyarlıq, simmetriklik

4. Bu təkliflərdən hansı doğru deyildir?

A) RNT - nin birinci nukleotidi həmişə pirimidin olur

B) RNT - DNT - nin transkripsiya olunan zəncirinə antiparalel sintez olunur

C) RNT zəncirinin böyüməsi yalnız 5'→3' istiqamətində gedir

D) RNT - nin sintezinə başlamaq üçün fermentə poli və yaxud oliqo - praymer lazım gəlmir

E) RNT - DNT - nin transkripsiya olunan zəncirinə komplementar sintez olunur

5. Bu təkliflərdən hansı doğru deyildir?

A) hər bir operonun sonunda terminator yerləşir

B) hər bir operonun başlanğıcında promotor yerləşir

C) operon – eukariotlarda transkripsiya vahididir

D) terminatorun qabağında struktur genləri və yaxud sistronlar düzülmüşdür

E) promotorlar və sistronlar arasında operator yerləşə bilər

6. Bu təkliflərdən hansı doğru deyildir?

A) terminator - DNT - nin, DNT polimeraza vasitəsi ilə transkripsiyanın finişi kimi tanınan, xüsusi nukleotidlər ardıcıllığıdır

B) promotor - DNT - nin, RNT polimeraza vasitəsi ilə oturma meydançası və RNT - nin sintezi üçün start nöqtəsi kimi tanınan, xüsusi nukleotidlər ardıcıllığıdır

C) sistron DNT - nin, bir polipeptid (çox halda zülal) və yaxud bir nRNT, və yaxud bir dənə rRNT kodlaşdıran, nukleotidlər ardıcıllığıdır

D) operon – prokariotlarda transkripsiya vahididir

E) operator - DNT - nin zülal repressor tərəfindən tanınan, xüsusi nukleotidlər ardıcıllığıdır

7. Aşağıdakı variantlardan hansı E. coli - dəki RNT - polimerazaların subvahid tərkibindəki core - fermentin eynidir?

A) (2α) ββ'

B) (2a) ββ'σ

C) αββ'σ

D) (2α) βσ

E) (2α) β'σ

8. Bu təkliflərdən hansı E. coli - nin RNT - polimerazalarının subvahid tərkibi üçün doğru deyildir?

A) σ –faktor core - fermentə elə bir konformasiya verir ki, core - ferment promotora yüksək oxşarlığa malik olur

B) yalnız holo - ferment spesifik nukleotidlər ardıcıllığından ibarət olan - promotora yüksək oxşarlığa malikdir

C) σ –faktor spesifikliyin növbəti faktorudur

D) core - fermentin ixtiyari nukleotidlər ardıcıllığı ilə yaxınlığı eynidir

E) öz - özlüyündə σ –faktor RNT polimerazanın o birisi subvahidləri ilə müqayisədə DNT - yə ən zəif yaxınlığa malik subvahiddir

9. Bu təkliflərdən hansı E. coli - də transkripsiya hadisəsi üçün doğru deyildir?

A) iki α - subvahidi RNT polimerazanın karkasını təşkil edir, yerdə qalan subvahidlər isə onlara bağlanırlar

B) elonqasiya və terminasiya core - ferment vasitəsi ilə həyata keçirilir

C) β - subvahidində 2 dənə katalitik mərkəz yerləşir, onlardan biri inisiasiya, o birisi isə terminasiya üçün cavabdehdir

D) β' - subvahidi , müsbət yüklənmiş amin turşuları klasterinin hesabına, DNT ilə möhkəm əlaqəyə girməyin cavabdehidir

E) tanıma, əlaqəyə girmək, həmçinin inisiasiya holo - ferment vasitəsi ilə həyata keçirilir

10. Bu təkliflərdən hansı E. coli - də transkripsiya hadisəsi üçün doğru deyildir?

A) promotorda DNT - nin AT ilə zəngin olan sahələrinin mərkəzləri “ - 10” və “ - 25” mövqelərində yerləşir

B) RNT polimeraza DNT - nin 40 - 60 cüt nukleotidinin üstünü örtərək, promotoru tanıyır

C) promotorda DNT - nin iki dənə, AT ilə zəngin olan sahəsinin bir - birinə nəzərən nə cür yerləşməsi bilinir

D) tanıma və möhkəm əlaqəyə girmə DNT - nin müxtəlif sahələrində baş verir

E) əsasən, promotorda DNT - nin AT ilə zəngin olan sahələri arasındakı məsafə çox vacib sayılır, o 16 - dan 19 n. c - nə qədər dəyişə bilər

11. Bu təkliflərdən hansı E. coli - də transkripsiya hadisəsi üçün doğru deyildir?

A) inisiasiasiyadan sonra β - faktor fermenti tərk edir

B) əgər operatorda zülal repressor yoxdursa, tanıma mövqeyindən möhkəm əlaqəyə girmə mövqeyinə keçid mümkündür

C) prokariotlarda promotorların təxminən 5 % - i yalnız “ - 10” sahəsinə malikdir, lakin buna baxmayaraq, RNT - polimeraza vasitəsilə yaxşı tannınır

D) inisiasiasiya – purin - trifosfat ilə (ATF və yaxud GTF) sonrakı nukleotid arasında birinci fosfodiefir rabitəsinin əmələ gəlməsindən ibarətdir

E) möhkəm əlaqəyə girmə baş verəndə transkripsiyanın inisiasiyasının β subvahidində yerləşən katalitik mərkəzi ilə operonun + 1 - ci nukleotidi üst - üstə düşür

12. Bu təkliflərdən hansı E. coli - də transkripsiya hadisəsi üçün doğru deyildir?

A) elonqasiya – ardıcıl olaraq RNT zəncirinin uzanmasından (və yaxud transkripsiyanın davam etməsindən) ibarətdir

B) elonqasiyanın surəti 40 - 50 nukl/san - yə bərabərdir

C) RNT - nin komplementar sintezi üçün DNT - dəki hidrogen rabitələrinin qırılması lazımdır

D) RNT - polimerazanın core - fermenti təxminən 400 cüt nukleotidi (DNT spiralının 40 burumunu) örtür

E) transkripsiya üçün “motor” rolunu hər bir ribo - NTF - dən pirofosfatların qopması zamanı azad olan enerji oynayır

13. Bu təkliflərdən hansı doğru deyildir?

A) 1 - ci dərəcəli palindromlar iki simmetriya oxuna, 2 - ci dərəcəlilər üç, 3 - cülər isə dörd simetriya oxuna malikdirlər

B) soldan sağa və sağdan sola doğru eyni cür oxunan ardıcıllıqlara palindrom deyilir

C) prokariotlarda transkripsiyanın inhibitorları müxtəlif mərhələlərdə və müxtəlif mexanizmlərlə fəaliyyət göstərirlər və onlardan çoxu antibiotikdir

D) rifampisin - inisiasiasiyanın inhibitorudur və E. coli - nin holo - RNT - polimerazasının inisiasiya mərkəzi ilə əlaqəyə girir

E) streptolidiqin – elonqasiyanın inhibitorudur və E. Coli - nin core – RNT - polimerazasının elonqasiya mərkəzi ilə əlaqəyə girir

14. Bu təkliflərdən hansı E. coli - də transkripsiya hadisəsi üçün doğru deyildir?

A) ρ - dan asılı olan terminasiya zamanı terminatorda palindrom olur

B) spesifik terminasiya ρ - dan asılı olan və ρ - dan asılı olmayan olur

C) sintez olunan RNT - də sancaq əmələ gəlir, sancaq RNT - polimerazın konformasiyasını dəyişdirir və ferment DNT - yə olan oxşarlığını itirir

D) ρ - faktor – ATF –aza aktivliyi olan 4 - cü quruluşa malik bir zülaldır

E) ρ - faktor təxminən 50 nukl. uzunluğunda sintez olunmuş RNT - nin 5' - sonluğunu tanıyaraq, onun üzərinə otura bilər və DNT üzərində RNT –polimerazanın hərəkət etdiyi sürətlə, RNT - nin üzərində hərəkət edə bilər

15. Bu təkliflərdən hansı E. coli - nin Lac - operonu üçün doğru deyildir?

A) hüceyrədə laktoza olmayanda, Lac - operonun transkripsiyası və əmələ gələn mRNT - nin isə translyasiyası başlayır

B) Z - β –qalaktozidaza laktozanı qlükoza və qalaktozaya parçalayır

C) Y - β - qalaktozidpermeaza laktozanı hüceyrənin membranından keçirir

D) A - tioqalaktozidtransasetilaza asetil qruppasını qalaktozaya daşıyır

E) ) operonda laktozanın disaxaridinin hüceyrəyə daşınmasında və onun özünün parçalanmasında iştirak edən zülalların əmələ gəlməsində cavabdeh olan 3 gen yerləşir

16. Bu təkliflərdən hansı prokariotlarda transkripsiyanın tənzimlənməsi üçün doğru deyildir?

A) tənzim etmədə zülal - repressor iştirak elədiyinə, tənzim etmənin özü isə transkripsiyanın bağlanmasından ibarət olduğuna görə, bu - pozitiv repressiya sxemi adlanır

B) tənzimlənmənin pozitiv induksiya sxemi ona görə bu cür adlanır ki, nəzarətci element - zülal - aktivator operonu “işə salır”

C) hüceyrədə qlükoza nə qədər çox olarsa cAMF bir o qədər az olar

D) Jakob və Mononun neqativ induksiya sxemi ona görə bu cür adlandırılıb ki, transkripsiyaya nəzarət edən faktor, neqativ faktor olan, ”bağlayıcı” - zülal - repressordur

E) tənzim etmə sxemi, zülal - repressor operonu ”bağladığına” görə, neqativ repressiya sxemi adlanır

17. Bu təkliflərdən hansı doğru deyildir?

A) bütün nRNT - lər üçün 3' - sonluğundakı CCA ardıcıllığı eynidir

B) nRNT - nin ikinci quruluşu “yonca yarpağı”na bənzəyir

C) nRNT - dən fərqli olaraq mRNT daha uzun ömürlüdür

D) nRNT - nin üçüncü quruluşunun müstəvi üzərinə proyeksiyası bumeranq quruluşuna malikdir

E) nRNT (nəqliyyat RNT - si) - ikinci və üçüncü quruluşa malik (70 - 90nukl. ) kiçik molekullardır

18. Operonun tərkibi hansı sırada ardıcıl göstərilmişdir?

A) Promotor, operator, sistron - 1, sistron - 2, . . . , sistron - N, terminator

B) Sistron - 1, sistron - 2, . . . , sistron - N, operator, promotor, terminator

C) Sistron - 1, sistron - 2, . . . , sistron - N, promotor, operator, terminator

D) Operator, promotor, sistron - 1, sistron - 2, . . . , sistron - N, terminator

E) Terminator, promotor, operator, sistron - 1, sistron - 2, . . . , sistron - N

19. Bu variantlardan hansında transkripsiyanın bütün prinsipləri düzgün əks olunmuşdur?

A) antiparalellik, praymersizlik, komplementarlıq, unipolyarlıq, asimmetriklik

B) antiparalellik, praymerə tələbat, komplementarlıq, unipolyarlıq, asimmetriklik

C) antiparalellik, praymersizlik, komplementarsızlıq, unipolyarlıq, asimmetriklik

D) antiparalellik, praymersizlik, komplementarlıq, polyarlıq, asimmetriklik

E) antiparalellik, praymersizlik, komplementarlıq, unipolyarlıq, simmetriklik

20. A və B hərflərinin yerində hansı mövqələrin adları əks olunmalıdır ?



A) A - « - 35»; B - « - 10»

B) A - « - 25»; B - «15»

C) A - « + 35»; B - « - 35»

D) A - «45»; B - « - 10»

E) A - « + 10»; B - « - 10»

21. Bu təkliflərdən hansı E. coli - nin Lac - operonu üçün doğru deyildir?

A) hüceyrədə laktoza olmayanda, Lac - operonun transkripsiyası və əmələ gələn mRNT - nin isə trans - lyasiyası başlayır

B) Z - β –qalaktozidaza laktozanı qlükoza və qalaktozaya parçalayır

C) Y - β - qalaktozidpermeaza laktozanı hüceyrənin membranından keçirir

D) A - tioqalaktozidtransasetilaza asetil qruppasını qalaktozaya daşıyır

E) operonda laktozanın disaxaridinin hüceyrəyə daşınmasında və onun özünün parçalanmasında iştirak edən zülalların əmələ gəlməsində cavabdeh olan 3 gen yerləşir

22. Bu təkliflərdən hansı prokariotlarda transkripsiyanın tənzimlənməsi üçün doğru deyildir?

A) tənzim etmədə zülal - repressor iştirak elədiyinə, tənzim etmənin özü isə transkripsiyanın bağlan - masından ibarət olduğuna görə, bu – pozitiv repressiya sxemi adlanır

B) tənzimlənmənin pozitiv induksiya sxemi ona görə bu cür adlanır k, nəzarətçi element – zülal - aktivator operonu “işə salır”

C) hüceyrədə qlükoza nə qədər çox olarsa cAMF bir o qədər az olar

D) Jakob və Mononun neqativ induksiya sxemi ona görə bu cür adlandırılıb ki, transkripsiyaya nəzarət edən faktor neqativ faktor olan, ”bağlayıcı” – zülal - repressordur

E) tənzim etmə sxemi, zülal - repressor operonu ”bağladığına” görə, neqativ repressiya sxemi adlanır.

23. Nə üçün E. Colini laktoza olan mühitə yerləşdirdikdə hüceyrədə əvvəlcə β –qalaktozidaza fermenti sintez olunur?

A) çünki operonun birinci geni LacZ - dir

B) çünki operonun birinci geni lacİ - dir

C) çünki m - RNT həmişə 5΄ tərəfdən sintez olunur

D) çünki operonun ikinci geni LacZ - dir

E) çünki operon ümumi termintora malikdir

24. lac operon nə zaman bağlanır?

A) Hüceyrədə laktoza olmayanda

B) Hüceyrədə saxaroza olmayanda

C) Hüceyrədə qlukoza olmayanda

D) Hüceyrədə qalaktoza olmayanda

E) lac operon heç vaxt baglanmır

25. Nə üçün E. Colini laktoza olan mühitə yerləşdirdikdə hüceyrədə β –qalaktozidpermeaza fermenti ikinci olaraq sintez olunur?

A) çünki m - RNT həmişə 5΄ tərəfdən sintez olunur

B) çünki operonun birinci geni lacİ - dir

C) çünki operonun üçüncü geni LacY - dir

D) çünki operonun ikinci geni LacZ - dir

E) çünki operon ümumi termintora malikdir

26. Nə üçün E. Colini laktoza olan mühitə yerləşdirdikdə hüceyrədə ən sonda β –qalaktozidtransetilaza fermenti sintez olunur?

A) çünki operonun üçüncü geni LacZ - dir

B) çünki operonun birinci geni lacİ - dir

C) çünki operonun ikinci geni LacZ - dir

D) çünki m - RNT həmişə 5΄ tərəfdən sintez olunur

E) çünki operon ümumi termintora malikdir

27. E. Colini laktoza olan mühitə yerləşdirdikdə hüceyrədə β –qalaktozidaza, β –qalaktozidpermeaza, β –qalaktozidtransetilaza fermentlərinin bərabər miqdarda sintez olunması nə ilə izah olunur?

A) bu fermentlərin sintezini kodlaşdıran lac operonda ümumi promotor və termintora malik olduğundan bunlardan trankripsiya ümumi m - RNT sintez olunur

B) çünki operonun birinci geni lacİ - dir və o zülal repressorun sintezini kodlaşdırır

C) çünki m - RNT həmişə 3΄ tərəfdən sintez olunur

D) ona görə ki. Bütün fermentlər reksiyaya bərabər midarda girir

E) ümumiyyətlə bu fermentlər bərabər miqdarda sintsz olunmur

28. E. Coli - nin laktoza operonu haqqında hansı fikir səhvdir?

A) lacZ - in məhsulu - qalaktozidin sintezini induksiya edir

B) lacZ - in məhsulu - qalaktozidi onu təşkil edən şəkərə parçalayır

C) lacA - nın məhsulu transasetilaza asetil qrupunu asetil - KoA - dan - qalaktozidə keçirir

D) lacY - in məhsulu - qalaktozid permeazadır

E) lacY - in məhsulu - qalaktozidi hüceyrəyə daşıyır

29. Şayna - Dalqarno ardıcıllığı hansı rRNT - nin hansı sonluğuna az və yaxud çox dərəcədə komplementardır?

A) az və yaxud çox dərəcədə 16S rRNT - nin pirimidin nukleotid qalıqları ilə zəngin 3 - sonluğuna komplementardır

B) az və yaxud çox dərəcədə 18S rRNT - nin pirimidin nukleotid qalıqları ilə zəngin 3 - sonluğuna komplementardır

C) az və yaxud çox dərəcədə 23S rRNT - nin pirimidin nukleotid qalıqları ilə zəngin 5 - sonluğuna komplementardır

D) az və yaxud çox dərəcədə 16S rRNT - nin pirimidin nukleotid qalıqları ilə zəngin 5 - sonluğuna komplementardır

E) az və yaxud çox dərəcədə 28S rRNT - nin pirimidin nukleotid qalıqları ilə zəngin 3 - sonluğuna komplementardır

30. Transkripsiya prosesləri nəyin hesabına həyata keçir?

A) ATF hesabına

B) Aktivləşməmiş nukleotidlərin makroergik əlaqələrinin hesabına

C) Aktivləşdirilmiş nukleotidlerin makroergik əlaqələrinin hesabına

D) NADH hesabına

E) RNT - polimeraza hesabına

31. Transkripsiyanın prinsiplərini seçin?

1 - komplementarlıq

2 - Unipolyarlıq

3 - Bimənalılıq

4 - assimetriklik

5 - Seçicilik

A) 1, 2, 4

B) 2, 3, 5

C) 1, 2, 3

D) 1, 4, 5

E) 2, 4, 5

32. Promotorun quruluş vahidləri?

1 - oturma meydançası

2 - start noqtəsi kimi taninan xüsusi nukleotidlər ardıcıllgı

3 - sinaptik mərkəz

4 - assimetrik mərkəz

A) 1, 2

B) 2, 3, 4

C) 2, 3

D) 3, 4

E) 1, 4

33. Transkripsiyanin etaplarını göstərin:

1 - Tanıma və möhkəm əlaqəyə girmə

2 - inisiasiya

3 - Elonqasiya

4 - əngələdavamlılıq

5 - Birmənallılq

A) 1, 4, 5

B) 1, 3, 5

C) 1, 3, 4

D) 1, 2, 3

E) 2, 3, 4

34. Aşağıdakı proseslərdən hansıları core - ferment vasitəsilə həyata keçirilir?

I – Tanıma

II– Əlaqəyə girmə

III – İnisiasiya

IV – Elonqasiya

V – Terminasiya

A) IV, V

B) I, II, III

C) I, IV

D) II, III, IV

E) I, V

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin