C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İnstitusional-sosioloji istiqamət



Yüklə 2,89 Mb.
səhifə30/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   114
C fakepathelave vesait

İnstitusional-sosioloji istiqamət tərəfdarlarının (C.Dan­­lor, L.Ulman) mövqeyinə görə iş qüvvəsinin qiy­məti və əmək haqqı səviyyəsini işçilərin ixtisası, peşə­kar­lığı, habelə iqtisadiyyatın ayrı-ayrı sahələrinin konkret surətdə iş qüvvəsinə olan tələbatı ilə bağlıdır.
Bu mövqelərdən aydın olur ki, məşğulluq, əmək birjası, işsizlik, əmək bazarı, dövlətin bu prosesləri tən­zim­ləməsində iqtisadçılar və mütəxəssislər arasında müx­təlif fikirlər olmuşdur.
Məsələn, klassik mövqe tərəfdarları əmin idilər ki, xü­susi mülkiyyət, sərbəst rəqabət, azad sahibkarlıq və iş­gü­zar biznes fəaliyyəti şəraitində, əhalinin nisbi tam məş­ğul­luğunu təmin etmək mümkündür. Əhalinin əmək qa­bi­liy­yətinə malik 4-5 faizinin işsizliyi səviy­yəsini onlar real həyat və bazar iqtisadiyyatı şəraitində normal hadisə kimi qiymətləndirirlər.
Keynsçı mövqedə duranlar isə sübut etməyə ça­lış­mışlar ki, ümumiyyətlə əhalinin tam məşğulluğu prob­lemi və onun gedişi prosesi qanunauyğunluq deyil, təsadüfi bir hadisədir. Bu proses ilk növbədə hər hansı bir ölkədə, ya­xud istehsal sahəsində investisiyaların (sərmayə, kapital qo­yuluşlarının) səviyyəsi və milli gə­li­rin həcmi ilə bağlı­dır.
Əgər klassik nəzəriyyə tərəfdarları əhalinin məş­ğul­luğunu təmin etmək üçün qənaətcil olmaq və bu he­saba əldə olunan vəsaiti investisiyalara yönəltməyi əsas götü­rür­lərsə, keynsçilər isə təsdiq edirlər ki, istehsal olu­nan əm­­təələr və əhaliyə göstərilən xidmətlər uyğun şəkildə məş­ğulluq səviyyəsi, habelə xərclərdən asılıdır.
Deməli, sadəcə qənaətcil olmaq yaxud qənaət reji­mini həyata keçirməklə, əhalinin məşğulluq proble­mini həll etmək mümkün deyildir. Problemin həlli üçün verilən kreditlərə faiz dərəcələrini aşağı salınaq, dövlət aparatı xərclərini ixtisar etmək, dövlətin xüsusi bölmə­yə sifariş­lərini artırmaq lazımdır.
Hər hansı bir cəmiyyətin yaşayıb inkişaf etməsi üçün zəruri sayılan təkrar istehsal prosesi-maddi nemət­lər və xidmətlər istehsalı, istehsal münasibətləri ilə yana­şı, eyni zamanda iş qüvvəsinin də təkrar isteh­sa­lıdır. İsteh­salın ob­yek­tiv amilləri ilə yanaşı, onun sub­yektiv amilləri olmadan is­tehsalı və təkrar istehsalı hə­yata keçirmək müm­­kün de­yil­dir.
İş güvvəsi - dedikdə insan orqanizminin malik olduğu və istehsal prosesində şüurlu surətdə sərf etdiyi fiziki, habelə zehni qabiliyyətləri nəzərdə tutulur. İnsa­nın əmək qabiliyyətinin nəticəsi sayılan iş qüvvəsi, bü­tün cəmiyyətlərin iqtisadi-sosial tərəqqisində həlledici rol oy­namışdır.
İş qüvvəsi müəyyən şərtlər, razılaşmalar, əmək mü­qa­vilələri, bəzən isə hətta məcburiyyət və zorakılıqla alı­nıb-satıldığından, ona əmtəə kimi yanaşmaq müm­kün­dür. Əmtəənin isə məlumdur ki, dəyəri və istehlak dəyəri var­dır. İş qüvvəsinin dəyəri - onun yenidən tək­rar istehsal olun­­ması üçün zəruri olan yaşayış vasitə­lərinin (ərzaq, mənzil, paltar, təhsil, istirahət və sair) dəyərinə bərabərdir. İş qüvvəsinin dəyərinin ən aşağı-minimum həddi, işçinin və ailəsinin yaşaması, habelə əmək qabiliyyətini qoruyub saxlanılması üçün zəruri sayılan yaşayış vasitələrinin də­yə­rindən ibarətdir. Ona görə də müxtəlif ölkələrdə kon­kret şərait və imkan­lar­dan asılı olaraq yaşayış mini­mumu, minimum əmək haqqı, istehlak büdcəsi, istehlak səbəti kimi iqtisadi gös­təricilərin kəmiyyət və keyfiyyət meyar­ları müəy­yənləşdirilir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin