Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Piri Rəisin dövrümüzədək yetişmiş məşhur xəritəsi. 1513-cü il



Yüklə 6,76 Mb.
səhifə73/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   69   70   71   72   73   74   75   76   ...   87
Piri Rəisin dövrümüzədək yetişmiş məşhur xəritəsi. 1513-cü il
İskenderiye’ye gelmiş olan donanma gemileri Yavuz’un önünde bir geçit töreni yapmıştır. Yavuz İskenderiye’de kaldığı dört gün içinde donanma gemilerini gezmiş ve yeni gemilerdeki uzun toplarla bilhassa ilgilenmiştir.

Donanma komutanları arasında bulunan Piri Reis, padişaha tanıtılarak, yapmış olduğu birinci dünya haritasını padişaha arz etmiştir. Barbaros kardeşlerin gönderdikleri bir gemi dolusu armağan da bu sırada padişaha takdim edilmiştir.

Mısır’ın alınması ile Kıbrıs üzerinde de hak kazanıldığını fiili olarak göstermek ve ilk vergiyi almak üzere Silahtar kâhyası Ali Bey 14 Haziran 1517 günü dört harp gemisi ile Kıbrıs’a gitmek üzere İskenderiye’den yola çıkmıştır. Aynı gün Donanma Komutanı vekili Koç Bey, ordunun ağır malzemeleri yüklenmiş, harp gemileri eşliğinde bir lojistik filo olarak İstanbul’a hareket etmiştir. 23-24 Haziran günleri Kahire’de kurulan divanda deniz cephesine ait şu kararlar alınmıştır;

- Ordu kara yolu ile Şam’a gidecektir,

- Beyrut’a denizden dörtbin yeniçeri gönderilecektir,

- Donanma Kıbrıs’ta kışlayacaktır” (Abdullah Köktürk, 2015).



Osmanlı gəmisi
Bu qərarlardan Yavuzun Səfəvilərlə müharibəyə davam etmək niyyətində olduğu anlaşılmaqda olduğunu qeyd edən tədqiqatçılar bildirirlər ki, donanmanın bütün qış ərzində Kiprdə qalmasının yanlışlış olduğu sultana izah edildikdən sonra donanmanın başçısı Cəfər bəy 29 iyun günü huzura çıxaraq, İskəndəriyədə qalacaq bir qrup gəminin Suriya sahillərində qalıb quru ordusuna dəstək verə biləcəyini və donanmanın İstanbula götürməsinin vacibliyini söyləmiş, Sultan Səlim də məsləhətə qulaq vermişdi. Sultanın iznini alan Cəfər bəy İskəndəriyəyə dönüb yol hazırlıqlarına başladı və donanma 15 iyun 1517-ci il tarixində İstanbula yola çıxdı. Donanma ilə İstanbula göndərilənlər arasında sonuncu Məmlük hökmdarı Qansu Gavrinin oğlu və sonuncu Abbasi xəlifəsi Əl-Mütəvəkkil ül-Allah da vardı (Türk Silahlı Kuvvetleri Tarihi, 1990, s. 127-128).

Misirin fəthindən sonra Misir donanması da Osmanlı donanmasına qatıldı. Bunun ardınca isə Preveze və Cerbe dəniz müharibələrindəki böyük qələbələr gəldi.



28 sentyabr 1538-ci il tarixində Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması ilə Papa III Paulun səyləriylə bir araya gələn xamlı donanması arasında baş verən Preveze dəniz müharibəsi müsəlman türk donanmasının bütün tarixi boyu qazandığı ən yaddaqalan zəfərlərdən biridir. Bu savaşda Osmanlı donanmasına Barbaros Xeyrəddin Paşa, düşmən donanmasına isə Andrea Doria başçılıq edirdilər. 

Adını tarixə Osmanlıların ən məşhur dənizçilərindən biri kimi həkk etdirmiş Barbaros Xeyrəddin Paşa (1478 - 4 iyul 1546) “kaptan-i dərya” (dəniz kapitanı) titulunu daşımış, yəni Osmanlı tarixinin ilk dəniz paşası kimi tanınmışdır Onun dövründə türklər Aralıq (Ağ) dənizinin əsas gücünə çevrilmiş, sözügedən dəniz isə “Türk gölü”nə çevrilmişdir. O, həm də Osmanlının dəniz siyasətinin əsasını qoyan şəxs kimi bilinməkdədir.






Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin