C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə4/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait

Kursun quruluşu



İqtisadi nəzəriyyənin nisbətən gənc və yeni bir böl­məsi olub, bütövlükdə ölkənin ümumi iqtisadi vəziyyə­tinin təhlili, tədqiqi, inkişaf meylləri ilə məşğul olan mak­roiq­tisadiyyatın əhatə etdiyi mürəkkəb problemlərin dairə­si, onlara yanaşma üsulları, habelə həlli yolları barə­sində müxtəlif fikirlər vardır.
Alim və mütəxəssislərin bir qrupu makroiqtisadi sə­viy­yədə dövlətin öz iqtisadi siyasəti ilə ölkənin «təsər­rüfat həyatına müdaxiləsinin» əleyhinə çıxaraq, bunun «xeyrin­dən çox zərəri olacağını» əsaslandırmağa çalışmışlar. Baş­qa bir qrup isə əksinə, dövlətin makroiqtisadi bütövlükdə iqti­sa­diyyatın tarazlı inkişafının tənzimlənməsi prosesinə müsbət təsir göstərəcəyini irəli sürmüşlər. Eyni zamanda makro­iqtisadi siyasət səviyyəsində dövlətin ölkənin təsər­rüfat həyatının hansı problemləri ilə və hüdudlar daxilində məşğul olması məsələləri də ciddi mübahisələr doğurmuş­dur.
Lakin dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin təsərrüfat həyatında baş verən irəliləyiş-sarsıntılar, inflya­siya prosesləri, əhalinin işsizliyi, təbəqələşməsi, yoxsullu­ğu, büdcə kəsiri, dövlət borcu kimi məsələlərin qarşıya çıxması göstərdi ki, makroiqtisadi səviyyədə milli iqtisa­diy­ya­tın tənzimlənməsi sadəcə arzu olmayıb, real vəziy­yətin irəli sürdüyü zəruri bir tələbdir.
Müasir mərhələdə planet miqyasında intensiv bir xarakter almış inteqrasiya və qloballaşma prosesləri, tədri­cən vahid dünya təsərrüfat sisteminin formalaşması, bü­töv­lükdə milli iqtisadiyyatların ümumi sosial-iqtisadi prob­lemlərinə diqqət yetirməyin, xüsusilə bu mürəkkəb, habelə bəzən ziddiyyətli proseslərin dövlət tərəfindən tənzimlənib idarə olunmasının məqsədəuyğunluğunu təsdiq edir.
Bu mənada makroiqtisadiyyat bölməsinin əksəriy­yət tərəfindən qəbul olunmuş problemlərinin ardıcıllıqla, müəyyən olunmuş mövzular üzrə və aşağıdakı quruluş daxilində öyrənilməsi məsləhət görülür.
İlk növbədə, ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmi və qiymətlərin dəyişkənliyi səviyyəsi reallı­ğında, BMT-nin Milli Hesablar Sistemində nəzərdə tutu­lan ümumiləşdirici iqtisadi göstəricilər öyrənilmiş, milli gəlirin artırılması şərtlərinə diqqət yetirilmiş, milli gəlirin istehlak və yığım fondlarına yönəldilməsinin optimal va­riant­ları aydınlaşdırılmış, milli iqtisadiyyatın makroiqtisa­di göstə­rici­ləri ilə əhalinin həyat səviyyəsi arasındakı qar­şı­lıqlı əlaqə, habelə təsir amilləri hərtərəfli təhlil olunmuş­dur.
Sonra, makroiqtisadi qeyri-sabitlik şəraitində işsiz­lik və inflyasiya proseslərinə, bunları doğuran obyektiv-subyektiv xarakterli səbəblərə, formalarına, tiplərinə, so­sial-iqtisadi nəticələrinə, habelə dövlətin məşğulluğun tə­min edilməsi və anti-inflyasiya siyasəti tədbirlərinə geniş yer verilmişdir.
Daha sonra, milli iqtisadiyyatın makroiqtisadi təh­lili - məcmu tələb və məcmu təklif səviyyəsində öyrə­ni­lərək, bu çoxamilli proseslərin mahiyyəti açıqlan­mış, qra­fik təsvirləri verilmiş, istehsalın həcmi və qiymətlərin ta­raz­lığı müstəvisində baş verən dəyişikliklər ətraflı izah edilmişdir.
Daha sonra, ölkənin fiskal siyasəti, onun hüquqi ba­zası, pul-kredit münasibətləri, bankların fəaliyyəti, büd­cənin formalaşması, vergi sistemi, dövlətin daxili və xarici borcları, habelə bununla bağlı problemlərin həlli yolları aydınlaşdırılmışdır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin