C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə22/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   114
C fakepathelave vesait

Məcmu təklifin uzunmüddətli və qısamüddətli əyrisi



C.M.Keyns uzunmüddətli dövr üçün nəzərdə tutulan klassik və neoklassik nəzəri baxışları tənqid edərək yaz­mışdı ki, belə bir mövqe cari işgüzar fəaliyyətlə bağlı yan­lış təsəvvürlər yaradır. Çünki, «uzunmüddətli dövrdə biz hamımız ölüyük. Əgər iqtisadçılar şiddətli yağış möv­sü­mündə bizə yalnız tufandan uzun müddət sonra okeanın hamar olacağını deyə bilirlərsə, onda özləri üçün çox asan və səmərəsiz məqsəd seçmişlər». Deməli, Keyns yaranmış böhranlı vəziyyətin gələcəkdə (?), nə vaxtsa (!) uzun­müd­dətli perspektivdə yoluna düşəcəyi barəsində mülahizə­lər­lə razılaşmayaraq, diqqəti indiki vəziyyəti dərindən təhlil edərək, ondan optimal çıxış yolları axtarıb tapılması, ha­belə bu istiqamətdə dövlət tənzimlənməsi tədbirlərindən faydalanmaq zəruriliyinə cəlb etmişdir.
Bu mənada hər hansı bir cəmiyyət öz iqtisadi-sosial inkişafının gələcək perspektivlərini hökmən bilməli və real iqtisadi resursları, maddi-texniki bazası, intellek­tual imkanları ilə ona hazır olmalıdır. Lakin cəmiyyət ilk növbədə öz iqtisadi-sosial tərəqqisində hansı səviyyəyə gəlib çatdığını obyektiv qiymətləndirməyi bacarmalıdır ki, yaranmış vəziyyətin çətinlik və problemlərini aradan qal­dırmaq üçün səmərəli vasitələr axtarıb tapa bilsin.
İqtisadiyyatın tənəzzülü, istehsal güclərindən tam is­ti­fadə olunmadığı, işsizliyin müəyyən yüksək səviyyədə qal­dığı bir şəraitdə, Keynsin qısamüddətli makroiqtisadi modelində qiymətlərin dəyişməz sabitliyi qəbul olunur. Bunun səbəbi isə ehtiyat iqtisadi resurslardan, köhnə ava­danlıqlardan istifadə etməklə, artan məhsul buraxılı­şı­nın hər vahidinə sərf olunan istehsal xərclərinin dəyişmə­mə­sidir. Nəticədə, müəyyən vaxt qiymətlər əvvəlki səviy­yədə qalır. Belə bir vəziyyət isə qiymətlə məcmu təklifin düz mütənasibliyi, asılılığı prinsipinə uyğun gəlmədiyin­dən tez-gec pozulmalıdır. Tədricən iqtisadiyyatda baş ve­rən pro­ses­­lər, qiymətlə məcmu təklif arasındakı qanuna­uyğun düz mü­tənasibliyin bərpa olunmasını təmin edir.
Keynsin fik­rin­cə, iqtisadiyyatın dövlət tənzimlən­mə­si isti­qa­mətin­də­ki tədbirləri, məcmu tələbi stimullaşdır­maq səy­ləri bu pro­sesə müsbət təsir göstərə bilər. Eyni zaman­da qı­sa­müd­dətli dövrdə məcmu tələbin normallaş­ma­sına qey­ri-­qiymət amilləri, o cümlədən ölkənin iqtisadi resurs­ları, qiymət­lə­rin dəyişməsi, məhsuldarlıq səviyyəsi­nin yüksəl­mə­si, ver­gi dərəcələrinin çevikliyi, hüquqi-nor­ma­tiv aktla­rın günün tələblərinə uyğunlaşdırılması da, şüb­həsiz öz təsirini gös­tərə bilər.
Məcmu təklifin qısamüddətli dövrdə əyrisi (B) sxe­min­də və ümumiyyətlə məcmu təklifin dəyişkənliyi isə (D) sxemində öz əksini tapmışdır. Bu sxemdəki (AS) əy­risi qısamüddətli dövr ərzində məcmu tələb əyrisinin qiy­mətlə bağlı yüksələn istiqamətini; (D) sxemindəki məc­mu təklifin (ASı) əyrisi isə müxtəlif amillərin qarşılıqlı təsiri altında bəzən aşağıya meyl etdiyini (AS3), bəzən də yüksəldiyini (AS2) göstərir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin