C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


III FƏSİL. ÜMUMİ MİLLİ MƏHSUL (ÜMM) VƏ



Yüklə 2,89 Mb.
səhifə15/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   114
C fakepathelave vesait

III FƏSİL. ÜMUMİ MİLLİ MƏHSUL (ÜMM) VƏ
ÜMUMİ DAXİLİ MƏHSUL (ÜDM),
ONLARIN ARTIRILMASI YOLLARI


3.1.Milli Hesablar Sistemi


Hər hansı bir ölkənin təsərrüfat həyatını və qarşıl­aş­dığı iqtisadi-sosial problemlərini makroiqtisadi səviyyədə təhlil edib ümumiləşdirmək, habelə onun gələcək inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün müəyyən göstə­ri­ci­lər (parametrlər, indikatorlar) sisteminin olması zəruri­dir. Aydındır ki, ölkənin iqtisadi inkişaf səviyyəsinə dair etibarlı və dəqiq ümumiləşdirici göstəricilər olmadan, mü­rək­kəb qarşılıqlı əlaqələr sistemi kimi səciyyələnən milli iqtisadiyyatı uğurla idarə edib, rastlaşdığı problemləri sə­mə­rəlilik meyarları ilə həll etmək çətindir. Doğrudur, müd­riklərin dediyi kimi rəqəmlər dünyanı idarə etməsələr də, lakin onun necə idarə olunduğunu göstərir. Bu mənada vahid meyarlar və prinsiplər əsasında müxtəlif ölkələrin ümumiləşdirici iqtisadi göstəricilər sisteminin hesablan­ması, habelə müqayisəli təhlillər aparılması, son dərəcədə aktual bir əhəmiyyət kəsb edir.
Ölkə üçün ümumiləşdirici iqtisadi göstəricilər siste­minin (toplusunun) vacibliyini ilk dəfə tanınmış ingilis iqtisadçısı Uilyam Petti (1623-1687) göstərmişdir.
O, İngiltərənin timsalında və onun Fransa ilə müqa­yi­səli təhlil əsasında ölkənin milli gəlirinin həcmini müəy­yənləşdirib qiymətləndirə bilmişdir.
Milli iqtisadiyyatın makroiqtisadi səviyyədə ilk bəsit şəkildə modeli (variantı) görkəmli fransız iqtisadçısı Fran­­sua Kene (1694-1774) tərəfindən yaradılmışdır. O, ictimai təkrar istehsalın təhlili əsasında, ölkənin ümumi məhsulun natural-əşya və dəyər tərkibi ünsürləri baxı­mın­dan, bunla­rın arasındakı balans nisbətini müəyyən­ləş­dirə bilmişdir.
Karl Marksın (1818-1883) «Kapital» əsərində təkrar istehsal prosesinin təhlil - sxemlərində də bu məsələnin müəyyən cəhətlərinə toxunulmuşdur.
XX əsrin əvvəllərindən başlayaraq ayrı-ayrı ölkələ­rin, eyni zamanda bütövlükdə dünya iqtisadiyyatında baş verən ciddi dəyişikliklər və ziddiyyətli proseslər, ümumi­ləş­dirilmiş iqtisadi göstəricilərin müəyyənləşdiril­məsini irə­li sürmüşdür. Maraqlıdır ki, ötən əsrin 20-30-cu illərin­də planlı sosialist iqtisadiyyatı qurmağı qarşısına məqsəd qoymuş Sovet İttifaqında xalq təsərrüfatı balansı adı altında, ümumiləşdirici iqtisadi göstəricilər sistemi yara­dıl­mış və bu göstəricilərdən beşillik inkişaf planlanının ha­zırlanmasında istifadə olunmuşdur.
Qərb ölkələrində isə ümumiləşdirici göstəricilər əsa­sın­da uyğun sistemlərin işlənib hazırlanmasına 1929-1933-cü illərdə dünya kapitalist aləmini sarsıtmış iqtisadi böh­randan sonra ciddi diqqət yetirilməyə başlanmışdır. Ta­nınmış alim və iqtisadçılardan C.Keyns, R.Stoun, K.Klark, S.Kuznets, V.Leontyev, C.Xiks, M.Cilbert, L.Bouli bu is­ti­qamətdə bir sıra elmi-nəzəri konsepsiyalar, habelə əmə­li əhəmiyyəti olan konkret təkliflər irəli sürmüşlər.
Milli Hesablar Sistemi anlayışı elmi dövriyyəyə ilk dəfə Hollandiya iqtisadçısı və statistiki Edvan Klifor tərə­findən gətirilmişdir. O, bu anlayışdan Hollandiyanın Milli Hesablar Sistemi haqqında 1941-ci ildə «De Ekonomist» məc­muəsində nəşr olunmuş məqalələrində istifadə etmiş­dir.
II Dünya müharibəsindən sonra dünyanın bir sı­ra dövlətlərində ümumiləşdirici makroiqtisadi göstərici­lər sisteminin işlənib hazırlanmasına başlandı.
1952-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Bürosunun dəvət etdiyi iqtisadi statistika üzrə ekspertlər qrupu «Milli Hesablar Sistemi və onu izah edən cədvəllər haqqında metodik tədqiqatlar» hazırladı. Həmin sənəddə dünyanın yüksək inkişaf etmiş ölkələrində milli hesablamalar sahəsində əldə edilmiş təcrübə ümumiləş­di­ril­mişdi. Bu işlərin məntiqi davamı kirni 1953-cü ildə BMT tərəfindən «Milli Hesablar Sistemi və köməkçi cəd­vəllər» adlı əhatəli məruzə çap olundu. Həmin məqalədəki ideya və fikirlər, habelə konkret tövsiyələr beynəlxalq miq­­yasda ilk ümumi razılaşdırılıb bəyənilmiş makro­iq­ti­­sadi göstəricilər oldu. Bu sistem, sonralar xeyli tək­mil­ləş­­dirilərək, yeni variantda bütün dünya ölkələrində tət­biq olunmağa başladı.
Ölkənin son məhsulunun və milli gəlirinin ardıcıl mər­hələlərlə istehsalını, bölgüsünü, habelə istifadəsini sə­ciy­yələndirən Milli Hesablar Sistemi milli iqtisadiyyatın yekunlaşdırılmış statistika göstəricilərinin ifadəsidir. Öz formal quruluşuna görə Milli Hesablar Sistemi (MHS), mühasibat hesablarına uyğundur. Bu hesablarda hər bir məbləğ iki dəfə, yəni bir hesabın debitinə (gəlirə), başqa hesabın isə kreditinə (xərcə) yazılır. Həmin prinsiplərə əsas­lanan konkret hesablamalar, ölkənin makroiqtisadi gös­təricilərini, ilk növbədə isə milli iqtisadiyyatın ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (UMM) pa­rametrlərini müəyyənləşdirməyə imkan verir.
Milli Hesabatlar Sistemi – ölkənin bütün hesa­bat­la­rını və milli iqtisadiyyatın əmtəə, xidmət, pul axınlarının hərəkətini əks etdirən qapalı sistemdir. Bu sistem son məhsul istehsalının hesablanmasına və həmin prosesdə ay­rı-ayrı sahələrin iştirakının müəyyənləşdirilməsinə yönəl­dil­mişdir. Deməli, MHS-də ölkənin iqtisadi və sosial si­ya­sətinin (iqitsadi artım, iqtisadiyyatın quruluşu, əhali­nin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri, dövlət borcu, xa­rici ticarət əlaqələri və sair) kimi göstəricilər öz ifa­dəsini tapır. Bu mənada MHS-i son məhsulun və milli gə­lirin is­tehsalı, bölgüsü, təkrar bölgüsü və istifadə olun­masını xa­rakterizə edən, eyni zamanda qarşılıqlı əlaqədə olan hə­min göstəricilər sistemindən ibarət balansdır.
Milli Hesablar Sisteminin əsasını 6 hesab təşkil edir:

  • əmtəə, xidmət və istehsalın hesabı;

  • gəlir və istehlakın hesabı;

  • yığımın hesabı;

  • istehsaldan kənarda (tədavül dairəsində) dəyərin ya­radılmasının (yenidən qiymətləndirilməsinin) hesabı;

  • açan balans;

  • bağlayan balans.

Azərbaycan Respublikası müstəqilliyini (18 oktyabr 1991-ci il) bərpa etdikdən sonra dünya ölkələri ilə onun iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə genişlənməsi xətti, ölkədə uçot və statistika sahəsində hesablamaların müasir beynəlxalq standartlara uyğun qurulmasını irəli sürdü.
1992-ci ilin mart ayından BMT-nin rəsmi üzvü sa­yı­lan Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə ölkədə Milli Hesablar Siste­mi­nin tətbiqinə başlanmışdır. Həmin fərmana əsasən Azər­baycan Respublikası Nazirlər Kabineti 8 dekabr 1992-ci il 653 say­lı xüsusi qərar qəbul etmişdir. Qərarda Azərbaycan Döv­lət Statistika Komitəsinə tapşırıldı ki, statistika təc­rü­bə­si və metodikasının təkmilləşdirilməsi mə­sələlərində bey­nəlxalq statistika təşkilatları, habelə bu problemlərlə məşğul olan digər beynəlxalq qurumlarla ölkəmizin əla­qə­lə­rini genişləndirmək istiqamətindəki səy­lərini gücləndir­sin­lər. Eyni zamanda ölkədə ilkin müha­si­bat və statistika işləri, müasir bazar münasibətləri iqtisadi siste­min tələb­lərinə uyğun surətdə təşkil olunmağa baş­landı. Hazırda Azər­baycan Respublikasında beynəlxalq Milli Hesablar Sisteminin həyata keçirilməsi istiqamətin­dəki işlər kom­pleks şəkildə həyata keçirilməkdədir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin