##book id=175//book name= Defektologiya və Loqopediyanın əsasları


##num= 19// level= 1// sumtest=20 // name= Yazılı nitq pozğunluqları. (disqrafiya, disleksiya) //



Yüklə 0,53 Mb.
səhifə20/24
tarix01.01.2022
ölçüsü0,53 Mb.
#104276
1   ...   16   17   18   19   20   21   22   23   24

##num= 19// level= 1// sumtest=20 // name= Yazılı nitq pozğunluqları. (disqrafiya, disleksiya) //


1. Oxu vərdişlərinə yiyələnmək ücün hansı şərt vacibdir.

A) Şifahi nitqin tam formalaşması.

B) Hecalarla oxunun formalaşması.

C) Sintetik oxunun formalaşması.

D) Səs - hərf göstəricilərinə yiyələnməsinin formalaşması.

E) Oxunun sintetik priyomlarının yaranmasının formalaşması.

2. Oxu prosesinin pozulması hansı terminlə izah olunur.

A) Afaziya.

B) Disqrafiya.

C) Disleksiya.

D) Kəkələmə.

E) Dizartriya.

3. Aqrammatik disleksiya zamanı hansı çatışmazlıqlar müşahidə edilir.

A) Nitqin qrammatik quruluşunun inkişafsızliği.

B) Səslərin səhv tələffüzü.

C) Heca təhlilinin pozulması.

D) Psixi funksiyanın pozulması.

E) Fonemlərin tanınmasının pozulması.

4. Disqrafiyanın hansı forması zamanı görmə qnozisi və məkani təsəvvürlərinin inkişafsızlığı müşahidə edilir.

A) Aqrammatik disqrafiya

B). Optik disqrafiya.

C) Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənən disqrafiya.

D) Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya.

E) Artikulyator - akustik disqrafiya.

5. Hecalarla verilmiş sözlərin cümlə şəklinadə tələffüz edə bilməməsi disleksiyanın hansı forması zamanı müşahidə edilir?

A) Semantik disleksiya.

B) Mnestik disleksiya.

C) Optik disleksiya.

D) Aqrammatik disleksiya.

E) Taktil disleksiya.

6. Nitqin qrammatik quruluşunun inkişafsızlığı disleksiyanın hansı forması zamanı müşahidə edilir?

A) Aqrammatik disleksiya.

B) Optik disleksiya.

C) Taktil disleksiya.

D) Verbal disleksiya.

E) Literal - optik disleksiya.

7. Disqrafiyanın hansı forması zamanı düzgün olmayan səs tələffüzü yazıda əks olunur?

A) Optik disqrafiya.

B) Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya.

C) Aqrammatik disqrafiya.

D) Artikulyar - akustik disqrafiya.

E) Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənən disqrafiya.

8. Disqrafiyanın simptomatikası nədən ibarətdir?

A) Yazı prosesində birüzə verilən və təkrarlanan səhvlər.

B) Hərflərin tanınmasının pozulması.

C) Optik xarakterli hərflərin əvəzlənməsi.

D) Fonemlərin differensiasiyasının pozulması.

E) Görmə qnozisının zəifləməsi.

9. Müayinə zamanı eşitmə funksiyasının yoxlanması hansı qüsur zamanı vacibdir?

A) Disfoniya.

B) Dislaliyaş

C) Disqrafiya.

D) Kəkələmə.

E) Alaliya.

10. Səslərin differensiasiyasının möhkəmlənməsi zamanı loqopedik iş hansı üzvlərin vasitəsi ilə həyata keçir?

A) Müxtəlif analizatorların vasitəsi ilə.

B) Məkəzi nitq aparatının vasitəsi ilə.

C) Artikulyasiya aparatının vasitəsi ilə.

D) Pereferik nitq aparatını vasitəsi ilə.

E) Motorikanın vasitəsi ilə.

11. Fonematik təhlilin inkişafı nədən asılıdır?

A) Literal parafraziyaların aradan qaldırılması.

B) Tələffüzün xüsusiyyətlərindən.

C) İmpressiv aqrammatizmlərin aradan qaldırılması.

D) Sözün səs - hərf tərkibibnin təhlili.

E) Eşitmə - nitq yaddaşının bərpası.

12. Aqrammatik disleksiya və disqrafiyanın aradan qaldırılması zamanı əsas vəzifə nədən ibarətdir?

A) Fonetik qavramanın inkişafı.

B) Leksik tərəfin inkişafı.

C) Qrammatik qüruluşun inkişafı.

D) Fonematik eşitmənin inkişafı.

E) Morfoloji və sintaksik ünsiyyətin formalaşdırılması.

13. Fonematik təhlil hansı nitq qüsuruna aiddir?

A) Dislaliya.

B) Disqrafiya.

C) Dizartriya.

D) Disleksiya.

E) Kəkələmə.

14. Nitqin qrammatik quruluşunun inkişafsızlığı disleksiyanın hansı forması zamanı müşahidə edilir?

A) Aqrammatik disleksiya.

B) Optik disleksiya.

C) Taktil disleksiya.

D) Verbal disleksiya.

E) Literal - optik disleksiya.

15. Yazı prosesinin pozulması hansı terminlə izah olunur?

A) Alaliya.

B) Disleksiya.

C) Disqrafiya.

D) Battarizm.

E) Poltern.

16. Uşaqlarda ouxnun pozulması necə adlanır?

A) Disleksiya.

B) Taxilaliya.

C) Bradilaliya.

D) Siqmatizm.

E) Dizartriya.

17. Bunlardan hansı disqrafiyanın formasına aiddir?

A) Açıq.


B) Mexaniki.

C) Funksional.

D) Artikulyar - akustik.

E) Qapalı.

18. Disqrafiyanın hansı forması zamanı düzgün olmayan səs tələffüzü yazıda əks olunur?

A) Artikulyar - akustik disqrafiya.

B) Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya.

C) Aqrammatik disqrafiya.

D) Optik disqrafiya.

E) Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənən disqrafiya.

19. Yazili nitqin hansı prinsipi var.

A) Fərdi yanaşma prinsipi.

B) Sistemli yanaşma prinsipi

C) İnkişaf prinsipi.

D) Əyanilik prinsipi.

E) Fonetik prinsipi.

20. Disleksiyanın formalarını əlamətlərini uyğunlaşdırın.

I – Fonematik disleksiya.

II – Semantik disleksiya.

III – Aqramatik disleksiya.

IV – Mnestik disleksiya.

V – Optik disleksiya.

1 - Hərfin əyani obrazının və səsin eşitmə - tələffüz obrazının arasında assosiativ əlaqələrin yaranması.

2 - Oxunulan mətnin başa düşülməməsi.

3 - Sözün səs - heca strukturunun pozulması.

4 - Oxşar hərflərin oxunması zamanı hərflərin qarışması və əvəzlənməsi.

5 - Şifahi nitqin qrammatik tərəfinin formalaşmaması.

6 - Hərflərlə oxu.

7 - Cümlə daxili əlaqələrin differensial təsəvvürü.

A) I – 5, 4; II – 2, 1; III – 3; IV – 7; V – 6.

B) I – 4, 1; II – 5, 3; III – 7; IV – 6; V – 2.

C) I – 7, 3; II – 4, 6; III – 2; IV – 5; V – 1.

D) I – 6, 2; II – 1, 3; III – 4; IV – 2; V – 5.

E) I – 3, 6; II – 7, 2; III – 5; IV – 1; V – 4.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin