C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Ekstensiv və intensiv inkişaf tipləri



Yüklə 2,89 Mb.
səhifə7/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   114
C fakepathelave vesait

2.2.Ekstensiv və intensiv inkişaf tipləri


Təkrar istehsal prosesinin ekstensivintensiv kimi 2 tipi vardır. Bəzən hər iki tipin müəyyən ünsürlərini özündə birləşdirən qarışıq tipdən də istifadə olunur.
Geniş istehsal prosesinin ekstensiv tipi, işçilərin sayının artırılması və istehsala yeni istehsal vasitələri cəlb olunması yolu ilə həyata keçirilir. Bu tipli istehsal zamanı maddi-texniki baza əsasən dəyişməz, köhnə əsasdan ibarət olaraq qalır. Eyni zamanda, köhnə texniki baza təməlində aparılan istehsalın müxtəlif sahələrində əmək məhsul­dar­lığı yüksəlməyərək, təxminən əvvəlki səviyyədə qalır.
Təkrar istehsalın ekstensiv tipi də iqtisadiyyatın in­ki­şafını təmin edir. Lakin bu inkişaf əlavə iqtisadi re­surs­ların istehsala cəlb olunması nəticəsində baş verdiyindən, yeni texnikanın tətbiqini ləngidir, habelə məhdud iqtisadi resurslardan daha səmərəli istifadə olunmasına əngəllər törədir.
Aydındır ki, istehsalın bu tip inkişafı uzun müddət davam edərsə, onda əldə edilən iqtisadi resursların qiyməti artacaq, əhalinin tələbatı isə daha baha qiymətlərlə ödə­nilə­cəkdir. Tədricən bu tip inkişaf yolu istehsalın səmərə­liliyinin azalmasına, müxtəlif məhsulların qıtlığına səbəb olmuş, iqtisadi böhranlara gətirib çıxarmışdır.
Geniş təkrar istehsalın intensiv tipi ilk növbədə elmi-texniki tərəqqinin nailiyyətlərindən uğurla faydalan­maq, yeni istehsal vasitələrindən istifadə olunması və bun­la­rın nəticəsində əmək məhsuldarlığının xeyli yüksəldil­məsi zəminində baş verir.
Təkrar istehsalın intensiv tipi əmək məhsuldar­lığı­nın yüksəldilməsi ilə yanaşı, mövcud imkanlardan hərtə­rəfli və səmərəli istifadə olunmasına şərait yaradır, habelə qənaət rejiminin həyata keçirilməsini şərtləndirir.
Bu tip inkişaf iki mərhələni əhatə edir. İlkin mərhə­lədə intensivləşmə istehsal amillərindən yalnız birinə aid edilir. Məsələn, istehsal prosesində əvvəllər tətbiq olun­muş əl əməyi mexanikləşdirilir, yaxud avtomatlaşdırılır. Lakin, buraxılan hər məhsul vahidinə (avtomobilə, dəz­gaha, mebelə) sərf olunan digər amillər (yanacaq, enerji, nəqliyyat xərcləri) əvvəllər olduğu kimi qalır. Bu proses qismən intensivləşmə adlanır. İkinci mərhələdə isə istehsal proseslərinin digər amilləri də intensivləşdirildiyindən, bu tam intensivləşmə adlandırılır.
Real iqtisadi həyatda xalis ekstensiv, yaxud xalis intensiv geniş təkrar istehsal olmur. Bu amillər özünü da­ha çox qarışıq halda göstərərək, özündə həm ekstensiv, həm də intensiv inkişaf ünsürlərini birləşdirmiş olur. La­kin ekstensiv və intensiv amillərin birləşdiyi bu qarışıq tip­li təkrar istehsal prosesində, hansı amillərin payı (xüsusi çəkisi) daha çoxdursa, bütövlükdə istehsalı həmin tipə aid etmək mümkündür.
İstehsal prosesində ekstensiv amillər üstünlük təşkil etdikdə bu məsrəfli (çoxxərcli) istehsal, intensiv amillər, üstünlük təşkil etdikdə isə resurs qoruyucu istehsal adla­nır. Ona görə də iqtisadi artım templərini təhlil etdikdə üstün intensiv və üstün ekstensiv anlayışlarından istifadə olunur.
İqtisadi inkişafın ekstensiv və intensiv tiplərinin qar­şılıqlı əlaqə və təsirini aşağıdakı sxemdən görmək olar:





İqtisadi artımın müasir inkişaf mərhələsində getdik­cə daha mühüm və həlledici bir rol oynayan üstün intensiv tipinin 3 meyli, yaxud forması – fondtutumlu, resursqo­ru­yucu, fondaneytral vardır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin