Бяйляр ялийев – 60



Yüklə 0,94 Mb.
səhifə7/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
#82695
1   2   3   4   5   6   7   8   9   10

İCLAS
Bütün müəllimlər müəllim otağına, iclasa top­­laşmışdı. Gündəlik məsələnin aktuallığı və di­rektorun iclas elanında yazdığı ifadə - «Bütün mü­əllimlərin iştirakı məcburidir», onları iclasa gəl­məyə vadar etmişdir.

Gündəlik məsələ məktəbin gənc müəllimi Tərlan Qurbanovun şagirdi vurmasına aid idi…

İclas başladı. Məktəbin direktoru şikayət əri­zəsini oxuyandan sonra, müəllim kollektivi qarşı­sında məyus şəkildə dayanmış Tərlan müəllimdən soruşdu:

- Ərizədə yazılanlarla razısanmı? Göstərilən faktlar doğrudurmu? Sən şagirdi vurmusanmı?

Tərlan müəllim başını aşağı salaraq, dedi:

- Bəli, mən Zaur İbadova bir sillə vurmuşam. Boynuma alıram. Ərizədə vurmağımın səbəbi gös­tərilməyib, çünki göstərilsə – valideyni cərimə, şa­girdi – məsuliyyət gözləyir. Göstərilən səbəb uydu­rulmadır. Zaur İbadovun yoldaşları şahiddirlər. Onlardan soruşa bilərsiniz…

Tərlan müəllim bir neçə ildir ki, həmin kənddə müəllim işləyir. Biliyi, bacarığı, ədalətliyi, prinsipiallığı və s. keyfiyyətləri ilə digərlərindən seçilirdi. Müəllim üçün ən vacib keyfiyyət ədalətli olmağı və dövlətimizin marağını hər işdən üstün tutmağı bilirdi, çünki ədalət ən düz yoldur. Şagird Vətəni sevməyi, ədalətli olmağı valideynlərindən və müəllimlərindən öyrənməlidir. Onlarda bunu görməsə, həmin keyfiyyətlər şagirddə formalaşmır, nəticədə cəmiyyətimiz uduzur…

Məktəbin direktoru qəlbində Tərlan müəllimə rəğbət bəsləyirdi. O müəllimi də, Zauru da və onun valideynlərini də kifayət qədər tanıyırdı. Bu ailə indiyə qədər cəmiyyətə xeyir verməyib, heç xeyir vermək niyyətində də olmayıb. Onlara elə gəlir ki, istədiklərini də edə bilərlər. Hamı onların istək­lə­rini qəbul etməlidir və şərait yaratmalıdır ki, on­lar istəklərinə çatsınlar. Digərlərinin istəklərinə onlar öz prizmalarından baxırlar. Yəni onlara xeyir olan­ları qəbul edirlər, eləməyəni yox…

Direktor qəlbində Tərlan müəllimə haqq qa­zan­dırsa da, mövcud ictimai fikri nəzərə alaraq, onu tənqid etməyə başladı:

- Tərlan müəllim, siz bilirsiniz ki, şagirdi vur­maq olmaz! Televiziyada tez-tez bu məsələ işıq­landırılır və şagirdi vuran müəllim öz layiqli cə­zasını alır. Nə üçün belə səhvə yol vermisiniz? Axı o qədər cəza növləri var, niyə siz onlardan istifadə etməmisiniz? Niyə məktəbimizi biabır edirsiniz? Belə olmaz! Müəllimlər, sizdən xahiş edirəm mü­na­si­bətinizi bildirəsiniz. Çıxışları qeyd edin, təhsil şö­bəsinə göndərmək lazımdır.

Məktəbin «fəal» müəllimləri və Tərlan mü­əl­limlə ədavətdə olan müəllimlər onu «uzununa uza­dıb – eninə ağlamağa» başladılar. Məktəbin ağsaq­qalı Fərman müəllim buna dözməyib söz istədi:

- Ay müəllimlər, siz Tərlan müəllimi yaxşı tanıyırsınız. Neçə ildir o bizimlə çiyin-çiyinə çalı­şır, özünə böyük hörmət qazanıb. Nə üçün siz bir Zaurdan ötrü onun zəhmətini yerə vurursunuz? Bununla siz onu işindən soyudursunuz. Belə müna­sibətə görə məktəblərdə ilbəil kişi müəllimlərin sayı azalır. Siz bilirsinizmi ölkəmizdə bu necə aktual məsələdir? Gənc nəslin tərbiyəsində kişi müəllimlərinin rolu böyükdür. Kişi müəllimlərimiz oğlanlarımıza kişi tərbiyəsi verəndə, onlar kişi kimi böyüyürlər. Nə üçün biz xalqımıza lazım olan və fayda verən Tərlan müəllimi bir yaramazın ayağına veririk? Həmin şagird «azğınlaşıb» daha da nalayiq hərəkətlər eləsin? Siz bilirsinizmi ki, günahın hamısı Tərlan müəllimdə yox, sizdədir? Siz kiminsə xahişini yerinə yetirərək, üç-beş saat dərsiniz artıq olsun deyə, layiq olmayan şagirdi yuxarı siniflərə qəbul edəndə, nəticəsi belə olacaq? Yuxarı sinif şagirdi, qiymətlərinin nəticəsi ilə bərabər, pedaqoji kollektivin rəyinə əsasən qəbul edilməlidir. Hər şagirdə müsbət rəy verən müəllim fikrini əsaslandırmalıdır və onların adları qeyd olun­malıdır ki, səhərisi günü həmin müəllim şa­girdin oxumağına, davamiyyətinə, davranışına və s. cavabdeh olsun. Zaur kimi şagird yoldaşlarına mən­fi təsir edir. Oxuyan şagirdləri dərsdən soyu­dur. Öz təcrübəmdən bilirəm ki, belə yaramaz şa­girdlər, oxuyanları nalayiq sözlərlə oxumaqdan çəkindirir…

Dəcəllik edənlər oğlanlar da olur, qızlar da. Dəcəllik iki cür olur. Birinci qrup dəcəlliyi saf dəcəllik adlandırmaq olar. Bu dəcəlliyi məktəbli başqalarından fərqlənmək, müəllim və yoldaşlarına təbəssüm yaratmaq, yumor qabiliyyətini nümayiş etmək, kiminsə gözündə ucalmaq və s. məqsədi ilə edir. Pedaqogika bunu qəbul edir. Hətta şagirdlərin diqqətini toplamaq üçün, yorğunluğu aradan götürmək üçün və s. maraqlı, gülməli söz, ifadə 1-2 dəqiqəlik əhvalat, lətifə və s. müəllim də istifadə edə bilər.

İkinci qrup dəcəllikdə məktəbli yalanlı, qə­rəzli, kinayəli, hədəli, məqsədli, atmacalı və s. söz­lər və ifadələr işlədir, dərsi pozmağa çalışır, mü­əllimin nüfuzuna toxunur. Ətrafında baş verən ha­disələri təhrif edir və ətrafına həmfikirlilər top­lamağa başlayır və s. Əlbəttə, bunun qarşısını al­maq lazımdır. Belə şagirdlərlə fərdi söhbət apar­maq mümkün deyil, çünki həmin şagird düşünür ki, müəllim ondan qorxur, yalvarır və daha da «azğınlaşır». Belə şagirdlə bütün sinifin iştirakı ilə söhbət apar­maq vacibdir. Əvvəlcə onun etdikləri hərəkətin səbəblərini araşdırmaq və məqsədini öy­rənmək lazımdır. Bunu öyrənəndən sonra müəllim siniflə bərabər səbəbləri və məqsədlərin haqlı və haqsız olmasını araşdırır. Haqlı olan səbəblərə görə şagirdə təşəkkür edir və alqışlayır. Haqsız səbəb və məqsədləri təhlil edərək on­ların doğru olmadığını sübut edib və xüsusi ilə şagird qaydalarına, yol­daşlığa, insanlığa, vətənpər­vərliyə və s. zidd oldu­ğunu söyləmək lazımdır. Nə qədər «pis» şagird olsa da, bundan sonra o səhvini başa düşüb «yo­luna» düzəlir. Təkrar edilən səhvin sinif rəhbəri, psixoloq, valideyn, məktəb rəhbərliyi vasitəsi ilə qarşısı alınır. Əks halda məktəb rəh­bərliyi uşaq inspektoruna (polisə) yazılı məlumat verməlidir. Onda da həmin şagirdin adı «qara» siyahıya düşür və hamı ona potensial cinayətkar kimi baxır. Bu, nə şagirdə, nə valideynə, nə məktəbə, nə müəllimə lazımdır? Tərlan müəllim «sillə» ilə onu xətadan qorudu. Bunu başa düşmək o qədərmi çətindir?

Hamı susurdu. Fərman müəllim davam etdi:

- Onu da qeyd edim ki, müəllim məcbur olub şagirdi vuranda, ona xəsarət yetirmək üçün etmir. Burada müəllimin məqsədi, dəfələrlə xəbərdarlıq edilmiş, çaşmış, azğınlaşmış və s. şagirdi özünə gətirməkdir, türk qardaşlarımız dediyi kimi «kən­dinə gəl!» - deməkdir…

Düzdür, siz məni köhnə fikirli müəllim saya bilərsiz. Gəlin ətraflı düşünək. Siz hamınız Avropa təhsilinin tərəfdarısınız və bilirsiniz ki, Avropa mək­­təbində şagirdi vurmurlar. Avropa şagirdləri bizimkilər kimi hərəkət etmirlər. Belə ki, Avropa məktəblərində bizdən uzaq, tez-tez güllələnmə in­sidentləri baş verir. İlbəil narkotik maddələrinin istifadəçisi və əxlaqsızlıq artır və s.

Siz bilirsinizmi bunun qarşısı bizdə necə alınır? Bu kəskin neqativ halların qarşısını Tərlan kimi müəllimlərin «əmi-dayı» silləsi alır. Həyat təc­rübəsi olmayan gənc mahiyyətinə varmadan, hər gördüyü şeyə maraq göstərir. Müəllimlər vali­deynlərlə birlikdə onları zərərli vərdişlərdən və hərəkətlərdən çəkindirirlər. Mən inanıram ki, Tər­lan müəllim elə ilk səhvə görə Zaura sillə vu­rub. Yəqin ki, o şagirdə dəfələrlə etdiyi hərəkətin zi­yanlı və düzgün olmağını başa salıb. Lakin də­fə­lərlə edilən xəbərdarlıqlar nəticə vermədiyi üçün Tərlan müəllim Zaura bir «əmi-dayı» silləsi vurub. Burada pis nə var ki? Nalayiq hərəkətə görə va­lideyn öz övladına sillə vurmur? Xalqımız əbəs ye­rə demir ki, «övladını döyməyən, sonra dizinə dö­yər».

Burada xalqımızın gözəl nəsihətli rəvayəti yadıma düşdü. Çox məşhur bir oğrunu tutub dar ağacından asanda, o axırıncı arzusunu yerinə ye­tirməyi xahiş etdi. Ondan arzusunun nədən ibarət olduğunu soruşanda, o dedi:

- Bu son anda mənim arzum anamın dilindən öpməkdir.

Ona arzusunu yerinə yetirməkdə izin verəndə oğru anasının dilini öpmək əvəzinə, dişləyib yerə atır və deyir:

- Mən düşmənimdən intiqamımı aldım. İndi məni asa bilərsiniz.

Ətrafdakılar soruşdular:

- Bu yazıq arvadın dili sənə nə edib?

Oğru dedi:

- Ay camaat! Mən uşaq olanda birinci dəfə qonşunun toyuğunun yumurtalarını oğurlamışdım. Evə gələndə bu dil məni təriflədi və toyuğun özünü də oğurlamağı məsləhət gördü. Sonra mən oğru yolu seçdim və hər «uğurlu» oğurluqdan sonra bu dil məni təriflədi və daha böyük oğurluq etməyə sövq edirdi. Beləliklə, mən çox məşhur oğru ol­dum. İndi öz layiqli cəzamı almağa hazıram…

Əgər bu dil birinci oğurluğumda məni dan­lasaydı və bu işin axırının olmamasını başa salsay­dı, mən başqa adam olardım və bu cəzaya məhkum olmazdım.

Belə dəyərli nəsihətlərlə, məsləhətlərlə şa­girdləri «pis» yoldan çəkindirib onun qabiliyyətinə uyğun istiqamətə yönəltmək mümkündür…

Bu da bizim müdrik xalqımızın tərbiyə üsu­lundan bir nümunə… O xalq tərbiyəsindən deyi­rəm ki, digər xalqlar, xüsusilə avropalılar dəfələrlə qeyd ediblər ki, sizin gəncləriniz daha tərbiyəli­dirlər. Böyük-kiçik yeri biləndirlər, zərərli vərdiş­lərdən uzaqdırlar, əxlaqlıdırlar və s.

Onu da qeyd edim ki, bizim gənclərə zərərli vərdişlər, əxlaqsız hərəkətlər və s. həmin o siz təriflədiyiniz Avropadan gəlir.

Məsələn: narkotik adlanan bitkiləri bizim xal­qımız əsirlərlə lazım olduqda məişətində, təbabə­tində və s. istifadə edib. Lakin heç kim narkoman olmayıb. İndi bu qədər qadağalarla «profilaktik tədbirlərlə» və s. ilbəil narkomanların sayı artır. Biz milli mentalitetimizin xüsusiyyətlərindən isti­fadə edərək, övladlarımızı zərərli vərdişlərdən qo­rumaq üçün yeni yollar tapmalıyıq.

Müəllim üçün şagirdin biliyini qiymətlən­dirmək problem deyil. Mövcud qiymətləndirmə qaydası ilə qiymətləndirir: yaxşı biliyi olan şagirdə – yüksək qiymət, zəif biliyi olana – aşağı qiymət.

Davranışda bunu etmək mümkün deyil. Xatırlayıram, əvvəllər şagirdlərə davranışdan da qiymət verilirdi və şagird davranış qiyməti yüksək olması xatirinə özünü yaxşı aparırdı. Ali və orta ixtisas məktəblərində qəbul zamanı davranış qiymətinə də diqqət yetirilirdi. O qiymət dərs deyən müəllimlərin rəyi əsasında və özünün müşahidəsi ilə sinif rəhbəri verirdi. Müasir təhsil sistemimizdə bu tamamilə unudulub və tərbiyə, davranış ikinci plana keçib. İndi hesab edirlər ki, yaxşı bilikli şagird yaxşı davranışlıdır. Zəif bilikli şagirdin davranışı problemli olur.

Bu fikir tamamilə səhvdir. Atalarımız deyib­lər: «Alim olmaq asandır, insan olmaq çətin». Bu məsələ təhsil sistemimizdə açıq olaraq qalır.

Hər bir məktəblinin iki tələbatı var. Birinci maddi tələbatdır. Məktəblinin o tələbatını vali­deynlər və qəyyumlar təmin edir. İkinci –mənəvi tələbatdır. Məktəblinin mənəvi tələbatı, biliyini, bacarığını, cəmiyyətə hazırlığını və daxil olmasını, vətənpərvərliyini və dövlətimizə layiqli vətəndaş olmasını və s. təşkil edir. Sadalanan keyfiyyətlərin məsuliyyəti məktəbin və müəllimlərin üzərinə düşür. Göründüyü kimi məktəblinin gələcək hə­yatında müəllim əməyinin əhəmiyyəti valideynin əməyindən heç də az deyil. Sirr deyil ki, gələcək həyatında böyük nailiyyətlər əldə etmiş və imkanlı məktəbli öz valideyninə maddi və mənəvi kö­məklik göstərir. Bu onun borcudur. O məktəbliyə dərs deyən müəllimlərə faydası yalnız həmin şa­girdin nailiyyətləri ilə fəxr etmək qalır. Buna bax­mayaraq o «quru» fəxr müəllimlərə böyük sevinc gətirir, xoşbəxt edir, çünki onlar yaxşı şa­girdin də əməyinin bəhrəsini görür. Müəllimin əmə­yinin bəh­rəsi xalqına, dövlətinə faydalı in­sanlar yetiş­dirməkdən ibarətdir…

Tərlan müəllim, yaxşı müəllim olmasına bax­mayaraq hələ gəncdir, təcrübəsi azdır. Qəti qərar verməyə tələsib və səhvə yol verib. Bütün rastlaş­dığımız çətinliklərin öhtəsindən təcrübəli, qocaman müəllimlərin köməyi ilə həll yolunu tapmaq olar. Utanmayın! Çəkinməyin! Buna görə heç kim sizi günahlandırmaz! Bütün sahələrdə ol­duğu kimi pedaqoji fəaliyyətinizdə təcrübə mü­badiləsi etmək lazımdır, zəruridir, vacibdir! Əbəs yerə demirlər: «Bir əsr yaşa – bir əsr öyrən»!..

Valideynlərə isə məsləhətim odur ki, onlar heç vaxt tələsməsinlər. Əvvəlcə sinif rəhbəri ilə, müəllimlə, övladınızın yoldaşları ilə görüşün, söh­bətlər aparın, araşdırın. Bu ixtiyarı sizin əlinizdən heç kim ala bilməz. Çünki məktəb elimizindir. Elimizin hər bir üzvünün məktəbə gəlişi biz mü­əllimlər üçün xoş olmalıdır. Bizim sizin şikayət­lərinizə, məsləhətlərinizə, tövsiyələrinizə, köməyi­nizə çox ehtiyacımız var. Çünki bu ziyarətlər mü­əllimin fəaliyyətinin göstəricisidir və hər bir mü­əllim bu ziyarətlərdə fəaliyyətinin əksini görür, təc­rübə toplayır, ev-məktəb əlaqəsini yaradır, nöq­sanları aradan qaldırır və s. Əgər Tərlan mü­əllim «sillədən» əvvəl valideynlə görüşsəydi – belə ha­disə baş verməzdi…

Valideyn də baş vermiş hadisəni faciəyə çe­virməli deyil, çünki əksər hallarda «sillənin» sə­bəbkarı övladı olur və hamımızın məqsədi eynidir. Vətənimizə layiqli vətəndaş böyütmək. Biz məq­sədimizə birgə nail ola bilərik!

Eyyub müəllim susdu və tribunanı tərk etdi. Zalda sakitlik hökm sürürdü. Heç kim sakitliyi poz­maq istəmirdi. Müəllimlər otağını birinci vali­deynlər tərk etdilər… Sonuncu tərk edən Tərlan mü­əllim oldu…
BİLİK GÜNÜ
Zəng çalındı. Şagirdlər öz yerlərini tutub müəllimi gözlədilər. Qapı açıldı. Müəllim içəri da­xil olub salamlaşdıqdan sonra uşaqları yeni dərs ili­nin başlanması münasibəti ilə təbrik etdi və sual verdi:

- Uşaqlar, siz yeni dərs ilində yeni biliklər ala­caqsınız, yeni fənlərlə tanış olacaqsınız. Sizcə bilik nədir? Bilik insana nə üçün lazımdır?

Şagirdlərdən biri əlini qaldırdı.

Müəllim onu qaldırıb sualın cavabını dinlədi.

Şagird dedi:

- Məncə bilik insanın dünya görüşünü artırır.

Digər şagird dedi:

- İnsanın dəyəri onun biliyi ilə ölçülür.

Üçüncü şagird dedi:

- Biliksiz insan zülmət içində yaşayır.

Müəllim dedi:

- Sizin dediklərinizin hamısı düzdür. Lakin mən verdiyim sualları tam açıqlamır. Bilik bütün in­sanların topladığı təcrübədir. Hər dövrün öz bilik səviyyəsi olub. Məsələn qədim insan primitiv hə­yat sürdüyü üçün onun maşınlardan, texnikadan xə­bəri yox idi. Keçən əsrin insanları biliklərini artıraraq çoxlu maşın, texnika, təyyarə və s. kəşf edib. Bu biliklərə yiyələnən insanlar artıq kosmosa uçmağı düşünüb və ona nail olub. Kosmosa uçanda insan görüb ki, bu biliklər kifayət deyil və o mə­safədən idarə etmək texnikasını kəşf edib. Bunun nəticəsində pultnan idarə olunan texnika, kom­pü­teri və sair kəşf etməyə nail olub. Sizcə bilik insana nə verir?

Şagird:

- Bilik insana yeni texnika icad etməyə kö­mək edir. Bilik insanın əhatə dairəsini geniş­lən­dirir.



Müəllim şagirdləri dinlədi və dedi:

- Sən çox düz qeyd etdin. İnsanın əhatə dai­rəsi artmaqla biliyi də artır. Unutmayın ki, insanın bütün kəşfləri insan əməyinin yüngülləş­mə­sinə, məhsul istehsalının artırılmasına, insan əmə­yinin əvəz edilməsinə yönəlib. Hər il biz yeni ma­şınlar, texnikalar, məişət avadanlıqları alırıq. On­lar ha­mı­sı yeni biliklərin, insan təfəkkürünün məh­sullarıdır. Siz də yaxşı oxuyaraq, yeni biliklər əl­də edərək, in­san əməyini yüngülləşdirən, əvəz edən, sadə­ləş­dirən və s. texnika icad edə bilərsiniz. Unut­mayın ki, yeni kəşflər insana xidmət edir. Məsələn, həm­yer­limiz Lütvüzadə özünün qeyri-səlis nəzəriyyə­sinin kəşfi ilə kompüter və hesab­la­ma texnikasının, rəngli televizorların və s. kəşfinə təkan verib.

Uşaqlar heyran baxışları ilə müəllimi dinlə­yirdilər. Onların hər birində Lütvüzadəyə böyük mə­həbbət oyanmışdı. Çünki sadalanan əşyalar on­lar üçün çox vacib əşyalar idi. Bəzi uşaqlar düşü­nür­dülər: görəsən mən də nəsə kəşf edə bilərəm­mi?..
ASLAN MÜƏLLİM
Aslan müəllim təqaüdə çıxmaq vaxtı yaxın­laş­dıqca, fikirləşirdi ki, özünün xatirəsinə məktəb­də elə bir iş görsün ki, onu unutmasınlar. Çox gö­tür-qoydan sonra qərara gəldi ki, min metr uzaqda yerləşən, kəndin ən gözəl suyu olan bulaqdan kən­də və məktəbə boru ilə su çəkdirsin. O bunu etdi, lakin nəticəsi ona çox ağır oldu…

İşin ilk günlərindən, Aslan müəllimin qulağı eşidə-eşidə deyirdilər: «Hamıdan pullu çıxıb? Gu­ya ondan pullu adam yoxdur və bunu edə bilməz­di? Gör nə şeşə-şeşə gəzir!» və s.

Su kəndə və məktəbə Su çərşənbəsi günü çat­mışdır. Uşaqlar sevinərək bolluca sulaşdılar və səhərisi günü şagirdlərin yarısı xəstələnib məktəbə gəlmədi. Bundan xəbər tutan rayonun Təhsil şöbə­sinin müdiri Aslan müəllimi yanına çağırdı və ic­lasda ona «şiddətli» töhmət verdi…

Aslan müəllim kor-peşman evə qayıtdı və sə­hərisi günü eşitdilər ki, o vəfat edib…



ZƏNGİN İNSAN
Fərhad müəllim məktəbin sayılıb-seçilən mü­əllimlərindən idi. O, yaşının çox olmasına bax­ma­yaraq, yeganə müəllim idi ki, şagirdlər «sirlə­ri­ni» etibar edirdilər. Yoldaş münasibəti bəsləyir­dilər, bir sözünü iki eləmirdilər. Fərhad müəllim rəhbərlik etdiyi sinifdə hər bir şagirdin valideyni ilə əlaqə saxlayıb, övladlarının fəaliyyəti haqqında məlumat verir və valideynlər onun verdiyi məslə­hətləri əməl edirdilər.

Tədris ilinin əvvəlində onun sinfinə yeni şa­gird gəlmişdi. Bu şagird əvvəlcə özünü ərkəsöyün və dəcəl aparsa da, digər şagirdlərin təsiri ilə yavaş-yavaş dəyişdirilirdi. Məsuliyyəti artırdı, ve­rilən tapşırıqları yerinə yetirirdi, müəllimin sorğu-sualında iştirak edirdi və dərsi fərdi söyləməyə cəhd edirdi.

Bunu müşahidə edən Fərhad müəllim o şagirdin valideynləri ilə görüşməyə böyük marağı yaranmışdır. Fərhad müəllim hiss edirdi ki, bu şa­girdin mənfi xüsusiyyətləri evdən gəlir və yoldaş­lar arasında əriyib yox olur. Həmin şagirdi götürüb onların evlərinə getdi.

Qapını qulluqçu açdı. Evdə yalnız şagirdin anası idi. O, müəllimin gəlməyini bildiyi üçün tə­darük görmüşdü. Evi səliqə-səhmana saldırmışdı, stolun üstünə növ-növ şirniyyatlar və mürəbbələr düzdürmüşdü, ləziz xörəklər hazırlatmışdı və s.

Fərhad müəllim şagirdin zəngin ailədən ol­du­ğunu bilirdi. O, məktəbdən evlərinə gedəndə on­ların çox mərtəbəli evlərinin yanından keçirdi. İndi evin içinə girəndə onların zənginliyini daha qaba­rıq gördü.

Fərhad müəllim masa arxasına oturmaqdan imtina etdi. Valideynə bir neçə sual verəndən sonra şagirdin otağını göstərməyi xahiş etdi. Valideyn bu xahişdən özünü itirdi, çünki indiyə qədər gələn mü­əllimlər oturub söhbət edirdilər, ləziz təamlar­dan dadardılar və çıxıb gedərdilər. Əlacsız qalıb valideyn şagirdin otağını göstərməli oldu.

Şagirdin otağı zəngin olsa da, tör-töküntülü idi. Valideyn bunu övladının onun otağına girməyi qadağan etdiyi üçün belə olduğunu dedi. Otaqda kitab şkafından başqa müasir gənclər bəyəndikləri bütün əşyalar var idi. Kitab-dəftərlər bütün otağa səpələnmişdilər. Dərslikdən başqa kitablar yox idi. Müəllim heç nə deməyib otaqdan çıxdı, süfrə arxa­sına oturmadan minnətdarlıq edib çıxıb getdi.

Səhərisi günü o həmin şagirdi kənara çəkib dedi:

- Sən elə bilmə ki, zəngin bir ailənin öv­ladısan. İnsanlar iki cür zəngin olur: maddi və mə­nəvi. Mənəvi zəngin olmayan insan varlı ola bil­məz. Çalış mənəvi zəngin ol!
MÜƏLLİM VƏ ŞAGİRD
Tural səkkizinci sinif şagirdi idi. Yaxşı oxu­mağı olmasa da dəcəllikdə ona heç kim çata bil­məzdi. Səbəbini tapmaq çətin deyildi. O, ailənin tək övladı idi. Əmisi yüksək vəzifədə işləyirdi. Bundan istifadə edərək Turalın valideynləri hamı ilə yüksək tonda danışmağı sevirdilər və s. Buna gö­rə bütün müəllimlər onu «yola verirdi», tə­rif­lə­yir­­dilər, yüksək qiymətlərlə şirnikləndirirdilər və s.

Tədris ilinin başlanğıcında həmin sinfin ədə­biyyat dərsini Osman müəllim tədris etməyə başla­dı. Bu müəllim məktəbdə ad çıxartmışdı, hamı ona «Zakon Osman» deyirdi. O kimə görəsə heç kimə hörmət etmirdi. Çox ədalətli idi, yaxşı oxuyanlara qarşı mehriban, Tural kimisiylə çox sərt idi.

Bir neçə dərsdən sonra Tural dəcəllik etmə­yə başladı. Osman müəllim ona iradlar tutsa da, Tural bu iradlara məhəl qoymurdu. Nəhayət Os­man müəllim qəzəblənərək onu yanına çağırdı, qu­lağından tutub soruşdu:

- Ay, qulaq yiyəsi, məni eşidirsən?

Tural qorxaraq, həyəcanlı səslə dedi.

- Bəli, müəllim.

Osman müəllim sakit tərzdə dedi:

- Sən bilirsən ki, dərsdə şuluqluq etmək ol­maz, nə üçün şuluqluq edirsən?

Tural sakitcə başını aşağı saldı.

Osman müəllim davam etdi.

- Ay, qulaq yiyəsi, bir də şuluq edəcək­sən­mi?

Tural astaca dedi:

- Yox.

Osman müəllim Turalın qulağını buraxdı və yerinə oturmağı tapşırdı.



Tural pörtmüş halda yerinə oturaraq dedi:

- Müəllim, sizin şagirdi vurmağa ixtiyarınız yoxdur. Siz məni vurmamalısınız.

Osman müəllim gülümsəyərək dedi:

- Düz deyirsən, müəllim şagirdi vurmama­lıdır. Məktəbimizin ikinci mərtəbəsində «Şagirdlə­rin davranış qaydaları» lövhəsi asılıb. Hər bir şa­gird o qaydalara riayət etməlidir. Bu qaydalara əməl edən şagirdi müəllim heç vaxt cəzalandırmaz. Sən etdiyin hərəkətlərə orada icazə varsa, sənin tələbin haqlıdır. Əgər sənin hərəkətlərin şagird qay­dalarında yoxdursa və şagirdə yaraşmayan­dır­sa, onda sənin müəllimdən qayda-qanunla hərəkət etmək tələbinə ehtiyac yoxdur. Müəllim o qayda­ları çox yaxşı bilir.

Tural söz tapmayıb daha da qızararaq yerin­də sakit oturmağa başladı.

Osman müəllim dərsinə davam elədi.



RƏQS MÜƏLLİMİ
Yayın sonu idi. Təqaüdçü Süleyman müəl­lim səhər naharından sonra çıxıb eyvanda kresloda oturub, kəndi seyr edirdi. Birdən qonşudan qadın səsi gəldi. O, qonşusunu çağırırdı. Qonşusu cavab verəndə dedi:

- Təranə, eşitmisən? Kəndimizə rəqs müəlli­mi gəlir. Bütün kənd uşaqlarını onun dərnəyinə yazdırıb. Dərnək pulludur. Aylıq ödəyəcəklər. Mən də uşağımı yazdıracağam. Sən də yazdırmaq istə­yir­sənsə gedək mədəniyyət evinə, orada yazırlar.

O biri qadının səsi eşidildi:

- Mahnur, səni xeyir-xəbər olasan. Nə yaxşı oldu! Əlbəttə mən də yazdıracağam. Mənim uşa­ğım kiminkindən imkansızdır? Camaat adama nə deyər? Gəldim, gəldim.

Süleyman müəllim qadınlardan fərqli ola­raq, çox kədərləndi. O, düşünürdü: «Gör bizim millət nəyə sevinir?! Uzun illərdi kənd məktəbində kimya-biologiya müəllim yox idi. O dərsləri tədris etmək üçün qonşu kənddən müəllim dəvət olunur­du. İsti-soyuq, yağışlı-qarlı günlərdə müəllim gələ bilmədiyi üçün tədris ilinin yarıdan çoxu həmin dərslər boş qalırdı…

Bunun nəticəsində kənddən bir tibb işçisi yox idi. Bu sahədə işləyənlərin hamısı kənardan gəlirdilər. Şükür Allaha bu ildən məktəbimizə kim­ya-biologiya müəllimi təyin ediblər. Buna sevin­mək lazımdır. Gör bizim millət nəyə sevinir?!..

Millətimizin belə deyimi var: «Qızı öz ba­şına qoysan ya halvaçıya gedər, ya da zurnaçıya». Dövlətimizin, millətimizin güzəranı yaxşılaşdıqca, camaatın da «zurnaçıya və halvaçıya» marağı artıb. Bunun nəticəsində televizorlarımız gecə-gündüz mu­siqi şöularının, «məşhurların» qalmaqallarını söy­­ləyirlər. Bu kimə lazımdır? Bişir-düşür söhbət­ləri də ekranları zəbt edirlər. Sanki başqa problem­lərimiz və dərdlərimiz yoxdur? Allah sən bu mil­lətə kömək ol!

Millətimizin belə deyimi var: «Güldürən ya­nında oturma, ağladan yanında otur. Ağladan dər­dini söyləyə-söyləyə ağ günə çıxardacaq, güldürən güldürə-güldürə quyuya salacaq». Allah sənin bu millətə rəhmin gəlsin!


KASIBLAR
Arif kişi rayondan universitetdə oxuyan oğlunun yanına gəlmişdir və sovqat gətirmişdir. Oğ­lu dərsdə olduğu üçün, onu universitetin qaba­ğında gözləyirdi və gəlib-gedənləri müşahidə edir­di.

Dərs qurtardı. Arif kişi oğlu ilə görüşüb, onun qaldığı evə yollandılar. Uzun sual-cavabdan sonra o dedi:

- Ay oğul, sən dərsdə olanda mən univer­sitetə gəlib-gedən tələbələrə baxırdım. Düzdür, sən daimi göndərdiyim pulun azlığından şikayət edir­sən. Amma gördüklərimi müqayisə edəndə, Allahı­mıza şükür, oxudum ki, sən o vəziyyətdə deyilsən. Sən bilirsən ki, mən də tələbə olmuşam. Tələbə, pu­lunu səmərəli xərcləyə bilmədiyi üçün həmişə korluq çəkir, bu qədər də – yox!

Oğlu soruşdu:

- Ata, nə olub? Nə görmüsən ki, bu qədər dərd­li danışırsan?

Arif kişi qəmgin tonda dedi:

- Bayaqları səni gözləyəndə universitetə bir neçə kasıb ailənin uşaqlarının gəldiyini gördüm. Onların paltarları cırıq-cırıq və yamaqlı idi. Yazıq­lar nə zülmlə oxuyurlar! Yəqin doyunca çörək də yeyə bilmirlər. İstədim onlara pul verəm, sonra fi­kirləşdim ki, özlərini sındırıb – götürməzlər.

Arif kişinin oğlu gülüb dedi:

- Ay, ata! Kaş məndə elə kasıb olaydım. On­lar kasıb deyillər - ən «modnu» tələbələrdi. Onlar təzə paltarı o hala salıb, Avropa tələbələri kimi geyinirlər.

Arif kişi təəccübləndi.

- Ay, bala! Cırıq-cındır paltardan nə moda olacaq? Avropalılardan o qədər götürüləcək yaxşı işlər var ki. Niyə yaxşını götürmürlər?! Görəsən on­lara «modnu» deyən var? Fikri cırıq-cındırda ola­nın savadı da ona bənzərdi. Belə kasıb əqidənin sahibi gələcəkdə ona bənzər mütəxəssis olacaq. Cır-cındırdan moda olmaz! Görəsən valideynləri elə geyinən uşaqlara nə deyirlər? – deyib Arif kişi başını buladı…


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin