C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə14/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   114
C fakepathelave vesait

Monetar model, son illərdə iqtisadiyyatda baş ve­rən staqflyasiya, yəni eyni vaxtda baş verən həm yüksək işsizlik səviyyəsi, həm də artan inflyasiya (qiymətlərin qalxması, pulun qiymətdən düşməsi şəraitində) meydana çıxmışdır. Məhz belə bir, əvvəllər təsərrüfat həyatında təsadüf edilməmiş meyllər monetar modelin formalaş­ma­sına ehtiyac yaratmışdır.
ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı Milton Fredmenin adı ilə bağlı olan monetar model, iqtisadiyyatı düşdüyü, rastlaşdığı mürəkkəb staqflyasiya vəziyyətindən qurtarmağa yönəldilmişdir. Bu modelin əsas məqsədi – iq­ti­sadi prosesləri «saxlamaq, ləngitmək siyasəti» olub, əha­linin gəlirini müəyyən çərçivə daxilində məhdudlaş­dır­maq­dır ki, cəmiyyət miqyasında ümumi tələb müəyyən həd­di aşmasın. Həmin siyasətin ifadəsi kimi əhaliyə veri­lən ödənişlər, dövlət xərcləri azaldılır, tədavüldə olan pul kütləsinin üzərinə ciddi nəzarət qoyulur, «sərt» pul-kredit siyasəti, yüksək bank faizi tətbiq olunur. Aydındır ki, belə bir iqtisadi modelin tətbiqi bir tərəfdən inflyasiya prose­sini aşağı salmağa imkan verirsə, digər tərəfdən işsizliyin artmasına səbəb olur. Eyni zamanda qiymətlərin sərbəst­liyi bazar amillərinə geniş meydan açaraq, istehsalın bər­pası və inkişafına şərait yaradır.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən iqtisadi artım modellərinin hamısında müəyyən çatışmazlıqlar vardır. Ən optimal yol, ölkənin konkret iqtisadi-sosial və­ziy­yətindən çıxaraq, bu modellərin ən uyğun olanından, yaxud onların ünsürlərindən bacarıqla istifadə edilməsidir.


2.5.Müasir mərhələdə təkrar istehsalın xüsusiyyətləri


Müasir mərhələdə geniş təkrar istehsal prosesinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır. Təkrar isteh­sa­lın bu özünəməxsus cəhətləri müasir elmi-texniki inqilab və tərəqqinin nailiyyətlərinin tətbiqi; «insan amilinə» və kadrların təhsil, peşə, ixtisas səviyyəsinə olan tələbələrin dəyişməsi; məhsulların fərdi və müəyyən qrup (dəst) şək­lin­də istehsalının birdəfəlik, habelə fasiləsiz istehlakla bağ­lı axın halında təşkili; geniş təkrar istehsalla eko­loji cəhətdən ətraf mühit arasında ziddiyyətlərin meydana çıxması; xarici ticarət əlaqələrinin genişlənməsi; iqtisadi inteqrasiya prosesləri; vahid dünya təsərrüfat sisteminin formalaşması ilə bağlıdır.
Elmi-texniki inqilab və tərəqqinin ən yeni nailiyyət­lə­rinin müxtəlif təsərrüfat sahələrində tətbiqi prosesi, istehsalın maddi-texniki bazasının əvvəlki dövrlərə nis­bə­tən daha qısa müddətlər ərzində dəyişdirilib yeniləşdiril­mə­sini tələb edir. Bu isə həm elmə, həm də bilavasitə istehsala daha çox investisiyalar yönəldilməsini irəli sürür. Eyni zamanda istehsalçılar arasında rəqabət mübarizəsinin yeni texnika və texnologiyaların tətbiqi ilə kəskinləşməsi, elmi tədqiqatların aparılmasına, marketinq xidmətinə, rek­lam işlərinə, menecer fəaliyyətinə daha ciddi diqqət yeti­ril­məsini ön plana çəkir.
Geniş təkrar istehsal prosesi indiki mərhələdə is­teh­salın şəxsi (subyektiv) amilli sayılan «insan amilinə» xüsusi qayğı göstərir. Aydındır ki, müasir mürəkkəb ma­şın­lar, kompüter texnikası, başqa dillərə yiyələnmək vər­di­şi, müstəqil qərarlar qəbul etmək bacarığı və dəqiq icra­çı­lıq qabiliyyəti tələb edir. Mürəkkəb və bir-biri ilə üzvü qar­şı­lıqlı əlaqədə davam edən prosesləri uğurla idarə et­mək üçün yüksək hazırlıqlı kadrların yetişdirilməsi vacib­dir.
Hazırda istehsal proseslərində belə bir meyl özünü daha aydın surətdə göstərir ki, nisbətən yüksək keyfiy­yət­li, dizayn baxımından gözəxoş, lakin qısa müddət üçün nəzərdə tutulmuş, yaxud birdəfəlik istehlaka hesablanmış məhsulların (avtoqələm, köynək, corab, çay, kofe, dəsınal, batareya, ərzaq) istehsalına üstünlük verilir. Nisbətən ucuz olub, mütərəqqi dizayn xüsusiyyətləri ilə seçilən bu məh­sullara bazarda böyük tələbat vardır. Şübhəsiz bu hal, geniş təkrar istehsal prosesinə öz təsirini göstərərək, daim axtarışlarda olmağı irəli sürür.
Beynəlxalq iqtisadi əlaqələrin genişlənərək, intensiv formalar alması, xarici bazarlara çıxış arzusu, burada öz nüfuz və mövqeyini möhkəmlətmək xətti, təkrar istehsal prosesi qarşısında yeni şərtlər qoyur. Bəzən ölkələr milli iqtisadiyyat və daxili bazar çərçivəsində rastlaşdıqları prob­lemləri, çətinlikləri, hətta inflyasiya, böhran hallarını xarici iqtisadi əlaqələrin genişləndirilməsi, habelə bununla bağlı istehsal sahələrinin genişləndirilməsi yolu ilə həll etməyə çalışırlar.
Müasir şəraitdə iqtisadi inteqrasiya əlaqələrinin ge­niş­lənib dərinləşməsi və bu zəmində formalaşan vahid dün­ya təsərrüfat sisteminin qlobal təhlükəsizlik, ərzaq, kapi­tal və iş qüvvəsinin axını kimi problemləri, əvvəllər milli iqtisadiyyat çərçivəsində həll olunan geniş təkrar istehsal məsələlərinə daha əhatəli nöqteyi-nəzərdən ya­naş­mağı tələb edir.
Xüsusilə, geniş təkrar istehsal prosesinin gedişi ilə ətraf mühitin qorunması və ekologiya arasında yaranmış kəs­kinləşən ziddiyyətləri unutmaq olmaz. Bu meyl tələb edir ki, təsərrüfat həyatının son nəticələri qiymətləndiri­lər­kən təkcə sırf iqtisadi amillər deyil, sosial cəhətlər də nəzərə alınaraq, bütövlükdə təkrar istehsal prosesi iqtisadi-sosial səmərəliliyinə görə qiymətləndirilsin.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin