C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə31/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   114
C fakepathelave vesait

İş qüvvəsinin istehlak dəyəri isə istehsal pro­se­sində öz dəyərindən, yəni alındığı qiymətdən (haqdan) daha artıq dəyər yarada bilmək xüsusiyyətidir. Başqa söz­lə, iş qüvvəsi istehsal prosesində təkcə öz dəyərini deyil, eyni zamanda izafi, yəni artıq məhsul yaradır ki, bu da sahibkara, şirkətə onun xərcləri, səyləri, riski üçün çatır.
Hazırda sayı 7 milyard nəfərə yaxınlaşan pla­netin ayrı- ayrı ölkələrinin əhlisi, aktiv (fəal) və passiv (qeyri-fəal) kimi iki hissəyə ayrılır. Beynəlxalq stan­dartlara görə, 14-16 yaşdan başlayaraq, 60-65 yaş arası kişilər və 15-16 yaşdan başlayaraq, 55-60 yaş arası qadınlar aktiv əhali qrupuna daxil edilirlər. Müxtəlif ölkələrin özünəməxsus cəhətləri nəzərə alınmaqla, əhalinin ümumi tərkibində aktiv əhalinin xüsusi çəkisi 35-50% təşkil edir. Passiv əhali qrupuna daxil edilən təqaüd­çülər, uşaqlar, tələbələr, əlillər, hərbçilər, xəstə­lər, himayədə olanlar isə ayrı-ayrı ölkələrdə əhalinin tərkibində 35-45% təşkil edirlər.
İqtisadi nəzəriyyə baxımından əhalinin tam məş­ğul­luğu o deməkdir ki, əmək qabiliyyətinə malik və işlə­mək arzusunda olan hər bir nəfər müəyyən bir işlə təmin edilir. Aydındır ki, bu niyyət nə qədər xoş səslən­sə də, real təsərrüfat həyatı təcrübəsində, obyektiv-subyektiv səbəb­lər üzündən heç də işləmək istəyənlərin hamısını öz təh­sili­nə, ixtisasına, sənət-peşə yönümünə görə uyğun iş yeri ilə təmin etmək mümkün olmur.
Ölkənin iş qabiliy­yətli əhalisinin 3-5 faizinin işlə təmin olunmaması təsər­rüfat­çılıq təcrübəsində normal sa­yılır. Müxtəlif ölkələrdə əhali­nin iş qabiliyyətli hissə­si­nin məşğulluq səviyyəsi 35-40 faizdən 95-97 faiz həddin­dədir. Bir sıra dövlətlər müəyyən təhsil-ixtisas sahibi olan peşə­kar kadrları başqa yerlərdən dəvət etdikləri halda, digər ölkələrin vətəndaşları öz vətən­lərində uy­ğun iş tapa bilmə­dik­lərindən, başqa dövlət­lərdə iş ax­tar­mağa məcbur olur­lar. Beynəlxalq təşkilatların mə­lu­matlarına görə hər il 100 milyon nəfərə yaxın adam başqa ölkələrdə iş axtarır.
Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatın­da baş verən obyekti-subyektiv xarakterli müxtəlif pro­ses­lər, məsələn istehsalın quruluşunda gedən dəyişik­lik­lər, elmi-texniki yeniliklər, mütərəqqi texnologiyaların tətbiqi, işçi­lərin, müəyyən yaş həddi, insanların cinsi və irqi mən­subiy­yətləri, habelə dini və siyasi baxışları, müəyyən vaxt­lığa əhalinin iş qabiliyyətli hissəsinin kon­kret işlə təmin edilməsində aşkar-gizli problemlər yaradır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin