C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə9/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   114
C fakepathelave vesait

təklif amilləri: a) təbii resursların kəmiyyət və keyfiy­yət artımı; b) əmək resurslarının kəmiyyət və key­fiy­yət artı­mı; c) əsas kapitalın təklifinin (həcminin) artımı; ç) texno­loji tərəqqi.

İqtisadi artımın bu 4 təklif amili, ölkənin ümumi da­xili məhsulunun (ÜDM) və milli iqtisadiyyatın potensia­lı­nın artmasının fiziki, intellektual, texniki-texnoloji şərt­lə­rini təşkil edir.

  • tələb amilləri: a) təklif amilləri sayəsində isteh­sa­lın artan həcmi, ölkənin ev təsərrüfatları, biznes və dövlət orqanlarının müxtəlif təyinatlı tələblərini öz növbəsində yüksəltməli, yəni onların məhsul-xidmətlərə sərf etdikləri məcmu xərcləri çoxaltmalıdır; b) istehsal və əmək resurs­la­rının bölgüsü, habelə istifadəsi onlardan faydalanmağın yüksək səmərəlilik səviyyəsini təmin etməlidir.

İqtisadi artımın bu iki tələb amili, istehsalın geniş­lə­nən həcminin həm daxili bazarda, həm də məhsul və xid­mət­lərin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi sayəsin­də xarici bazarlarda reallaşdırılması (satışı və ixracı) imkanlarını müəyyənləşdirir. Aydındır ki, yalnız istehsalın təklif etdiyi məhsul və xidmətlərin ölkə daxilində, habelə beynəlxalq miqyasda mövcud tələblərə cavab verərək onları təmin etməsi, iqtisadiyyatın gələcək inkişafı üçün etibarlı zəmin yarada bilər. Başqa sözlə, istehlakçıların məcmu xərclərinin artım tempi, ölkənin milli gəlirinin artım tempindən aşağı olmamalıdır. Əks halda, bu iqtisadi tarazlığın pozulması, iqtisadi inkişafın artımı templərinin zəifləməsi, işsizlik və inflyasiya prosesləri ilə nəticələnə bi­lər.
İstehsalın tələb və təklif amilləri arasında olduğu kimi, eyni zamanda bu amillərlə onların cəmiyyət miqya­sında səmərəli bölgüsü, qənaətlə istifadəsi, ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım templəri, ictimai istehsa­lın son faydalılığı arasında sıx əlaqə, habelə qarşılıqlı ası­lılıq vardır.
Cəmiyyətdə iqtisadi artım o zaman mümkündür ki, təklifin yuxarıda qeyd olunmuş 4 amili, istehsal imkan­larının mövcud hüdudlarını daha da genişləndirərək, onun yüksəliş templərini təmin etsin. Bu prosesi qrafik sxem şəklində aşağıdakı kimi təsvir etmək olar:



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin