C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə21/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   114
C fakepathelave vesait

Məcmu təklif müəyyən bir dövr (ay, il) ərzində, möv­cud qiymətlərin səviyyəsinə uyğun istehsal olunub satışa çıxarılmış müxtəlif təyinatlı əmtəə və xidmətlərin cəmidir. Bu göstərici, ölkənin real milli istehsalının həcmi olub, mövcud qiymətlərlə onun dəyər ifadəsidir. Məcmu təklif ölkənin ümumi daxili məhsulunun (ÜDM) milli iqtisadiyyat və milli bazarda mövqe, habelə rolunu səciy­yələndirən mühüm bir iqtisadi kateqoriyadır.
Qeyd etmək lazımdır ki, makroiqtisadi tarazlıq nə­zəriy­yəsinin mühüm şərti sayılan məcmu təklif anlayışı öz forması, xüsusiyyətləri və dəyişkənliyi baxımından daha mürəkkəb, həm də ziddiyyətli bir iqtisadi prosesdir. Ona görə də məcmu təklifin hərtərəfli təhlili üçün istehsal pro­sesinə təsir göstərən bütün amillərin kompleks şəkildə nəzərə alınması tələb olunur.
İlk növbədə nəzərə alınmalıdır ki, makroiqtisadi sə­viyyədə qiymətlə təklif arasındakı düz asılılıq əlaqəsi, makroiqtisadi səviyyə üçün də xarakterikdir. Ölkədə qiy­mətlərin ümumi səviyyəsinin qalxıb-enməsi, məcmu tək­lifin də eyni istiqamətdə dəyişməsini şərtləndirir. Ayrı-ayrı bazarlar üçün doğru sayılan bu prinsip, makroiqtisadi səviyyədə məsələnin tam aydınlaşdırılması üçün kifayət etmir. Çünki, makroiqtisadi səviyyədə istehsalın həcminin artırılması prosesi xərclərlə gəlirin müqayisəli təhlili üzə­rində qurulursa, makroiqtisadi səviyyədə bu mövqedən yanaşma özünü doğrulda bilməz.
Təsərrüfat həyatının makroiqtisadi səviyyədə təhlili sübut edir ki, ölkədə qiymətlərin ümumi səviyyəsinin də­yiş­məsi, tez-gec öz təsirini istehsal amillərinə, onun maddi və şəxsi amillərinə də göstərir. Aydındır ki, hər hansı bir ölkə öz iqtisadi-sosial inkişafının ayrı-ayrı mərhələlərində möv­cud potensialdan tam istifadə olunmasına çalışsa da, lakin obyektiv-subyektiv səbəblərlə bağlı, iqtisadi resurs­la­rın müəyyən hissəsi istehsal prosesinə cəlb olunmamış qalır. Belə bir vəziyyət isə işsizlik, müəssisələrin tam gücü ilə işləməməsi, inflyasiya, təbii ehtiyatların istehsala cəlb olun­maması kimi həllini tələb edən məsələlərlə bağlıdır.
Həmin problemləri isə yeni metodoloji yanaşma möv­qeyindən iki yolla - uzunmüddətli qısamüddətli dövr­lər ərzində həll etmək mümkündür. Məcmu tək­li­fin uzun­müddətli dövr üçün təhlili klassik və neoklassik in­ki­şaf mo­deli, qısamüddətli dövr üçün təhlili isə Keyns və onun mək­təbinin modelləri əsasında aparılır. Makro­iqti­sa­di sə­viy­yədə uzunmüddətli perspektivdə əmək haqqı və digər resursların hamısının qiymətinin enib-qalxması pro­sesi, müəyyən tarazlıq, habelə nisbətlər çərçivəsində də­yi­şir. Ona görə də, makroiqtisadi səviyyədə istehsalın real həc­mi və real gəlirlər dəyişməz qalır.
Məcmu təklifin uzunmüddətli və qısamüddətli əyrisi­nin aşağıda verilmiş sxemin­dən (A) göründüyü kimi məc­mu tələbin uzunmüddətli əyrisi (istiqaməti) düz xətt vəziy­yətinə uyğun olur. Bu isə o de­mək­dir ki, həmin müddət ərzində əmək haqqı, gəlir­lər və iqtisadi resursların qiy­mət­lərində bas verən dəyişik­liklər bir-birinə uyğun olurlar. Belə nisbi asılılıq və ta­raz­lıq şəraitində istehsalçılar, məh­sul buraxılışı həcmini də­yiş­mək haqqında qərarlar qəbul etmirlər. Qısamüddətli dövr­də (B) isə təklif əyrisi xeyli fərqli olur.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin