C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə34/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   114
C fakepathelave vesait

Dövri (tsiklik) işsizlik, istehsalın aşağı düşməsi (tə­nəzzülü) ilə bağlı olub, məcmu tələbin məhdudlaş­ması və müxtəlif təyinatlı məhsullara, xidmətlərə alıcı tələbatının tədricən azalması ilə səciyyələnir. Bu səbəb­dən əhalinin məşğulluğu ixtisar olunduğundan və işsiz­lik səviyyəsi yük­səl­diyindən, dövrü yaxud tsiklik işsiz­li­yi, bəzən tələbin çatışmazlığı (defisiti) adlandırırlar. 1929-1933-cü illəri əha­tə etmiş ümumi iqtisadi böhra­nın­dan sonrakı dövrdə də iş­sizliyin bu forması dünya­nın bir sıra ölkələrində, o cüm­lədən ABŞ-da, İngiltərə­də, Almaniya­da, Yaponiyada, İtali­yada qeydə alınmış­dır.
Sovet İttifaqı dağıldıqdan sonra, keçmiş post­so­vet və postsosialist məkanında formalaşmış müstəqil dövlətlər də əhalinin işsizliyinin başqa formaları ilə yanaşı, dövri (tsiklik) işsizliyin yaratdığı iqtisadi-sosial problemlərlə rast­laşmışlar.
İstehsal həcminin azalması ilə bağlı olan dövri iş­sizlik özünü qizli açıq formalarda göstərə bilər. Tsiklik işsizliyin gizli forması, iş günü yaxud həftəsinin ixtisar olunması, işçilərin məcburi məzuniyyətə göndə­ril­məsi, on­ların əmək haqlarının azaldılması, hətta tam dayan­dı­rıl­ması yolu ilə həyata keçirilir. Dövri işsizliyin açıq forması isə müəyyən bir istehsal-xidmət dairəsi sahələ­rin­də çalı­şan­ların işdən azad olunması, onların öz iş yerlərini və gə­lir mənbəyini itirmələri deməkdir. Bu ağrılı proses cə­miy­yətin müxtəlif ictimai təbəqələrinin mənafeyinə to­xun­sa da, lakin ən ciddi zərər çəkən - ixtisassız işçilər, qadınlar, milli azlıqların nümayən­də­lə­ri olurlar.
Mövsümi (qismən) işsizlik, ilin müxtəlif fəsillə­rin­də ölkədəki istehsal-xidmət sahələrinin iş qüvvəsinə olan dəyişkən tələb səviyyəsi ilə ölçülür. Bəzən nata­mam işsiz­lik adlandırılan bu formaya kənd təsərrüfatı, tikinti, ovçu­luq, balıqçılıq, meşə təsərrüfatı, xidmət sahələrində da­ha çox rast gəlinir. Ölkədə iqtisadi böhran və durğunluq vaxtı mövsümi işsizlərin sayı artır, əksinə iqtisadiyyatın can­lanması, habelə yüksəlişi dövründə bu qrupdan olan adam­ların sayı azalmağa doğru meyl edir. Böhran və durğun­luq­dan sonra başlanan növbəti can­lan­ma, habelə yüksəliş mər­hələsində, yeni iş yerlərinin açılması məşğulluğun ümu­­­mi səviyyəsini yüksəltdiyin­dən, mövsümi işsizlik prob­­lemi müəyyən dərəcədə həll olunur.
İqtisadi ədəbiyyatda işsizliyin durğun forması da qeyd olunaraq, buraya peşəkarlıq səviyyəsi aşağı və ixti­sa­sı olmayan işçilər qrupu (kəndlilər, evdar qadınlar, xid­mət­çilər) aid edilir. Bu formada olan işsizlik, ölkə­nin tə­sər­rüfat həyatının qeyri-sabit inkişafı ilə əlaqədar illərlə da­­vam edə bilər. Həmin işsizlər qrupu, müxtəlif xətlərlə aldıqları yardımlar, ianələr, xeyriyyə fondları­nın, yaxud tə­sadüfi zəhmət haqqının hesabına yaşama­ğa məcbur­dur­lar. Ayrı-ayrı ölkələrdə bu cür işsizlər cə­miy­yətin ən aşağı təbəqəsini təmsil edərək, həm özləri, həm də ailələri son dərəcə ağır bir şəraitdə yaşayırlar. Hətta ölkə iqtisadiy­yatında canlanma və yüksəliş mər­hə­ləsi başlandıqda belə, bu qrupa daxil edilən işsizlər ən axırda, yəni əlavə iş qüv­və­sinə kəskin ehtiyac yaran­dıq­dan sonra onların əqli, ha­belə fiziki potensialı cəmiy­yətə lazım olur.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin