C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə8/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   114
C fakepathelave vesait

Fondtutumlu forma istehsal prosesləri gedişində, tədricən burada tətbiq olunan canlı əməyin ixtisar olunub azaldığını əks etdirməklə yanaşı, eyni zamanda ümumi xərc­lərdə istehsal vasitələrinin (texnika-texnologiya) pa­yı­nın artması, yaxud əməyin fondlarla (texniki vasitə­lər­lə) silahlanmasının yüksəldilməsi ilə səciyyələnir. Başqa sözlə, iqtisadi artımın intensiv tipinin bu meyli, istehsal pro­sesinin müxtəlif mərhələlərində texniki-texnoloji iş əməliyyatlarının insanın fiziki, əzələ qüvvəsi ilə deyil, tex­nika, habelə yeni mütərəqqi texnologiya ilə həyata keçi­ril­diyini göstərir.
İqtisadi artımın intensiv tipinin resursqoruyucu for­­ması üçün istehsal prosesində eyni vaxtda hər məhsul vahidinə sərf olunmuş həm canlı əməyin, həm də istehsal vasitələrinin (fondlarının) payının qənaəti xarakterikdir.
Fondaneytral forma isə iqtisadi artım prosesinin intensiv tipinin xüsusi hallardakı özünəməxsus cəhətlərini əks etdirərək, fondtutumlu resursqoruyucu meyllər arasındakı ən optimal həddləri müəyyənləşdirməyə imkan yaradır.
Qeyd etmək lazımdır ki, iqtisadi artımın intensiv tipinin bu üç meyl və formaları, təsərrüfat həyatının inki­şa­fının ayrı-ayrı mərhələlərində müstəqil sürətdə deyil qarşılıqlı əlaqə, habelə bir-birinə təsir dairəsində fəaliyyət göstərmiş, göstərir, şübhəsiz ki, gələcəkdə də göstərə­cək­dir. Doğrudur, iqtisadi inkişafın intensiv tipinin həyata keçirilməsinin müəyyən mərhələsində həmin meyllərdən birinin üstün rol oynaması mümkündür, lakin bu məsələ­nin mahiyyətini dəyişdirmir.


2.3.İqtisadi artım və ona təsir göstərən amillər


İqtisadi artım – mühüm makroiqtisadi anlayış ki­mi təkcə istehsalın ümumi həcminin artmasını deyil, eyni zamanda iqtisadi sistemin cəmiyyətin artan tələbatlarının daha dolğun ödənilməsini və insanların həyat səviyyə­sinin keyfiyyətini yüksəltmək qabiliyyətini özündə əks etdirir.
Cəmiyyətin iqtisadi sisteminin bu tələblərə səmərə­lilik, faydalılıq, məhsuldarlıq prinsipləri mövqelərindən cavab verməsi üçün iqtisadi, siyasi sosial amillərin qar­şılıqlı əlaqəli kompleks halında fəaliyyəti lazımdır. İqti­sadi amillərin təsnifatına və sayına dair müxtəlif iqtisad­çıların, yaxud qrupların fərqli fikirləri vardır. Bu mövqe­lər­də iqtisadi artıma təsir göstərən amillər kəmiyyət və keyfiyyət baxımından qruplaşdırılmışdır. Həmin amillərin sayı 2-dən başlayaraq (əmək haqqı və kapital) 23-ə qədər (əməklə bağlı-4, kapitalla bağlı-4, torpaqla bağlı-1, elmi-texniki tərəqqi ilə bağlı-14) artırılmışdır.
İstehsal amilləri anlayışı - torpaq, kapital əmək şərt­ləri (ünsürləri) vəhdətində, hər bir istehsalın əsası ki­mi fransız iqtisadçısı J.B.Sey (1767-1832) tərəfindən irəli sürülərək, elmi dövriyyəyə daxil edilmişdir. XIX əsrin ikinci yarısından marjinalist nəzəriyyənin tərəfdarları, istehsalın bu üç amili sırasına sahibkarlıq fəaliyyətini də əlavə edərək, onun istehsalın dördüncü amili olduğunu əsaslandırmışlar. Eyni zamanda istehsalın yalnız iki amil - əmək kapital əsasında aparıldığı, habelə bu amillərdən başqa digərlərinin (torpağın, elmi-texniki tərəqqinin, mü­tə­rəqqi texnologiyaların) "törəmə" xarakter daşıyaraq, "ikin­ci dərəcəli" əhəmiyyətə malik olduğunu söyləyənlər də vardır. İqtisadi artımın və cəmiyyətin tərəqqisinin digər dörd amildən ibarət (insan resursları, təbii resurslar, ka­pital - texnologiya və sahibkarlıq) olduğunu göstərən No­bel mükafatı laureatı P.Samuelsonun (ABŞ) mövqeyi də böyük maraq doğurur.
"Ekomomiks" kitabının müəllifləri K.R.Makkonnell və S.L.Bryu iqtisadi artıma təsir göstərən 4 təklif və 2 tə­ləb amili olduğunu irəli sürürlər. Həmin amillər aşağı­da­kı­­lardır:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin