Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə74/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   70   71   72   73   74   75   76   77   ...   87
Barbaros Xeyrəddin Paşa

Xeyrəddin Paşanın əsil adı Xızır Rəisdi. Ona, "dinin xeyirlisi" anlamına gələn “Xeyrəddin” adını Osmanlı dövlətinə etdiyi xidmətlərinə görə Yavuz Sultan Səlim vermişdir (TDV İslam Ansiklopedisi, s. 65). “Barbaros” adı isə əslində böyük qardaşı Oruc Rəisə aiddir. Ancaq onun ölümündən sonra onun tərəfindən də daşınmışdır. Bəzi tarixçilər bu adın ona qırmızıya çalan saqqalı üzündən verildiyini (İtalyanca: barba = saqqal, rossa = qırmızı) söylərkən, Halil İnalcık bu ismin "Baba Oruç"un təhrifi ilə ortaya çıxdığını iddia etməkdədir.



1470-ci ildə Midillidə doğulan Xeyrəddin Paşanın atası Vardari Yaqub ağanın bəzi mənbələrə görə əslən türk (Machiel Kiel, 2007, s. 36; Jamieson, Alan G., 2013, s. 59; "Barbarossa", 1963, s. 147; Angus Konstam Piracy, s. 80), digər mənmələrə görə isə alban (Niccolò Capponi, 2007, s. 30; Encyclopaedia Britannica, 1972, s. 147), anasının isə yunan və ya makedon olduğu bildirilir.

Preveze savaşında Barbaros Xeyrəddin Paşanın başçılıq etdiyi Osmanlı donanmasının xaçlı donanmasını darmadağın etdiyi, bu deniz müharibəsindən sonra Ağ dənizdə Osmanlı donanmasına qarşı çıxa biləcək bir donanmanın qalmadığı və sözügedən dənizdə Türk hakimiyyətinin başlamış olduğu bilinməkdədir (Eren Taştan, 2016).

Preveze savaşından öncə, daha dəqiq desək, 1537-ci ildə böyük bir Osmanlı donanmasına komandanlıq edən Barbaros Xeyrəddin Paşa Ege və Yunan dənizlərindəki Sire, Egine, Aniyə, Bara, İstəndil, Kepe, Kaşot (Çoban) və Nakşa  adaların Venesiyalılardanı alaraq, Nakşa dukalığını Osmanlı topraqlarına qatmış, daha sonra yinə də Venesiyalıların əlində bulunan Korfu Adasını mühasirəyə almış və həmin dövrdə İspaniya toprağı olan Kalibra  sahillerini təxrib etmişdi. Onun bu irəliləyişini durdurmaq məqsədilə Papa III Paul fevral 1538-ci il tarixində İspaniya imperatorluğunun, Venediya və Genuya respublikalarının, Papalıq dövlətinin, eləcə də Malta cəngəvərlərinin güclərini bir araya gətirərək, “Müqəddəs İttifaq” adını verdiyi bir xaçlı donanması təşkil edə bildi.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin