Hər bir istehsalat müəssisəsinin o cümlədən aerodrom meteoroloji orqanlarının işçi proseslərinin və məhsullarının səmərəliliyinin artırılması məqsədilə SWOT analizlərin aparılması vacibdir. SWOT termini müəssisənin strateji inkişaf planlamasını xarakterize edir. SWOT termini aşağıdakı kimi izah edilir.
S- Strengths - Güclü cəhətlər
W- Weaknesses - Zəif cəhətlər
O- Opportunities - İmkanlar, fürsətlər
T-Threats – Təhlükələr, risklər
Şəkil 3.1SWOT analiz
SWOT analiz meteoroloji orqanın bütün prosesləri timsalında müəyyən edilmişdir.
«TAF aviasiya hava proqnozunun buraxılması» prosesi üzrə SWOT- Analiz. Proses üzrə güclü tərəflər(S) aşağıdakılar hesab edilir:
TAF məlumatının buraxılmasında məsul olan personalın peşəkarlığı və səriştəliliyi
TAF məlumatının ödənişliyinin İCAO-nun tələblərinə müvafiq olması
TAF məlumatlarının yüksək keyfiyyətli yayımının, müntəzəmliyinin təmin edilməsi
Prosesin istifadəçiləri tərəfindən irad və nöqsanların olmaması
Özünüdoğrultmayan proqnozların təhlili (hər üç ayda bir dəfə)
İstifadəçilərin sorğularının müntəzəm təhlili
Proses üzrə zəif tərəflər(W) aşağıdakılardır:
AWOS sisteminin avtomatik avadanlıqlarında baş verən nasazlıqlar
Elektrik-rabitə xəttlərində, avtomatik radioyayım vasitələrində baş verən nasazlıqlar və fasilələr
Avadanlıqların xarici kalibrovkasının müntəzəm heyata keçirilə bilməməsi
Zəif tərəflərin aradan qaldırılması və risklərin azaldıması üçün aşağıdakı imkanlar mövcuddur:
Proses üzrə məsul olan personalın səriştəliyinin mütəmadi artırılması üçün treninqlərin təşkil edilməsi
Yeni texnoloji yeniliklərin tətbiq edilməsi (məsələn, atmosfer dayanıqsızlığının müasir metodlarla qiymətləndirilməsi)
Müntəzəm radiozond müşahidə məlumatlarının mövcudluğu
Proses üzrə aşağıdakı təhlükə və risklər mövcuddur:
1. Məlumatın vaxtında yayımlanmaması
2. TAF formatına dair uyğunsuzluqların mövcud olması
3. Meteoroloji məlumatların qəbul edilməsində fasilələrin yaranması
4. Uçuşun təhlükəsizliyinə təsir edən halların mövcud olması
5. İstifadəçilər tərəfindən irad və nöqsanların olması