Бяйляр ялийев – 60


QOCA MÜƏLLİMİN NƏSİHƏTLƏRİ



Yüklə 0,94 Mb.
səhifə6/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
#82695
1   2   3   4   5   6   7   8   9   10

QOCA MÜƏLLİMİN NƏSİHƏTLƏRİ
Son zəngin tədbiri sona yaxınlaşırdı. Mək­təbin bütün şagirdlərinin iştirakı ilə keçirilən tədbir kifayət qədər zəngin idi. Məktəbin direktorunun, müavinlərin, müəllimlərin, valideynlərin və mə­zun­­ların çıxışları, təbriklərlə, minnətdarlıqlarla, xoş arzu və niyyətlərlə dolu idi. Aşağı sinif şagird­lə­rinin söylədikləri şeirlər, oxuduqları mahnılar, oy­nadıqları rəqslər əhval-ruhiyyəni yüksəldirdi.

Məzunlar çox xoşbəxt idilər. Onlar bu günü səbirsizliklə gözləyirdilər və uzun müddət bu günə hazırlaşmışdılar. Bu gün üçün hamısı bəyəndikləri eyni geyim geyinmişdilər, hamısının yaxasından «məzun» sözü yazılmış enli qırmızı lent asılmışdı. Öz çıxışlarında onlar dövlətimizə, valideynlərinə, boya-başa çatdıqları məktəbin kollektivinə, ibtidai sinif müəllimlərinə, sinif rəhbərlərinə minnətdarlıq edirdilər. Məktəb həyatını əks etdirən kiçik səh­nə­ciklərlə iştirakçıları şənləndirirdilər, güldürür­dü­lər və s.

Bu tədbirdə Azər müəllim də iştirak edirdi. O ömrünün əlli ilini bu məktəbə həsr edib, müəllim işləmişdir. Tədbirdə iştirak edən müəllimlərin çoxu onun şagirdləri idi. Onlar çoxdan təqaüdə çıxmış mü­əllimlərini görüb, sevindilər və mötəbər bir yerdə əyləşdirdilər. Çünki bilirdilər ki, məzunların arasında Azər müəllimin nəvələri də var.

Tədbirin əvvəlində Azər müəllimə söz ver­miş­dilər. Onun təbriklərini gurultulu alqışlarla qar­şılamışdılar. İndi o sakitcə oturub tədbirin gedişini izləyirdi. Onun xoşuna gələn və gəlməyən məqam­lar var idi.

Məktəbin direktoru tədbirin sona çatmasını elan etmək istəyəndə, Azər müəllim onu dayan­dır­dı və mikrafonu ona verməyi xahiş etdi. Direktor Azər müəllimi yaxşı tanıyırdı, çünki onun şa­gird­lərindən biri olmuşdu və qabiliyyətinə bələd ol­duğu üçün tez-tez məsləhətlər alırdı.

Azər müəllim titrəyən əli ilə mikrafonu gö­türdü, ətrafa göz gəzdirdi və sakit bir tonda dedi:

- Mənim əzizlərim, mən sizin bu tədbirə yal­nız nəvələrimə görə gəlməmişəm. Sizin hər biriniz mə­nə əzizsiniz, doğmasınız, nəvələrimsiniz! Siz bi­zim gələcəyimizsiniz. Vaxt gələcək vətənimizin sü­kanı sizin əlinizdə olacaq. Gələcək o uzaqda gö­rünən başı qarlı dağlar kimidir. Uzaqdan gözəl gö­rünürlər, lakin onlara çatmaq üçün çox çalışmaq la­zımdır. Ola bilsin ki, oraya çatmayan da olsun. Onu zaman göstərəcək. O zirvələrə çatmaq üçün siz böyük həyat yolu keçməlisiniz. Bu yol enişli-yo­xuşludur, maneəlidir, təhlükələrə də rast gələ bilərsiniz və s. Bunların hamısı sizin zirvələrə çat­maq üçün seçdiyiniz yoldan, marşrutdan asılıdır. Bunun üçün seçdiyiniz yolu, marşrutu «yüz ölçüb, bir biçməlisiniz» ki, daha az əziyyətlə və təh­lü­kə­siz o zirvələrə çatasınız. Çatdığınız zirvələr də müx­­təlif olacaq. Çalışmaq lazımdır ki, ən uca zir­və­yə çatasınız. Uca zirvəni və onu fəth edənləri ha­mı görür. Hər bir insan özünü bu zirvədə görmək istəyərdi. Amma o zirvə ən çox çalışan, əziyyətlərə dözən, mübariz insanlara qismət olur.

Əziyyətsiz həyat yoxdur. Zəhmətsiz nailiy­yət­lər əldə etmək mümkün deyil. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün zəhmət çəkməlidir. Məqsəd aydın və dəqiq olmayanda, çəkdiyiniz zəh­mət hədər gedə bilər. Belə olmasın deyə, bütün fi­kir-niyyətlərinizi böyüklərlə bölüşün və məsləhət alın. Siz məktəbdən ayrılsanız da, müəllimlərinizlə məsləhətləşin. Onlar heç vaxt sizlərə öz məslə­hət­lərini əsirgəməzlər.

Bu günkü «son zəng» tədbiriniz gözəl keçdi, hiss olunur ki, buna uzun müddətdir hazırlaş­mı­sı­nız. Yəqin ki, qarşınızdan gələn imtahanlara bu qə­dər vaxt sərf etməyəcəksiniz. Çünki bir neçə gün­dən sonra imtahanlar başlayır. Siz bilməliydiniz ki, vacib olan imtahandır. «Son zəng» tədbirinə ha­zır­laşdığınız vaxt yalnız bu günün keçirilməsi üçün idi. Bu gün həyatınızda elə də vacib gün deyildi, çünki ondan sizə və ətraflarınızdakılara yalnız xoş xatirələr qalacaq. Valideynləriniz və siz bilmə­li­si­niz ki, gələcək həyatınız verəcəyiniz imtahanlar­dan, aldığınız qiymətlərdən asılıdır. Siz uğurla im­tahanları başa vursanız da, bu hələ böyük nailiyyət deyil. Orta məktəbi bitirdiyiniz haqqında sənədi alan­da böyük həyata vəsiqə aldığınızı düşünün. O və­siqəni öz nailiyyətlərinizlə, işinizlə, fəaliyyə­ti­niz­lə və s. təsdiq etməlisiniz ki, verilən həyat və­si­qəsinə layiqsiniz.

Həyatda hər davranışınızı ölçüb-biçməli­si­niz. Məsələn: Sizə məktəbdə piyadaların yol hərə­kə­ti qaydaları haqqında kifayət qədər məlumat ve­rilib. Bu məlumatları bilməklə bərabər onu tətbiq etməyiniz vacibdir. Etinasız yanaşmanın ağır nəti­cəsi olur. Bunu statistik məlumatlar təsdiq edir.

Sizə verilən biliklərə mən birini də əlavə et­mək istəyirəm. Məlumdur ki, bütün nəqliyyat va­si­tə­ləri yolun sağ tərəfi ilə hərəkət edir. Siz küçə ilə hə­rəkət edəndə sol tərəflə hərəkət edin. Belə etsə­niz hərəkət etdiyiniz tərəflə gələn nəqliyyat vasi­tə­si, sizinlə üz-üzə gələcək və onun üstünüzə gəldiyi hal­da qırağa çəkilmək imkanınız olacaq, təhlükə­dən sovuşa biləcəksiniz. Sağ tərəflə hərəkət et­sə­niz, həmin tərəflə hərəkət edən nəqliyyat vasitəsi arxadan və ən yaxın məsafədən keçəcək. Siz onun təhlükəli hərəkətini görməyə də bilərsiniz...

Qarşıdan yay gəlir. Sizin çoxunuz çaylara, göllərə və dənizə üz tutacaqsınız. Çimərkən çoxları təhlükəsizlik qaydalarına riayət etməyərək, faciə ilə qarşılaşırlar. Hər il onlarla gəncimiz həyatını iti­rir. Buna səbəb, gənclərimizin çimərlik qayda­larını bilməməsidir və bunu öyrənmək mənbəyinin kifayət qədər olmamasıdır.

Əvvəlcə xalqımıza məxsus üzgüçülük haq­qında bir rəvayətlə sizi tanış etmək istəyirəm. Bir şah yeniyetmə övladını təlimləndirmək üçün dün­yanın ən qabaqcıl alimlərini toplayır və övladını təlimləndirməyi tapşırır. Bir müddət keçəndən son­ra şah alimlərə öyrətdiklərini nümayiş etmələ­rini tələb edir. Bütün alimlər şahın oğluna ən yük­sək təlim öyrətdiklərinə baxandan sonda şah dedi:

- Sizin bu öyrətdikləriniz yaxşıdır, amma siz ən vacibi öyrətməmisiniz. Belə ki, qılınc oynat­maq, ox atmaq, at çapmaq üçün onun ordusu və sərkərdəsi, hesabat aparmaq üçün xəzinədarı, və­ziri, münəccimi, vəkili və s. olacaq. Ona ən vacibi – üzməyi bacarmaqdır. Dəryada şahla nökər bəra­bər olurlar, çünki hərəsi öz canının hayında olur. Belə məqamda şah da özünü xilas etməyi bacar­ma­lıdır. Əgər şah üzməyi bacarmasa, o, həyatını itirər və heç kim ona köməklik etməz.

Xatırladım ki, Böyük Vətən Müharibəsi za­manı Azərbaycanımız 600000 nəfərə qədər həlak olub. Onun yarısı üzə bilmədiyi üçün Avropa çay­larında həlak olub. Üzməyi bacarmaq çox vacibdir. Üzə bilmədiyiniz halda – sinədən dərin olan yerə gir­məyin! Əks halda batmaq təhlükəsi ilə rastla­şarsınız. Heç vaxt çimməyə tək getməyin! Tək olan­da harayınıza çatan olmaz. Çimmək qadağan olan yerdə çimməyin, çünki orada təhlükə var, yox­sa o qadağa lövhəsini oraya qoymazdılar. Hətta həmişə çimdiyiniz yerə birdən-birə atılmayın! Bəl­kə siz axırıncı dəfə çiməndən sonra oraya nəsə atıb­lar, yaxud axar su oraya təhlükəli bir əşya gətirib. Əvvəlcə astaca enib yoxlayın və sonra çi­min. Suya atılanda mütləq əllərinizi qabağa uzadın. Hər hansı maniyə olsa – sizin əliniz başınızı mü­dafiə edər və təhlükəli zərbədən xilas edər…

Hər su mənbəyinin öz təhlükəsi var. Məsə­lən: Dənizin təhlükəsi ləpələrdi. Dəniz ləpəsi geri çəkiləndə çiməni dərinliklərə aparır. Gölün təhlü­kəsi lil və suda bitən otlardır. Çimən üstü lil ilə ör­tülmüş çuxuru görmür; suda olan bitki əl-ayağa do­laşır, hərəkəti məhdudlaşdırır və batırır.

Axar suyu olan çayın və kanalın təhlükəsi bu­rulğanlardır. Bu burulğanlar axar suyun qarşısın­da olan maneələrlə, kanallarda – su ötürücü və ayı­rıcı yerlərdə olur. Elə yerlərdən uzaq olun! Ən ma­hir üzgüçü də burulğana düşsə xilas ola bilməz, çün­ki burulğanı yaradan səbəb suyun axma yerinin daral­ması olur. Ən mahir üzgüçü də gedib o daral­mış yerə düşür və suyun təzyiqi onu sıxaraq çıx­mağa imkan vermir…

Kanalların əlavə bir təhlükəsi də var. Bu təh­­­lü­kə sudan qırağa çıxmaq imkanının olmama­sı­dır, çünki kanalların qıraq boyu olan beton səthi sürüşkən olur və onlarla kilometr uzunluğunda ol­duğu üçün çimən çıxmağa yer tapmır və yorularaq batır…

Təhlükəli hallardan biri də içkili vəziyyətdə çimməkdir. İçkili adam ayıq-sayıq olmur, təhlükə­ni görmür və tez yorulur, təhlükəli vəziyyətdən çı­xa bilməyərək, batır…

Batmaq çox asandır. Cəmi 3-5 dəqiqə kifa­yət­­dir ki, insan həyatını itirsin. Bu anda onun sağ­lam düşünməyə vaxtı olmur, çünki o, vahimə için­də olur. Onu xilas etməyə gələn çox ehtiyatlı olma­lıdır. Batan insan xilaskardan yapışaraq onu da ba­tıra bilər. Buna görə batana çox yaxınlaşmaq lazım deyil, onun ağrılı yerindən (saçından, qulağından) tutmaq lazımdır ki, o xilaskarı qucaqlayaraq batı­randa ağrılı yerindən çəkərək, batanı buraxmağa məcbur etsin. Əks halda hər ikisi də batacaq…

Çimərkən çox ehtiyatlı olun! Sizi əziyyətlə boya-başa çatdıran valideynlərinizi gözü yaşlı, vətənimizi oğulsuz qoymayın!

Bu məsləhət sizin çox xırda və adi görünsə də, çox böyük əhəmiyyəti var. Bu məsləhəti əməl edən insan təhlükədən uzaq olacaq, uzun ömür sürəcək.

Çoxlarınız ali məktəbə qəbul olmaq arzusu ilə yaşayır. Bu yaxşı haldır. Vətənimizin və mil­lə­ti­mi­zin yaxşı savadlı gənclərə ehtiyacı var. Lakin, ha­­mının ali təhsil alması mümkün deyil. Vətəni­mi­zə savadlı gənclərlə bərabər yüksək qabiliyyətli sə­nətkarlar da lazımdır. Onlar həyatımızın bütün sa­hələrini əhatə edir. Həyatda yüksək reytinqli ixti­sas­lara meyl göstərməyin. Çalışın ki, seçdiyiniz ix­tisas və sənət sizin ürəyinizcə olsun. İnsanın ürə­yin­cə olan seçim, ona xoşbəxtlik gətirir. İşləyərkən siz yorulmursunuz, zövq alırsınız, işinizi daha mü­kəmməl etmək üçün yeniliklər tətbiq edirsiniz. Bu yeniliklər faydalı olduqda həmin sənətin və ixti­sa­sın sahibləri «yeniliyinizi» bəyənsələr, onlar da tət­biq edəcəklər. Tətbiq edilən «yenilik» təkmil­lə­şə­rək daha da mükəmməl olaraq, inkişafa səbəb ola­caq. Nəticədə inkişafın xeyrini sənət sahibləri ilə bərabər dövlətimiz və millətimiz görəcək.

Gənclər çalışır ki, müasir olsunlar. Bu yaxşı haldır. Lakin, bəziləri elə düşünürlər ki, müasir ol­maq dəbdə olan paltarı geyinməkdən, son model te­lefon gəzdirməkdən, ən təzə istehsallı kosmeti­ka­dan istifadə etməkdən və s. ibarətdir. Adətən be­lə gənclər təkəbbürlü olurlar. Onlar özlərini hamı­dan üstün tuturlar. Belə hesab edirlər ki, onların fikir­lə­ri, zövqləri, dünyaya baxışları və s. hamıdan üstün­dür və hamı onların dedikləri ilə oturub dur­malıdır, hesablaşmalıdır. Belə gənclər dostlarını itirirlər, cə­miyyətdən ayrılırlar, təklənirlər, yalnız özləri ki­mi­ləri ilə ünsiyyət axtarırlar. Özü kimilərlə də tez-tez münasibətləri korlanır, çünki hər biri özü­nün fikrini daha üstün bilir. El arasında buna «iki qo­çun başı bir qazanda qaynamaz» deyirlər.

Müqəddəs kitabımız olan Quranda təkəb­bür­lük böyük günah hesab edilir. İnsan təvazökar ol­ma­lıdır. Hər bir insanın fikrinə, təklifinə, zövqünə və s. hörmətlə yanaşmalı, dinləməli və diqqət yetir­mə­lidir, nəticədə isə öz qərarını verməlidir. Bu sizə ətrafınızdakıların hörmətini, səmimiyyətini, qay­ğı­sını, diqqətini və s. artıracaq.

Yaşıma və təcrübəmə əsaslanaraq, deyə bi­lə­rəm ki, insanları dörd qrupa bölmək olar: xain, çıx­daş, ev adamı və el adamı. Onların ən təhlü­kəlisi xaindi. Xain hər yerdə ola bilər: dostluqda, ailə­də, işdə yolda və s. Ən təhlükəlisi – vətən xai­ni­dir. O ayrı-ayrı adamlara yox, bütün millətinə, döv­lətinə xainlik edir. Vətən xaininin yaşamağa haq­qı yoxdur!

Belə insanları aşkar etmək çox çətindir. Xal­qımız deyir ki, dostunu da sına. Əsil dost həmişə ya­nında olacaq, səni tərk etməz. Xain isə cüzi bir in­ciklikdən hər an yoldaşı atıb gedir. Elələrindən uzaq olun! Onlardan xeyir gəlməz!

İkinci qrup insanlar çıxdaşlardır. Onlar xa­inlər kimi təhlükəli olmasa da cəmiyyətimizə xeyir də verməzlər. Bu içki düşgünləri, narkomanlar, müf­­­­təxorlar, rüşvətxorlar və gələcəyi düşün­mə­yən­lər­di. Onlardan da uzaq durun. Sağlam düşüncəli in­sanların arzuları, məqsədləri, niyyətləri olur. On­lara çatmaq üçün insan zəhmət çəkməlidir, mü­ca­dilə etməlidir.

Üçüncü qrup insanlar ev adamıdır. Onlar cə­miyyətimizdə çoxluq təşkil edir. Bu insanlar ailəsi və övladları üçün yaşayır. Onun məqsədi ailəsinin və övladlarının maddi təminatıdır. Bunu o özünə müqəddəs borc hesab edir. Belə adamların mənfi xüsusiyyətləri odur ki, övladlarının tərbiyəsi ilə az məşğul olurlar və az maraqlanırlar. Onlar belə he­sab edirlər ki, maddi təminat yaxşı olanda övladları yaxşı olacaq. Əlbəttə bu yanlış fikirdi. Təlim-tər­biyə maddi təminatdan vacibdir.

Dördüncü və ən mötəbər qrup el adam­ları­dır. Onlar cəmiyyətimizin özəyi və «qaymağıdır». Bu adamlar öz şəxsi həyatlarını millətimizdən, döv­lətimizdən ayrı təsəvvür etmirlər, bütün ömür­lə­rini xalqına bağışlamağa hazırdılar və bağışlayır­lar. Öz mədəniyyəti, mərifəti, qabiliyyəti, savadı, işgüzarlığı ilə tanınırlar və hamıya nümunə olurlar. Onlar cəmiyyətimizin ictimai işlərin təşəbbüs­kar­la­rı və fəalları olurlar. El adamı hər yerdə, həya­tı­mı­zın bütün sahələrində vicdanla çalışırlar. Onlar mil­lətimizin, dövlətimizin, elimizin, obamızın ta­nın­mış adamlarıdırlar. Onlar bizi dünyaya tanıdır­lar və təmsil edirlər. Siz də çalışın elə insanlardan olasınız və xalqımızın adını ucaldasınız.

İnsanı hörmətli edən keyfiyyətlərdən biri də ədalətli və düzgün olmaqdır, sözünün üstündə dur­maqdır, yalan danışmamaqdır və s. Ümumiyyətlə, insan elə ömür yaşamalıdır ki, dönüb geri baxanda, utanılası, vicdan əzabı və xəcalət çəkiləsi anlar olmasın.

Bu yerdə şairlərimizin bir bənd şeiri yadıma düşdü:


Yaşa bu dünyada, ol igid və mərd,

Xalqına sevinc gətir, düşməninə dərd,

Haqqa sadiq ol, yalana ol sərt,

Heç zaman olmazsan kədərli və pərt.
Müasir insan olmaq istəyən gənclər yüksək sa­vada, qabiliyyətə, intellektə, geniş dünya görüşü­nə və s. keyfiyyətlərə malik olmalıdır. Moda da­lın­ca qaçan ən qabiliyyətsiz, düşüncəsiz, dünya gö­rüş­süz və s. gənclərdir. Zövqlü dünya görüşlü, qa­biliyyətli və s. gənclər elə zövqlə geyinirlər və dav­ra­nırlar ki, qıraqdan ona baxanda hamının xoşuna gəlir. Digər gənclər onları təqlid edirlər: onlar kimi oturub-dururlar, geyinirlər və s.

Əksər halda bu gənclər gülünc hədəfinə çev­ri­lirlər, çünki «dəbli» paltarı alarkən boylarını, bə­dən quruluşlarını və s. nəzərə almırlar. Bu onların zövq­süz olmasının əlamətidir. Xalqımızın belə de­yimi var: «filankəsə al da yaraşır, şal da» İnsanın zövq­lü olması çox yaxşıdır və seçim edərkən ən incə xırdalıqları nəzərə aldığı üçün bütün geyimlər ona yaraşır.

Qeyd edim ki, indiki gənclər geyimlərə və ak­sesuarlara diqqət yetirmələrindən asılı olma­ya­raq, xalqımızın gözəl deyimi var: «İnsanı geyimi ilə qarşılayırlar, ağlı ilə yola salırlar». Onlarla ün­siyyətdə olan insanı ilk anda geyimə görə müasir hesab edə bilərlər. Qısa bir müddət ərzində söhbət nə­ticəsində qabiliyyətli insanlar, rentgen şüası ki­mi, həmin gəncin iç üzünü görür və ona layiq ol­duğu münasibəti bəsləyir.

Ucuz və köhnəlmiş paltarınızı geyinməkdən çəkinməyin, utanmayın! Utanılası hal – ütüsüz, çirk­­li, zövqsüz geyinməkdir. Gigiyenik qaydalara əməl edin, sağlamlığınızı qoruyun. İnsan «namu­su­nu uşaqlıqdan, sağlamlığını gənclikdən qoruma­lı­dır».

Səhhətinizi müxtəlif zərərli vərdişlərdən qo­ru­yun. Cəmiyyəti məhvə doğru aparan yollardan biri də zərərli vərdişlərdi. Sağlam həyat tərzi ilə ya­şayın. Gənclərimizin idmanda qazandıqları nai­liy­yətlər böyükdür. Çalışın ki, idman nailiyyətlə­ri­mizi artırasınız.

Ən vacib problemlərdən biri də mədəniyyət və əxlaqi dəyərlərimizdir. Siz gənclər Avropa mə­də­niyyətini və əxlaqını üstün tutursunuz. Bizim mə­­dəniyyət və əxlaqi dəyərlərimiz onlarınkından qə­­dim və zəngindir. Tariximizi, mədəniyyətimizi adət-ənənələrimizi mükəmməl bilməliyik və digər xalqların arasında təbliğ etməliyik. Onların bizdən öyrənəsi çox şey var. Bizim onlardan öyrənəsi heç nə yoxdur.

Avropalıların əxlaqi dəyərləri uçuruma yu­var­lanmaq üzrədir. Bir yerdə ki, ailə dəyərləri «azad məhəbbət» adı ilə öz əhəmiyyətini itirir, o cəmiyyətin axırı yoxdur!

Öz əxlaqi dəyərlərimizdən möhkəm yapışın! Onu bizə yad olan dəyərlərdən qoruyun! Əxlaqi dəyərlərimiz yaşadıqca millətimizdə yaşayacaq.

Gənclərimiz siyasi cəhətdən də çox savadlı olmalıdır. Onlar dövlətimizin gənclərə göstərdiyi qay­ğıya arxalanıb, tapşırılan vəzifələri yerinə yetir­mə­lidirlər. Dövlətimizin, millətimizin əleyhinə yö­nələn təxribatlarla mübarizə aparmalıdırlar. Adətən bu təxribatlar şirin vədlərlə başlayır, maddi tə­mi­natla davam edir. O təminatlara uymaq lazım deyil, onun arxasında nələr gizləndiyini görməyi bacar­maq lazımdır, çünki bu düşmən əməlidir, düşmə­nin «dəyirmanına su tökmək» deməkdir.

Şairimizin biri yazıbdır:


Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayalarda bitərdim.
Onun vətən oğlu olmasına mane olsa da si­zin qarşınızda «Vətən oğlu» olmaq üçün heç bir ma­ne yoxdur. Siz başqa şairimiz dediyi kimi ya­şamalısınız.
Vətən mənə oğul deyir,

O oldu mənə ana.

Keşiyində keşik çəkib,

Qurban olaram ona.
Vətən mənə oğul deyir,

Borclu oldum mən ona,

Onun hüdudlarına,

Qoymaram yad quş qona.
İştirakçılar Azər müəllimin çıxışını gurul­tulu alqışladılar. Azər müəllimin sevincdən gözləri doldu. O gülümsəyərək ətrafdakılara minnətdarlıq etdi və yerinə əyləşdi. Alqışlar dayanandan sonra məktəbin direktoru tədbirin bitməsini bildirib, Azər müəllimə yaxınlaşdı ki, onu yola salsın.
KONFRANSDA
Müəllimlərin ənənəvi avqust konfransı qabağı zonalar üzrə konfrans keçirilməsi zərurəti yaran­mış­dı. Cari tədris ili məktəbləri ciddi yeniliklər göz­ləyirdi. Məqsəd bu yenilikləri pedaqoji kadr­lar­la müzakirələri təşkil etmək idi. Konfrans iki hissədən ibarət olmalı idi. Birinci hissədə konfrans iştirakçılarını bəyənilmiş təkliflərlə tanış etmək, ikinci hissədə – konfrans iştirakçılarının rəyini öyrənmək idi. Konfrans bir neçə gün davam etməli idi…

Eyyub müəllim də dəvət olunanların arasında idi. Öz pedaqoji fəaliyyətini bitirsə də, o, zonanın sayılıb-seçilən müəllimlərindən idi. Uşaqlığını kənd­də keçirmiş, ali pedaqoji məktəbi bitirdikdən sonra, geniş pedaqoji fəaliyyəti ilə məşhurlaşmış bu nəcib insan, sovetlər dövrünün pedaqoji akade­miyasının üzvü olmuş, sovetlər məktəbinə çoxlu yeniliklər gətirmiş, dəfələrlə mükafatlar, orden və me­dallar almışdı. Yaşının yetmişi keçməsinə bax­mayaraq çox gümrah idi…

Çıxış üçün söz Eyyub müəllimə verildi. O, ağır-ağır tribunaya qalxıb dedi:

- Əziz konfrans iştirakçıları, əziz müəllimlər, mənə söz verməyiniz ürəyimcə oldu, çünki beynim fikirlərlə doludur, sizinlə bölüşmək istəyirəm.

Müəllimin cəmiyyətimizdəki rolu haqqında danışmaq istəmirəm. Bu haqda Ulu öndərimiz H.Əli­yev dediyi qədər heç birimiz deyə bilmərik: «Mən müəllimdən yüksək ad tanımıram». Bu sözlərdən sonra hər bir müəllim adını daşıyan şəxs nə qədər məsuliyyət daşıdığını bilməlidir. Müəllim cəmiyyətimizin özəyidir, döyünən ürəyidir, dü­şünən beynidir, mayakıdır. Onun işi müqəddəsdir, məsuliyyətlidir, cəmiyyətimizi irəli aparan mü­hərrikdir. Bunu bilərək biz - müəllimlər hər bir ye­niliyi yüz ölçüb, bir biçməliyik. Müəllimin işinin nəticəsini digər peşə sahiblərindən fərqli olaraq 10-15 ildən sonra görmək olar. Əgər bu yenilik fay­dasızdırsa, effektsizdirsə bir o qədər vaxt onu dü­zəlt­məyə sərf olunur. Nəticədə cəmiyyətimiz 20-30 il geri düşür…

Son illər təhsilimizlə bağlı həddindən çox təkliflər edilib.

Məsələn: 12 illik təhsil sistemi. Əlbəttə bu doğru fikir deyil. Biz təhsilimizdə kəmiyyətə yox, keyfiyyətə fikir verməliyik.

2014-cü tədris ilinə yekun vuraraq və ona qiymət verərək bu tədris ilini «Attestat ehsanı ili» adlandırmaq yerinə düşər.

Təhsil, idman kimi yarış meydanıdır. Hansısa təhsilə nail olmaq üçün, onun zirvəsinə çatmaq üçün mübarizə aparmaq lazımdır. Mübarizəsiz təh­sil – susuz dəyirmandır. Ondan millətə nə fay­dası? Min attestatlı savadsız yetişdirməkdənsə, onların içindən əlli yüksək savadlı insan yetişdir­mək daha faydalıdır. Min savadsız özünə düz yol seçib ya­şaya bilməz, dünya millətləri arasında itib-batar. O min savadsızın içindən əlli yüksək savadlı insan yerdə qalanları bir yana çıxartmağa qadirdir…

Son illər təhsil sistemimizdə aparılan «isla­hat­lar» nəticəsində biz ona nail olmuşuq ki, şagird­lərimiz imtahandan çox, «son zəngin» hazırlığına diqqət yetirirlər. Bəyəm bu belə deyil?..

Nə üçün biz şagirdlərin biliyini il boyu 50-100 qiymətlə yox, 5-10 summativ qiymətlərin ye­kunu ilə qiymətləndirməliyik?.. Bunun nəticə­sində ilbəil ali məktəblərə keçid balını aşağı salmağa məcburuq…

Əsrlərlə toplanmış təcrübədən belə asanlıqla əl çəkmək olmaz! Yeniliklərin tətbiq edilməsinin öz yolları var. Tətbiq edilən yenilik keçmiş təhsil bazası üzərində qurulmalıdır, onun dayaqlarını sil­kələməlidir, Təhsilin dayaqlarının möhkəmlən­mə­sinə xidmət etməlidir…

Məktəblərimizə nəzarəti gücləndirmək la­zımdır və oraya yalnız zəif davamiyyəti və jur­nallarda salınan qara-quranı «aşkarlayan» «əli qı­lınclı müfəttişləri» yox, güclü pedaqoji təcrübəyə malik insanları göndərmək lazımdır. Bu insanlar məktəblərə köməklik etməlidirlər, müəllimlərin qa­baqcıl təcrübəsini öyrənib, digər müəllimləri məlu­matlandırmalıdırlar. Daha məsləhətli müəl­lim­lərin təcrübəsini respublika səviyyəsində tətbiq edilmə­sinə şərait yaratmalıdırlar. Müəllimin ye­ni­lik ele­ment­lərini qabarıq şəkildə göstərərək film çəkmə­lidirlər və nümayiş etdirməlidirlər. Bu yeni­liklər haq­qında rəy toplamalıdırlar və s.

Məktəblərimizdə kifayət qədər «təsadüfi» mü­əllimlərə rast gəlinir. Onların bəziləri rəhbər və­zifə də tutur. Müxtəlif peşə sahibləri, pedaqoji ha­zırlıqları olmadan məktəblərdə müəllimlik edir­lər. Buna son qoymaq lazımdır!..

Mənim müxbirlərimizə böyük hörmətim var. Lakin onların hansısa məktəbi, müəllimi tərifləmə­yə, qiymətləndirməyə və s. haqqı yoxdur. Çünki on­ların pedaqoji təcrübəsi yoxdur ki, düzgün qiy­mətləndirə bilsinlər.

Qabaqcıl müəllimlərin fəaliyyətini təcrübəli pedaqoq-metodist qiymətləndirə bilər. Müəllimə təltif və adlar yüksək peşəkarlığı dəfələrlə isbat olunmuş insanlara təqdim olunmalıdır. Son illər dövlətimiz məktəblərimizin yeniləşməsinə, abad­laşmasına, təminatına və s. kifayət qədər diqqət ye­tirir və vəsait ayırır. Dövlətimiz bununla xal­qı­mız qarşısında öz borcunu yerinə yetirir. Gəlin gö­rək böyük xərclərlə alınan vəsaitləri, ava­dan­lıqları və s. biz necə istifadə edirik?

Məsələn: Kompyuterləri. Əksər məktəblərdə onlar bahalı əşya kimi qorunub, saxlanılır. Yaxşı halda onlardan məktəbin sənədləşmə işlərində isti­fadə edilir. Sizcə bunun üçün o qədər xərc çək­mə­yə dəyərmi? Yox!

Alınan və məktəblərə verilən kompyuterlərin imkanlarından biz maksimum qədər istifadə etmə­liyik. Bu yalnız məktəblərin işi deyil. Bu işin təş­ki­lində Təhsil Nazirliyinin nəznində olan bütün struk­turlar iştirak etməlidirlər. Onların hər birinin qarşısında vəzifə qoyulmalıdır…

Əvvəlcə gəlin kompyuterlərin funksiyasını araşdıraq. Kompyuter özündə bütün dünya mə­lu­matlarını əhatə edən mənbədir. Hər bir şagird bura­ya daxil olub istədiyi məlumatı əldə edə bilər. Bu­nun üçün gərək biz məktəblərdə yüksək bi­liklərə malik müəllim hazırlayaq. Biz buna nail olmuşuq­mu? Xeyr! Əksər məktəblərdə bu dərslər yaxşı halda fizika-riyaziyyat müəllimlərinə həvalə edilib. Əgər bu müəllimlər yaşlı nəslin nümayən­də­sidirsə – heç! İnternet klublarda günlərini keçi­rən uşaqlar kompyuteri onlardan çox mənimsə­yirlər…

Belə hesab edək ki, şagird gedib internet klub­larda kompyuter haqqında kifayət qədər bilik­lərə yiyələnib, o hansı proqramdan istifadə etsin? Biz ona hansı proqramı təqdim etmişik?.. Nəticədə bizim övladımız istəmədən xarici proqramlardan istifadə edərək, onların təsiri altına düşür, mənə­viy­yatı və əxlaqı pozulur…

Buna görə, qısa müddətdə Təhsil Nazirliyinin bütün strukturları milli proqramlarımızı tərtib et­məlidir. Bunun üçün nə etməli? İlk növbədə za­man­la ayaqlaşmaq və elmi nailiyyətlərdən istifadə etmək lazımdır. «Tabaşir, lövhə və qısa dərs» mər­hələsi arxada qalıbdır. Müasir təhsilimizi şagird­lə­rin tələbatına uyğun təşkil etməliyik. Nə qədər güc­lü təhsil proqramı hazırlasaq da, şagirdin tə­ləbatını ödəməsə dəyərsizləşəcək. Müasir təhsil proq­ramımız şagirdlərin tələbatına cavab vermə­diyi üçün, onlar repetitora müraciət etməli olurlar. Bəzi mütəxəssislər bunu alqışlasalar da bu yaxşı hal deyil.

Bizim təhsil sistemimiz və proqramımız bü­tün tələbata cavab verməlidir. Dünya təhsilində olan yeniliklərlə bərabər, dünya təhsil proqramına daxil olan mövzular bizdə öz ək­sini tapmalıdır. O cümlədən, təhsil proqramımızda milli dəyərləri­miz, ənənələrimiz, milli şüurumuz və onun lazımi istiqamətdə formalaşması, strateji məqsədimiz və s. öz əksini tapmalıdır. Onu da qeyd edim ki, yuxarıda sadalananlar təhsil sistemimizin «onurğa sütunu» olmalıdır.

Şagirdin tələbatı nədir? Məsələn, ibtidai sinif şagirdləri ana dilində yazmağı və oxumağı mü­kəm­məl öyrənməlidir. Niyə biz onlara kifayət qə­dər yazıb-oxumağa şərait yaratmayaq?...

I-II siniflərin şagirdlərini sərbəst və gözəl yazmağı bacarmaları üçün hüsnüxət dərsləri bərpa edilməlidir, hər şagirdin yoxlama hüsnxət dəftəri olmalıdır. Şagirdlərə hər hərifin və rəqəmin yazıl­ma qaydaları öyrədilməlidir. Yazılmış səhifələrin səliqəliliyinə, sözlər, həriflər arasındakı məsafələ­rə, sətirdən sətrə keçirilməsinə və s. diqqət ye­ti­rilməlidir. Biz isə I-II sinifdə çalışırıq ki, kompyu­terlə xarici dili və s. bilikləri verək. Unuduruq ki, I-II sinif şagirdləri hələ ana dilinin hərflərini yaxşı tanımırlar, məktəb qaydalarını bilmirlər, onlar alış­mayıblar və şüurları kifayət qədər inkişaf etməyib.

Nəticədə yuxarı sinifdə oxuyan şagirdlərin və hətta tələbələrin yazısına baxılası olmur, səhv­lərinin sayı-hesabı yoxdur, təqdim olunan fikirləri aydın deyil və s. Axı insanın savadı onun yazı yazmaq mədəniyyəti ilə müəyyən edilir.

III-IV sinif şagirdlərinə xarici dili təqdim etmək olar. Şagirdlərə öyrəndikləri dilin əlifbası coğrafi məkanı, təbiəti, tarixi etiket qaydaları və s. mövzuları təqdim etmək mümkündür. Düzdür, hələ sovet dövründə iki dilin tədrisinə etiraz edənlərin biri də mən idim. Biz hesab edirik ki, normal şagird bir xarici dili mükəmməl öyrənə bilər. İki dil öyrənmək üçün xüsusi qabiliyyətli şagird olmaq lazımdır. Ümumi şagirdlərin arasında belələri azlıq təşkil edir. İki dili yarımçıq öyrənməkdənsə, bir dili mükəmməl öyrənmək məsləhətdir.

Şagirdləri III-IV siniflərdə kompyuterlə tanış etmək lazımdır. Bu tanışlıq kompyuter oyunları ilə kifayətləndirilməməlidir. İbtidai sinif şagirdləri təhsilin əsas pilləsinə çatanda kompyuterdə istədiyi proqrama daxil olmağı, oxumağı, yazmağı, hesab­lama əməliyyatlarını, rəsm çəkməyi və s. sərbəst etməyi bacarmalıdır. Xüsusilə, şagirdə komp­yu­terdə ev tapşırıqları verilməsi zəruridir. Bunu III-IV sinifdə oxuyarkən sərbəst öyrənə bilər.

II sinif şagirdlərinə etika və gigiyena qay­daları haqqında ilk anlayışlar təqdim edilməlidir. Təbiət qanunları və fəsillər haqqında, milli bay­ram­larımız, dövlət atributları, yol hərəkəti qayda­ları, yoldaşlıq və kollektivçilik bacarıqları, böyük­lərə hörmət və s. anlayışları açıqlanmalıdır və for­malaşdırılmalıdır.

III-IV sinifdə şagirdlərə yuxarıda təqdim edi­lən mövzularla bərabər vətənpərvərlik, beynəl­mi­ləl­çilik, qənaətçilik, zəhmət, təbiətin qorunması, həs­­saslıq, qayğıkeşlik və s. mövzuları əlavə etmək olar. Bu mövzular konkret həyata bağlı və şagird­lərin yaşına uyğun şəkildə təqdim etməlidir.

III-IV sinif şagirdlərini tariximizin görkəmli şəxsləri ilə təbiətimizin flora və faunası, dünya iq­limləri ilə bəzi coğrafi məkanlarımızla, xəritə­miz­lə, dünya azərbaycanlılarının yaşadıqları əra­zilərlə, böyük türk məkanları və tarixi ilə, türk sərkərdələri və mədəniyyətimizin məşhur şəxsləri ilə və s. tanış etmək lazımdır.

İbtidai sinif şagirdlərinin fiziki hazırlığı çox vacibdir. Onlar üçün çox hərəkətli oyunlar tətbiq edilməlidir. Çünki orqanizmin inkişafına fiziki hə­rəkətlərlə nail olmaq mümkündür. Onları hə­rəkətli oyunlarla bərabər, stolüstü oyunlarla da tanış et­mək lazımdır. Şagirdlər təsviri incəsənətlə, mu­siqi və musiqi alətlərimizlə tanış olmalıdırlar. Milli mu­si­qimizi sevməlidirlər və o ruhda böyümə­li­dirlər.

İbtidai sinfi bitirmiş şagird özünü, millətini, mənsubiyyətini, dövlətini, xalqının dostunu və düş­mənini bilməlidir. Bununla bərabər kollektiv­çiliyi, dostluq etməyi, vətəni sevməyi, böyüklərə hör­mət etməyi, zəhməti və ona dəyər verməyi, müx­təlif peşələri, kompyuteri və s. bilməlidir. İb­tidai sinfi bitirmiş şagird sərbəst düşünməyi, fikir söyləməyi, münasibət bildirməyi, qiymət verməyi, cəmiyyətdə özünü idarə etməyi, soy kökünü, tari­xini, mənsubiyyətini və s. bilməlidir və bu bilik­lər­lə növbəti təhsil pilləsində təhsilini davam etdir­məlidir.

İlahiyyətçilərin məktəbdə dini dərslərin ke­çirilməsi təkliflərinə uyğun olaraq IV sinif­lərdə şagirdləri dinimiz haqqında ilk anlayışlarda təqdim etmək olar.

Məsələn: Dinimizin yaranması, Peyğəm­bə­rimizin həyatı, dini qadağalar, dini əməllər. Turan haqqında məlumatlar, ayə və surə anlayışları və s. Bununla bərabər şagirdləri digər dünyəvi dinlərlə də tanış etmək məsləhətdir. Şagirdlərimizə «Bud­da» və «Xristian» dinlərinin mahiyyəti, inancları, müqəddəsləri, qolları, dini kitabları və s. haqqında məlumatlar bir neçə dərsdə izah edilməlidir. Belə tanışlıq şagirdlərimizin dünya görüşünü artırar, dinimizin humanistliyini digər dinlərlə müqayisə etmək imkanı verər və onun daha mükəmməl və humanist din olduğunu bilməyinə köməklik edər.

Onu da qeyd edim ki, mövcud ibtidai sinif dərsliklərimizdə həddən artıq şeir daxildir. Bu heç də yaxşı hal deyil. Düzdür bu bizim şeir və mahnı sevən xalq olmağımızın əlamətidir. Lakin şa­girdlərə həddən artıq şeir təqdim etməyimiz şa­girdlərimizi «əzbərçi» olmağa meylləndirir. Şeir və mətinləri seçərkən düşünməliyik: onu öyrənməklə şagird nə əldə edəcək, faydası nə olacaq, hansı biliklərə nail olacaq və s. Mətinlərdə «artıq» cüm­lələrdən azad olmalıyıq…

Təhsilimizin əsas pilləsi müasir dövrdə mə­lum olan bütün elmlərin əsasını öyrənməyə yö­nəlməlidir. Bu təhsil pilləsini bitirən şagird bütün elmlərlə tanış olmalıdır. Onları kifayət qədər bil­məlidir və qabiliyyətini sevdiyi və seçdiyi elmə yönəltməlidir.

Əsas təhsil pilləsində təqdim olunan dərs­liklər mükəmməl olmalıdır. Buna nail olmaq üçün biz bu təhsil pilləsinin strategiyasını müəyyən etməliyik və şagirdlərin müasir dövrdəki tələblə­rini ödəməliyik.

Bu təhsil pilləsinin strategiyası zəminində şagirdlərə müasir dövrümüzdə olan elmləri tam və dolğun halda çatdırmalıyıq. Əvvəlcə elmin konkret həyati vacibliyi, əhatə dairəsi, elm haqqında tarixi məlumatlar və s. aşkarlanmalıdır. Sonrakı mər­hələdə elmin konkret nailiyyətləri, qanunları, tətbiq olunan sahələr və gələcəkdə nəzərdə tutulan tətbiq sahələri, elmin qarşısında duran problemlər və s. şagirdlərə çatdırılmalıdır.

Şagird bilməlidir ki, öyrəndiyi elmi həyatında necə və harada istifadə edə bilər. Əks halda o elmin zərrə qədər faydası yoxdur. Unutmayaq ki, şagird elm tədqiqatçısı deyil. Ona elmin həyatında tətbiqi və faydası vacibdir. Şagirdi maraqlandıran elmin dərinlikləri bu sahənin mütəxəssisi olanda özü yiyələnəcək və tədqiqatlar apararaq, yeni-yeni nailiyyətlər əldə edəcək…

Bütün təqdim olunan elmlərin şagirdlərə həyati vacib tərəfləri təqdim edilməlidir. O əldə et­diyi bilikləri praktikada tətbiq etməyi bacarmalıdır.

Qeyd edim ki, təhsilimizin əsas pilləsində heç də bütün elmlər tədris edilmir. Məsələn, astrono­miya. Bu elm təbiətlə bağlı olsa da, nədənsə onu orta təhsilin sonuncu pilləsində tədrisi məsləhət olunub. Unutmayaq ki, heç də bütün şagirdlərimiz tam orta məktəbdə oxumurlar və bu elm haqqında məlumatlı olmurlar. Bu elmin əsas təhsil pilləsinin sonuncu sinfində oxuyarkən tədris olunması məsləhətdir. O vaxta qədər şagirdlər ki­fayət qədər fizika və riyaziyyat biliklərinə yiyə­lənirlər və astronomiya elmini qavrama qabiliy­yətinə sahib olurlar. Astronomiya elmini bilmək insanların yan­lış dini etiqadlarına aydınlıq gətirir və gənclərimizi bu inanclardan azad edir.

Eyyub müəllim dayandı, yorğun-yorğun zala baxdı. Zalda oturanların hamısı onun çıxışının təsiri altında idi. Onların baxışları və üzlərinin ifa­dəsi sanki «Dayanma! De!» deyirdi… Eyyub mü­əllim iştirakçılardan üzr istəyib, tribunada olan sudan bir stəkan süzüb içdi və ətrafa boylanaraq davam etdi:

- Qeyd edim ki, yuxarıda deyilənlər dəqiq elmlərə aid idi. Humanitar fənlər haqqında söhbət açarkən ilk növbədə tarix elmi haqqında söhbət etmək istəyirəm. Düzdür, bu elmdə dəyişikliklər edilib. Əlbəttə, bu azdır.

Məsələn: Əsas təhsil pilləsinin aşağı sinif­lərdə «Qədim dünya tarixi» keçirilir. Bu dərslikdə türk tarixindən başqa bütün xalqların tarixi haq­qın­da məlumat verilir. Nə üçün öz tariximiz unu­dulub? Mən gənc olanda Sibir və Asiya ərazisində türk dillərinə yaxın olan çoxlu adlara rast gəlirdim. Məsələn, Orxan, Yenisey (Yenisel), Baykal (Bəy göl, yaxud Beyqal), Həştərxan, Qazan və s. Mən düşünürdüm ki, bu adlar burada haradandır. Sonra Orxan Yenisey abidələri haqqında eşitdim, tanış ol­dum və bildim ki, oralar qədim türk məskən­lə­ridir…

Nə üçün bu sahədə araşdırmalar aparılmır? Turan sözü haradan yaranıb? Hal-hazırda orada türk tayfaları yaşamır?..

Qədim türk tayfaları köçəri həyat sürdükləri üçün onların əhatə dairələri çox geniş olub. Hətta türk tayfaları Avropanın böyük bir hissəsinə qədər köç edirmiş. N.Gəncəvinin dövrundə şimal qon­şumuz paytaxtlarının bünövrəsini zəbt edilmiş türk tayfalarının ərazisində qoyublar…

Bununla bərabər Azərbaycan tarixinin çox sayda qaranlıq səhifələri mövcuddur. Onların araş­dırılması vacibdir və olduğu kimi övlad­larımıza çatdırmaq bizim mənəvi borcumuzdur. Eyni za­manda tarix kitabımızda əzəli Azərbaycan torpaq­ları: Dərbənd, Borçalı, Dərələyəz, Zəngəzur, İrə­van, Göyçə və s. diyarlarımız haqqında şa­girdlərə biliklər verilməlidir. Hansı dövrdən, hansı tarixi şəraitdə və kimlər tərəfindən o yerlər bizim əlimiz­dən alınıb, özgələşib. Bunu hər bir azər­baycanlı övladı bilməlidir. Bunları etmək əvəzinə «Qarabağ tarixini» ümumi tariximizdən ayırıb, ayrı fənn kimi tədris edilməsini hazırlıqsız, kitabsız və s. təşkil ediblər. Bununla heç nəyə nail olmaq olmaz! Bu «məmur məhəbbətindən» irəli gələn təklifdir. Yəni mən də Qarabağımız üçün nəsə eləməmişəm…

Milli tariximiz ayrılmazdır! Tarixi hadisəni araşdırmaq, tanıtmaq, unutmamaq və s. üçün onu ayırmaq lazım deyil. Ümumi tariximizin səhifə­lərində ona kifayət qədər vaxt (saat) ayırmaq la­zımdır. Artıq təqdim edəndə, o bezdirici olur… Müasir dövrümüzdə baş verən hadisələr kifayət qədər işıqlandırılır. Bilən bilir. Bilməyəni qamçıla­maqla da öyrətmək mümkün deyil. O min bisa­va­dın nümayəndəsidir. Ona yeni metodlar tapılmalı­dır və yaxşı peşə öyrədilməlidir.

Zaldan gurultulu alqışlar gəldi. Eyyub müəl­lim davam etdi.


  • Dil və ədəbiyyatımız haqqında danışaraq qeyd edim ki, klassiklərimizin əksəriyyətində mə­həbbət mövzusu çox geniş yer alıbdır. Biz klassik­lərimizin irsindən vətənimizə, yurdumuza, elimizə, ənənələrimizə, haqqa, ədalətə, zəhmətə məhəbbət bəsləyən və tərbiyəvi mövzuları diqqətdən qaçır­ma­malıyıq və əsas pillənin aşağı siniflərin dərslik­lərinə salmalıyıq. Bu mövzuda olan dini rəvayətləri də buraya daxil etmək lazımdır. Fəlsəfi fikirləri, həyati əhəmiyyətli məsələləri və rəvayətləri, əmə­yin və zəhmətin incə duyğularını, zərif təsvirlərini, milli xasiyyətləri və əxlaqi dəyərləri və s. yuxarı siniflərdə tədris proqramına salmalıyıq.

Təqdim edilən materiallar qısa, konkret və mak­simum qədər ideya baxımından zəngin və müx­­təlif olmalıdır. Bu mövzular övladlarımızı və­tən­pərvərliyə, milliliyə, tərəqqiyə və s. ruhlan­dır­malıdır.

Ədəbiyyatımıza aid bütün filmlər, tamaşalar, incəsənət ustalarının dilindən səslənən əsərlər və s. toplanmalıdır, disklərə köçürülüb, məktəb komp­yu­terlərinə yüklənməlidir və fənn müəllimləri tə­rəfindən şagirdlərə təqdim edilməlidir. İlbəil onla­rın həcmi və sayı proqramlaşdırılmış halda artırıl­malıdır və zənginləşdirilməlidir.

Ümumiyyətlə, bütün dərsliklərin elektron va­riantı çıxarılmalıdır və məktəblərə təqdim edil­məlidir. Dərsliklərlə bərabər hər fənnin hər möv­zuya aid məlumat materialları ilə birlikdə disklər hazırlanmalıdır və bütün məktəblərə bir neçə nüsxədə təqdim etmək lazımdır.

Bu bizə nə verəcək? İlk növbədə dərsliklər haq­qında. Məlumdur ki, orta məktəbin bütün dərs­liklərin xərcini dövlətimiz çəkir və şagirdlərə pul­suz verilir. Buna görə dövlətimizə minnətdar ol­malıyıq. Lakin şagirdə dərslik yalnız oxuduğu sinfə aid verilir. Növbəti sinfə keçəndə o dərsliklər toplanır, o sinifdə oxuyanlara paylanılır, bu şa­girdlərə isə növbəti tədris ilində oxuyacaq sin­fin dərs­likləri paylanılır. Beləliklə, şagird kon­kret sin­fin dərsliyini yalnız oxuduğu sinifdə oxuyarkən əldə edə bilir. Bu çox mənfi haldır.

Məlumdur ki, bütün siniflərdə keçilən fənlər, elmlər hər sinifdə yeni-yeni biliklər verir. Bu fən­nin mövzuları biri-biri ilə əlaqəlidir, bir mövzu­nu yaxşı mənimsəmək üçün tez-tez keçmiş möv­zulara müraciət etmək lazım olur. Ümumiy­yətlə, ali mək­təbə hazırlaşan şagird konkret bir fəndən ha­zır­laşmaq üçün o fənnin bütün siniflərdə olan ma­teriallarını əldə etməlidir. Şagird bu dərs­lik­ləri əldə edə bilməyəndə repetitora müraciət etməli olur. Dərsliklərin və konkret mövzuların elektron vari­an­tı olsa, o kitabın və mövzunun elek­tron va­rian­tını çıxarıb evində sərbəst hazırlaşar.

Yeri gəlmişkən qeyd edim ki, ali məktəbə hazırlaşan şagird üçün mütləq hər fənn üçün onun proqramı da hazırlanmalıdır. Belə proqramlar şa­girdlərimiz üçün mayak rolu oynayacaq. Onlar Döv­lət Qəbul Komissiyası tərəfindən hazırlan­ma­lıdır və şagirdlərə təqdim edilməlidir ki, onlar bil­sin qəbul imtahanında fənnin hansı sahəsi və həcmi­ əhatə ediləcək. Fənnin mövzularını və əha­təsini mükəmməl bilən şagird bütün test sual­larına cavab verməyə qadirdir.

Ən vacib tədbirlərin biri də şagirdlərimizi ən zəngin bilik mənbəyi olan Ensiklopediyamızdan və ayrı-ayrı fənlərin, elmlərin lüğətlərindən istifadə et­mə­yi öyrətməliyik. Müasir dövrümüzdə şagirdlə­rimi­zin çoxu heç onların mövcudluğundan xəbər­ləri yoxdur. Bu acınacaqlı haldır!..

Ensiklopediyamız və lüğətlər hər oxumaq arzusunda olan şagirdin stolüstü kitabı olmalıdır. Bunun üçün Ensiklopediyamız bütün elmlərin mövcud olan lüğətlərinin, dil lüğətlərinin, mə­lumat kitablarının və s. elektron variantları hazır­lan­ma­lıdır və məktəblərə göndərilməlidir. Bunlarla bəra­bər onların hər birində istifadə qaydaları ol­malıdır ki, şagird çətinlik çəkməsin. İstifadə qay­dalarının olmasına baxmayaraq hər müəllim şa­girdlərinə bu lüğətləri tətbiq etməlidir. Faydasını, əhəmiyyətini, asanlığını və s. izah etməlidir.

Məktəbimizin əsas pilləsində şagirdlərin fi­ziki hazırlığına, həyati biliklərinə, mülkü mü­dafiə, siyasi və iqtisadi biliklərin yiyələnməsinə və s. diq­qət yetirilməlidir.

Təhsil qanunumuzda şagirdlərin orta təhsil alması mütləqdir. Bu zəmanəmizin tələbi hesab olunur. Mən bu fikirlə razı deyiləm. Nə üçün biz hər hansı bir şagirdi orta təhsil almağa məcbur etməliyik? Belə şagirdin hansı biliyindən danışa bilərik? Belə yanaşmadan əl çəkmək lazımdır!..

Şagirdə ona lazım olan qədər təhsil vermək məsləhətdir. Bu «sərbəstlik» məktəbimizi «dəcəl», «çətin tərbiyə olunan», «dərsi pozan» və s. şagird­lərdən «təmizləyər». Kifayət qədər faktlar möv­cud­dur ki, valideyn öz övladlarını məktəbdən ayı­rıb özünün tanışının, dostunun və s. məşğul olduğu sənətə cəlb ediblər. Belə hallar şəhər və kənddə də mövcuddur. Nə üçün biz belə şagirdləri məşğul olduqları sənətdən ayırıb, «alim» etmək istəyirik? Bəyəm bizə «sənətkarlar» lazım deyil? Əgər şagird və valideyn istəyirsə ki, onun övladı sənət sahibi olsun, bunu alqışlamaq lazımdır. Belə şagirdlər texniki peşə məktəbini bitirən şagird­lərdən də tez və xərcsiz peşə sahibi olurlar. Bu da təhsilimizin məqsədlərindən biridir. Onsuz da belə şagirdlər yiyələndikləri peşə biliklərindən artıq bilik istəmir­lər və ona lazım olan «Əlavələri» o özü əldə edə­cəkdir…

«Sərbəstliyi» şagirdlərə əsas təhsil pilləsinin VIII-IX siniflərindən vermək lazımdır, çünki şagir­din peşəyə marağı həmin illərdə oyanır. Lakin on­ları tamamilə məktəbdən ayırmaq lazım deyil…

Əgər valideyn və şagird peşəyə maraq göstə­rirsə, dövlət strukturlarının iştirakı ilə valideyn və şagirdin ərizəsi alınmalıdır və şagird təhsildən ay­rıl­malıdır. Lakin şagirdin istədiyi vaxt təhsilini da­vam etmək hüququ olmalıdır.

Məsələn: Təhsil sisteminin əsas pilləsinin VIII sinfindən çıxmış şagird orta təhsili bitirən şagirdlərin yaşına çatana qədər təhsilin əsas pil­ləsini bitirmək hüququ verilməlidir və s. Belə «hə­yat məktəbi» keç­miş şagird təhsilin qədrini digər­lərindən yaxşı bilə­cəkdir… Hətta öz övladının tər­biyəsi üçün mü­kəmməl hazırlamaq, onu bərkə-bo­şa salmaq, ira­də­­sini möhkəmlən­dir­mək və s. üçün şah övladını bir neçə nökərlə aylarla qozirəyə gön­dərirmiş… Biz isə övlad­la­rı­mızı çətinliklərdən qo­ruyaraq, əzizlə­yə­rək, «getmə gözümdən, gedə­rəm özümdən» - deyi­rik…

Şagirdlərin arasında elələri də var ki, oxumaq arzusundadırlar, lakin ailə durumu onlara imkan vermir. Təhsil ocağı, müəllimlər və dövlət struk­turları belə şagirdləri müəyyən edib onların ailə­sinə yardım et­məlidirlər.

Məsələn: belə şagirdlərin təhsilinə mane olan sə­bəblərin aradan qaldırılmasına, sosial yardım alma­sına, fərdi təhsil verilməsinə və s. köməklik göstərməli­dir­lər.

Müasir dövrümüzdə şagirdlərimiz xüsusi ilə yuxarı siniflərdə dinləməkdən çox danışmağa və fikir söyləməyə üstünlük verirlər. Bu heç də pis hal deyil. Lakin çox vaxt müəllimlərimiz belə şagird­ləri «də­cəl» adlandıraraq «susdurmağa» üstünlük verirlər. Bu yaxşı hal deyil. Fikir söyləmək istəyən şagirdləri «sus­durmaq» yox, dinləməyi öyrətmək lazımdır. Din­ləyərkən şagirdin «yeni» fikrini alqış­lamaq lazımdır, şərait yaratmaq lazımdır ki, onlar öz fikrini daha geniş auditoriyaya çatdırsın. Mə­sələn, dərnəklərdə, məktəb və rayon tədbirlə­rində və s. dünya prak­ti­kasında kifayət qədər fakt­lar mövcuddur. Biz çalışırıq ki, hər yolla şagirdləri imtahan etməklə və ver­diyimiz qiymətlər vasitəsi ilə onları sinifdən-sinfə keçirək. Adını da qoyuruq ki, şagirdlərin psixolo­giyasını qo­ruyuruq. Bu çox yan­lış fikirdir. İmtahan şagirdlərin biliklərini qiy­mət­lən­dirməklə bərabər mü­əllimin qabiliy­yə­tinin də göstə­rici­si­dir. Yüksək qabi­liyyətli müəllim fən­nini şagird­lərə kifayət qədər mə­nimsədə bilsə bü­tün şagirdləri bu sınaqdan keçəcək­dir. Əlbəttə, im­tahan sualları təq­dim olunan proqrama uyğun tərtib edi­libsə. İmtahan­dan keçməyən şagirdlərin mə­su­liy­yəti müəllimlərin üzərinə düşür. İmtahanı sev­mə­yən müəllim bu mə­suliyyətdən qorxaraq, şa­gird­lə­ri im­tahandan yayın­dır­mağı üstün tutur. Unut­­mayaq ki, rus ordusunun böyük sərkərdəsi, böyük türk xalqla­rı­nın birinin övla­dı olan A.V.Su­vorov demişdir: «Tə­lim vaxtı çox əziy­­yət çəkən əsgər üçün döyüş asan olur». Bizdə tə­lim-tədris vaxtı şagirdlərimizi nə qədər çox imtahana çəksək onlar üçün həyat yolları asan olar…

Bizim məktəblərdə hələ də sovetlər döv­rün­dən miras qalmış «keyfiyyət göstəricilərini» çıxar­maq «təc­rübəsi» mövcuddur. Yarım ilin, ilin və s. nəticə­lə­rini yekunlaşdıraraq mənimsəmə və key­fiyyət faizi­ni çıxarıb təqdim edirlər. Özün yazdığın qiymətlərin keyfiyyət göstəricilərini çıxarmağa nə var ki!

Keyfiyyət faizini ilin sonunda keçirilən im­taha­nın nəticəsi ilə qiymətləndirmək vacibdir. Xü­susi ilə, son vaxtlar şagirdlərin mərkəzləşmiş qay­dada aparı­lan imtahan zamanı. Bu, çox müsbət hal­dır. Yüksək səviyyədə peşəkarlıqla aparılan mər­kəz­ləşmiş imta­han şagirdlər üçün əsl sınaq mey­danıdır…

Beləliklə, qeyd etdiyim kimi, ibtidai sinif şa­girdləri yaxşı yazmağı, oxumağı və hesablamağı mükəmməl bilməlidirlər. Əsas təhsil pilləsində bü­tün elmlərin əsaslarını öyrənməlidirlər. Elmlərin əsası tamamilə həyata bağlı olmalıdır, yəni alınan biliklər şagirdlərə tamamilə gündəlik həyatda tət­biq etmək imkanı verməlidir. O savada ehtiyacının olduğunu hiss etməlidir. Kompyuter və digər mü­a­sir avadanlıqlarla sərbəst istifadə etmək qabiliy­yə­tini təmin etməlidir. Onlar indiki kimi lisey, kollec, texnikum və s. təhsil müəssisələrinə qəbul olmaq imkanı verilməlidir.

Vacib məsələlərdən biri də əsas təhsil pillə­sin­dən uzaqlaşmış şagirdə, orta təhsili bitirənlər yaşına kimi, yəni 17 yaşına qədər, əsas təhsil pil­lə­sini bitirmək imkanı verilməlidir. Bu şagirdə əmək fəaliyyətinə başlamaq hüququna qədər maksimum savad almaq imkanı verər.

Orta məktəbin sonuncu pilləsinin adını da dəyişmək məsləhətdir. Bu sovetlər dövrünün ter­mi­nidir. Təklif edərdim ki, məktəbimizin sonuncu pilləsini «Kamil» təhsil pilləsi adlandıraq. Bu daha məqsədə uyğun olardı, çünki bu pilləni bitirən şa­gird tam yetkin, kamil bir insan olur və şagirdə verdiyimiz təhsil, ona cəmiyyətimizə hər tərəfli, mü­kəmməl hazırlıqlı daxil olmasını təmin etmə­lidir.

Bunun üçün şagirdlərimiz yenə təmayül sis­temi ilə təhsilini davam etməlidir. Bu bölgü dörd bölməyə bölünməlidir: Humanitar, dəqiq, təbiət və istedad. Bütün mövcud olan sənət və ixtisasları bu bölgü vasitəsi ilə aparmaq mümkündür.

Onu da qeyd edim ki, «Kamillik» pilləyə qəbul çox yüksək tələbli olmalıdır və şagirdlər bu hüququ qazanmalıdırlar. Bu tələblər orta-ixtisas mü­əssisələrinin qəbul tələbləri ilə eyni səviyyədə olmalıdır, çünki «quru attestat»ı olan insan cə­miy­yətimizə lazım deyil, onlar təhsilimizə büdcədən ayrılan vəsaitə faydasız yükdür.

Kamil təhsil pilləsində oxuyan şagird seçdiyi bölmədə olan elmləri sıfırdan mükəmməl öyrən­mə­lidir. Bununla bərabər şagird həmin elmin ən son nailiyyətləri və prespektivi haqqında kifayət qədər məlumatlı olmalıdır. Buraxılış imtahanı və ali məktəbə qəbul zamanı şagirdin bitirdiyi bölmə nəzərə alınmalıdır və testlər həmin elmlər üzərində köklənməlidir.

Hər bir bölmənin şagirdi ictimai fənlər də keç­­məlidir. Buraya ən müasir tarix, ədəbiyyat, hü­quq, ictimaiyyət elmləri, fəlsəfə, sosiologiya, mən­tiq və s. elmlərin əsasları ilə tanışlıq olmalıdır. Bü­tün bölmələrin şagirdləri xarici dili öyrənməlidir. Keçdikləri fənlərin terminologiyasını mükəmməl bilməlidirlər.

Kamil pilləni bitirən şagirdin cəmiyyətimizdə və dünyada gedən prosesləri yaxından izləmək vər­dişi, prosesləri analiz və sintez etmək, sərbəst dü­şün­mək, fikir söyləmək qabiliyyəti olmalıdır və on­lardan düzgün nəticə çıxarmağı bacarmalıdır.

Eyyub müəllim dayandı, zala nəzər yetirərək dedi:

- Burada mənə fasilə vaxtının çatdığına işarə edir­lər. Mən də etiraz etmirəm. Fasilədən sonra söh­bə­timizi davam etdirərik, - deyərək tribunanı tərk et­di…

2015-ci il


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin