Buraxiliş İŞİ “Müxtəlif meteoroloji şəraitlərdə uçuşların təhlükəsizliyinə təsir edən risk amillərinin təhlili”


«Meteoroloji avadanlıqların metroloji təminatı» prosesi üzrə SWOT- Analiz



Yüklə 0,9 Mb.
səhifə21/22
tarix13.06.2023
ölçüsü0,9 Mb.
#128083
1   ...   14   15   16   17   18   19   20   21   22
Buraxılış işi Orucova Fatimə Ağamirzə qızı

«Meteoroloji avadanlıqların metroloji təminatı» prosesi üzrə SWOT- Analiz
Proses üzrə güclü tərəflər(S) aşağıdakılar hesab edilir:
1. Ölçmə cihazlarının dəqiqliyi
2. Kalibrləmənin müntəzəm aparılması
Proses üzrə zəif tərəflər(W) aşağıdakılardır:
1. Avadanlıqların xarici kalibrovkasının müntəzəm heyata keçirilməməsi
Zəif tərəflərin aradan qaldırılması və risklərin azaldıması üçün aşağıdakı imkanlar mövcuddur:
1. Proses üzrə məsul olan personalın səriştəliliyinin mütəmadi artırılması üçün treninqlərin təşkil edilməsi
Proses üzrə aşağıdakı təhlükə və risklər mövcuddur:
1. Yoxlama cədvəli / kalibrləmənin qeyri-müntəzəmliyi və vaxtında yerinə yetirilməməsi
«Meteoroloji avadanlıqların texniki xidməti» prosesi üzrə SWOT- Analiz
Proses üzrə güclü tərəflər(S) aşağıdakılar hesab edilir:

  1. Müntəzəm texniki xidmətin təşkil edilməsi

  2. Ehtiyat hissələri ilə tam təmin edilməsi

  3. Müntəzəm kalibrləmənin təşkili

Proses üzrə zəif tərəflər(W) aşağıdakılardır:

  1. Optikanın çirklənməsi

  2. Rabitə xətlərinin qida mənbəyində fasilələr

3. Avadanlıqların xarici kalibrovkasının müntəzəm heyata keçirilməməsi
Zəif tərəflərin aradan qaldırılması və risklərin azaldıması üçün aşağıdakı imkanlar mövcuddur:
1. Proses üzrə məsul olan personalın səriştəliliyinin mütəmadi artırılması üçün treninqlərin təşkil edilməsi
Proses üzrə aşağıdakı təhlükə və risklər mövcuddur:

  1. Cihazların qeyri-dəqiqliyi

  2. Plan üzrə texniki xidmətin yerinə yetirilməsində qeyri-müntəzəmlik

  3. Meteoroloji cihazların və sistemlərin işində yaranan fasilələr


3.3. Hava proqnozlarının ödənişliyinə qoyulan tələblər və onunla bağlı risk amillərinin təhlili


Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında aerodrom üçün tərtib edilən hava proqnozlarının ödənişliklərinin qiymətləndirilməsi (verifikasiyası) Rusiya Federasiyası Sankt Peterburq – İRAM Radar Meteorologiyası İnsitutu tərəfindən tərtib edilmiş xüsusi proqramla qiymətləndirilir. TAF aviasiya hava proqnozlarında ayrı-ayrı meteoroloji element və atmosfer hadisələrinin proqnoz ödənişlikliyinə qoyulan beynəlxalq tələblər İCAO-nun Beynəlxalq Aeronaviqasiyanın Meteoroloji Təminatı ilə əlaqədar 3 saylı əlavəsinin (Attachment B) və Azərbaycan Aviasiya Qaydaları- Hava Hərəkətinə Meteoroloji Xidmət AAR-ANS-008 (Attachment B) rəhbər sənədləri ilə təsbit edilir. Qeyd edilən rəhbər sənədlərin tələblərinə əsasən TAF aviasiya hava proqnozları 70-80% ödənişliyə malik olmalıdır. Qeyd edilən ödənişlik kəmiyyətindən aşağı olan TAF hava proqnozları haqqında Düzəlişlər (Amendments-AMD) dərhal tərtib olunmalıdır.
TAF hava proqnozlarının tərtib edilməsi məqsədilə aşağıdakı məlumat mənbələrindən istifadə edilir:

    1. hava limanlarının, ehtiyat hava limanlarının faktiki hava şəraitinə dair bütün meteoroloji məlumatlar (METAR/SPECİ),

    2. Avtomatik meteoroloji stansiyanın (AWOS) göstəriciləri;

    3. hava limanlarının, ehtiyat hava limanlarının aviasiya hava proqnozları (TAF);

    4. Aerosinoptik materiallar (yerüstü və yüksəklik barik topoqrafiya xəritələri);

    5. meteoroloji peyk məlumatları (buludluluq sahəsi xəritələri);

    6. meteoroloji radar məlumatları (meteoroloji radar təsvirləri);

    7. hava gəmilərinin bortundan alınan məlumatlar.

    8. internet resurslarından istifadə (müasir riyazi proqnoz modelləri);

    9. SADİS FTP xəritələri (SİGWX, WİND/TEMP);

10) Meteoroloji saytların məlumatlarından istifadə.
Aviasiya hava proqnozlarının əsas istifadəçiləri aşağıdakılardır:
1) aviasiya istismarçıları (hava gəmilərinin istismarı ilə məşğul olan və ya bu sahədə xidmət göstərən məsul şəxslər, təşkilatlar və ya müəssisələr);
2) hava gəmisinin heyət üzvləri;
3) hava hərəkətinin təşkili (HHT) orqanları;
4) HHİE dispetçerləri;
5) axtarış və xilasetmə xidmətinin orqanları;
6) hava limanları idarələri və beynəlxalq aeronaviqasiyanın həyata keçirilməsi və ya inkişafı ilə bağlı fəaliyyət göstərən digər orqanlar.
Mülki aviasiyanın meteoroloji təminatı uçuşların təhlükəsizliyinin təminatında əsas məsələlərdən biri hesab edilir. Uçuşların təhlükəsizliyi birbaşa olaraq müşahidə məlumatlarının düzgünlüyündən, fasiləsiz aparılmasından, aerodrom və uçuş marşrutu üzrə hava proqnozlarının keyfiyyətindən asılıdır. Məhz bu səbəbə görə, daimi olaraq müşahidə məlumatlarının və hava proqnozlarının keyfiyyətinin artırılmasına çox böyük diqqət yetirilir.
Aerodrom üzrə hava proqnozlarının (TAF) keyfiyyətinin artırılıması məqsədi ilə onların özünüdoğrultması yəni verifikasiyası yoxlanılır. Proqnozların verifikasiyası onların keyfiyyət dərəcəsini müəyyən etməyə kömək edir.
Proqnozların verifikasiyası zamanı proqnozlaşdırılan hər bir meteoroloji element və atmosfer hadisəsinin ayrı ayrılıqda özünündoğrultması hesablanır, daha sonra isə verifikasiyasının nəticələri proqnozların keyfiyyətinin yüksəldilməsində istifadə olunur. Verifikasiya özünüdoğrultmayan meteoroloji elementlərin və ya atmosfer hadisələrini özünüdoğrultmasının səbəblərini araşdırmaq və daha sonra gələcək oxşar hadisələr zamanı bu səhvlərin qarşısının alınması məqsədi ilə aparılır.
Alternativ proqnozların etibarlığını qiymətləndirmək üçün aşağıdakı düsturlardan istifadə olunur:
Özünü doğrultmuş proqnozların təlrarlanması:
(3.3.1)
N.A.Baqrov kriteriyası:
(3.3.2)
Burada,

- özünü doğruldan təsadüfi proqnozların təkrarlanması

Obuxov kriteriyası:



Burada, - özünü doğruldan təsadüfi proqnozların təkrarlanmasıdır
Praktiki hesablamalar aparmaq üçün düsturu aşağıdakı şəkildə yazıla bilər:

Burada, , – özünü doğrultmayan proqnozların şərti təkrarlanmalarıdır. Aydındır ki, təsadüfi proqnozlar üçün Q=0 və ideal proqnozlar üçün Q=1.
Proqnozların ödənişliyi aşağıdakı elementlər üzrə qiymətləndirilir:
Küləyin istiqaməti (ddd);
Küləyin sürəti (ff);
Görünüş məsafəsi (VVVV);
Buludların aşağı sərhəddinin hündürlüyü ( hs hs hs );
Təhlükəli atmosfer hadisələri (TAH);
Yağıntılar;
Yekun ödənişlik (%);
Aşağı ödənişlikliyə malik hava proqnozları bir çox risk amilləri ilə xarakterizə olunur. Yəni, aerodromlar üçün tərtib edilən aşağı ödənişlikli hava proqnozları enmə və qalxma aerodromlarında bir çox iqtisadi itkilərə və problemlərə səbəb olur. Məsələn, görünüş məsafəsinin məhdudlaşması( duman, alçaq buludluq, yağıntılar) ildırım fəaliyyəti, güclü yan küləkəri, külək sürüşmələri, güclü turbulentlik və buzbağlamalar hava gəmilərinin idarə edilməsinə ciddi əngəllər törədir. Bu isə öz növbəsində hava şirkətlərini əlavə maddi itkilərə məruz qoyur. Bu kimi risk amillərinin olamaması və ya az təkrarlanması üçün meteoroloji orqanlar tərəfindən tərtib edilən hava proqnozları yüksək keyfiyyətli və tələb edilən qaydalar həmcinin tələblərə uyğun olmalıdır.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin