C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə13/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
C fakepathelave vesait

Neoklassik modellərin əsasında, bütövlükdə kapi­tal və istehsal amillərinin nisbəti durur. Deməli bu mode­lin təməlində bir deyil, iki amil dayanır. Həmin modelə əsasən ÜDM-un istehsalının artması, istehsalın müxtəlif amilləri ayrı-ayrı variantları (kombinasiyası) hesabına əldə olunur, yəni əmək və kapital hesabına həyata keçirilir. Amil­lər modeli adını almış Kobba-Duqlas modeli (bə­zən buna istehsal funksiyası modeli də deyilir) belə ifadə olunur:
V=A(Lα Kβ)


Burada V - istehsalın həcmi (dəyər, pul, qiymət formasında);
L - əmək məsrəfləri;
K - əsas fondlar (dəyər, pul formasında);
A - K, L V-nın həcmindən asılı olaraq nisbət əm­sa­lıdır.
α,β - elastiklik əmsalıdır.
Bu iqtisadi artım modelinin inkişafı R.Soluonun, B.Uollanun, E.Denisonun sonrakı tədqiqatlarında öz əksi­ni tapmışdır. Onların model və hesablamalarında digər amillər də, (məsələn əsas kapitalın, binaların, avadanlığın, dəz­gah­ların istifadə müddəti, istehsalın həcmi, işçilərin peşə ustalığı, iş gününün uzunluğu) nəzərə alınır.
Ümumiyyətlə iqtisadi nəzəriyyə və ədəbiyyatda Kobba-Duqlas modeli - amillər modeli: Keyns modeli - qısa müddətli iqtisadi tarazlıq modeli; Harrod-Domar modeli - dinamik tarazlıq modeli adlandırılır.
Tarixi-sosioloji model tərəfdarları (U.Luis, C.Şpen­k­ler, M.Rostau, C.Helbereyt və başqaları) sübut edirlər ki, iqtisadi artım sürəti təkcə iqtisadi amillərin təsiri ilə deyil, eyni zamanda ictimai təsisatların, yəni dövlətin, mülkiyyət formalarının, rəqabətin, vergilərin, ictimai psixologiyanın, əhalinin artım surəti, ailənin tərkibi kimi amillərdən də asılıdır.
Deməli ölkənin təsərrüfat həyatına hüquq, sosial, psi­xoloji, siyasi, mədəni-əxlaqi şərtlər kompleksi təsir gös­tərir. Bu cür mövqedən çıxış edənlərə institusionalizm nəzəriyyəsi tərəfdarları da deyilir. Onların fikrincə, neo­klas­siklər real iqtisadi həyat gerçəklərini olduqca bəsit, hətta müəyyən mənada təhrif olunmuş şəkildə təsəvvür et­mişlər.
Belə bir cəhəti də qeyd etmək vacibdir ki, institu­sio­nalistlər iqtisadiyyatın predmetini xeyli genişləndir­miş­lər. Onlar cəmiyyətdə sosial proqramların genişləndiril­mə­si zərurətini irəli sürmüşlər. Eyni zamanda onlar, cəmiy­yə­tin inkişafı və onun müxtəlif çoxşaxəli problemlərin həl­lində başlıca üstünlüyü texnikaya, onun dəyişdirici ro­lu­na ayı­rırlar.
Daha sonra bu nəzəriyyə tərəfdarları ümumiyyətlə cəmiyyətin, xüsusilə də onun indiki mərhələsinin mənfi meyllərinə qarşı mübarizəni ayrı-ayrı adamların aparması mövqeyini tənqid edərək göstərirlər ki, bu işi cəmiyyətin bütün təşkilat, habelə təsisatları aparmalıdır.
Nəhayət onların fikrincə, dövlətin cəmiyyət həya­tın­dakı əsas rolu ekologiya, təhsil, səhiyyə sahələrinə hi­ma­yədarlığı öz üzərinə götürməklə məhdudlaşmalıdır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin