C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İşsizliyin mahiyyəti və səbəbləri



Yüklə 2,89 Mb.
səhifə32/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   114
C fakepathelave vesait

5.2.İşsizliyin mahiyyəti və səbəbləri

Ciddi və ağrılı sosial-iqtisadi problem sayılan işsiz­lik, ölkənin fəal əhalisinin (iş qüvvəsinin) müəyyən hissə­sinin istehsal-xidmət sahələrinə cəlb olunmaması, habelə, müxtəlif sənət-peşə sahiblərinin istehsalında, yaxud xid­mətlərin göstərilməsində iştirak etməməsidir. İşsizlik cə­miy­yətin iqtisadi resurslardan səmərəli istifa­dəni məhdud­laş­dırır, artıq xərclər yaradır, insanların yaşayış imkan­la­rını zəiflədir, əhalinin həyat səviyyəsini aşağı salır, onların əhval-ruhiyyəsinə və psixologiya­sına mənfi təsir göstərir.


Ölkələrin iqtisadi resurs və imkanları, obyektiv-subyektiv səbəblərlə bağlı, mövcud əmək ehtiyatlarının yal­­nız müəyyən hissəsindən səmərəli surətdə faydalan­mağı zəruri edir. Təsərrüfat həyatında baş verən kəmiy­yət-keyfiyyət dəyişikləri, tələblə-təklifin dinamik nis­bət­ləri, daxili-xarici bazarla bağlı məsələlər, elmi-tex­niki nailiy­yətlərin nəticələrinin istehsal proseslərinə tət­biqi, struktur yenilikləri, insanların öz arzu və istəyinə uyğun daha əlve­rişli iş yeri axtarışları, şübhəsiz əha­linin fəal hissəsinin konkret iş yeri ilə təmin olun­ma­sında həmişə müəyyən prob­lemlər yaradır.
Ümumiyyətlə, işsizlik, ölkədə iş qüvvəsinə olan tə­ləb­lə ona olan təklifin normal nisbətinin pozulması nəticə­sin­də baş verir. Şübhəsiz, hər hansı bir cəmiy­yətdə işsiz­liyin mövcudluğu, onun üçün maddi-mənəvi və sosial ba­xım­dan ciddi itkilər deməkdir. Lakin işsizliyin müəyyən hədlər daxilində olmasını normal hesab edən, hətta bu halı müsbət qiymətləndirən mütə­xəs­sislər də vardır. Onların fik­rincə, «işsizlik təhlükəsi» insanlarda öz ixtisaslarına daha yaxşı yiyələnmək, sə­nət-peşə ustalığını təkmilləş­dirmək, təhsil səviyyəsini xeyli yüksəltmək məsuliyyəti tər­biyə edir. Ölkədə işsizlik səviyyəsi belə müəyyən­ləş­dirilir:



Deməli, ölkədə işsizliyin səviyyəsi, işsizlərin ümu­mi sayının iş qüvvəsinə, yəni əmək qabiliyyətli əha­linin sayına olan nisbəti ilə ölçülür. Bu meyarlar baxımından, XXI əsrin birinci onilliyində dünyada işsiz­lərin sayı 15-20 faiz, yüksək inkişaf etmiş ölkə­lərdə 4-10 faiz, inkişaf et­məkdə olan ölkələrdə 35-40 faiz keçid mərhələsində olan ölkələrdə 15-30 faiz təşkil edir.
ABŞ iqtisadçısı Artur Oykenin hesablamalarına (Oyken qanunu) görə, ölkədə işsizliyin real (faktiki) sə­viy­yə­si, onun təbii (normal) səviyyəsini bir faiz ötər­sə, o za­man ümumi daxili məhsulun artım tempi 2-2,5 faiz aşağı olacaqdır. Eyni zamanda, istehsal-xidmət dairə­sinə cəlb olunan işləyənlərin sayının bir faiz art­ması, ölkənin ÜDM-nun həcminin 2-2,5 faiz çoxal­masına imkan yara­dır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin