C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə33/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   114
C fakepathelave vesait

5.3.İşsizliyin müxtəlif formaları


İşsizliyin bütün dünyada qəbul edilmiş friksion, struk­­­tur, dövri (tsiklik), mövsümi (qismən), durğun kimi müxtəlif for­maları vardır.
Friksion (təbii, müvəqqəti) işsizlik o deməkdir ki, insanlar müxtəlif səbəblərlə bağlı (əmək haqqına, ailə vəziyyətinə, iş rejiminə, yaşadığı yerdən uzaqlı­ğına, daha münasibliyinə görə) yeni iş yeri axtarırlar. Bəzən işsizliyin bu forması, təbii yaxud könüllü işsiz­lik kimi səciyyələn­dirilir. Müəyyən bir müddət ərzində iş axtaran şəxs, arzu etdiyi yeri tapana kimi işsizlər sıra­sına aid edilir. Qeyd etmək lazımdır ki, hətta cəmiy­yətdə tam məşğulluq təmin edilsə belə, yenə də yu­xarıda göstərilən səbəblər üzündən, müxtəlif qruplara daxil olan adamların yeni iş axtanşları davam edəcə­yindən, friksion işsizliyi fasiləsiz bir proses ki­mi təsəvvür etmək mümkündür.
Struktur işsizlik, cəmiyyətdə baş verən elmi-tex­niki tərəqqi, istehsal-xidmət dairəsi sahələrindəki yeni­liklər, iş yerlərinin coğrafi cəhətdən fərqli yerləş­məsi pro­sesləri ilə bağlı, əmək bazarında iş qüvvəsinə olan tə­ləb və təklifin nisbətlərinin pozulmasının nəticə­sidir.
Dünyanın və müxtəlif ölkələrin təsərrüfat həyatı­nın ayrı-ayrı istehsal-xidmət sahələrindəki kəmiyyət, habelə keyfiyyət dəyişiklikləri, eyni zamanda iş qüvvə­si­nin sənət-peşə ixtisaslarına olan tələbatını da köklü surətdə dəyiş­dirir. Tarixən insanların əmək fəaliyyə­tində ilk dövrlərdə kənd təsərrüfatı, sonralar toxuculuq və emal, metallurgiya və maşınqayırma, daş kömür və mə­dən, müasir dövrdə isə kimya, elektronika, avto­mo­bil sənayesi sahələrinin, xüsu­silə də, xidmət-turizm, bank-kredit, rabitə-məlumat, inter­net istiqamətlərinin sürətli inkişafı, təbii olaraq iş qüv­və­si­nə, onun hazırlan­masına, istifadəsinə, yüksək peşə-ixtisas sə­viy­yəsinə daha yük­sək tələblər irəli sürmüşdür.
Obyektiv xarakter daşıyan bu proseslər, istehsal-xid­mət təyinatlı sahələrin bir hissəsinin ixtisar, hətta ləğv olunmasına, digərlərinin isə meydana çıxıb inkişaf etmə­sinə səbəb olur. Ona görə də istehsal-xidmət dairə­sin­də iş­ləyənlərin müəyyən hissəsi, bu struktur dəyişik­liklər nə­ti­cə­sində öz əvvəlki işlərini itirir və yeni iş yeri axtarmaq məcburiyyətilə üzləşirlər. Bu insanların yeni iş yerləri tapması, yaranmış vəziyyətlə bağlı peşə-sənət ixtisaslarını təkmilləşdirmələri, yaxud yenilərinə yiyə­lən­mələri, şübhə­siz müəyyən vaxt tələb edir. Həmin vaxt ərzində onlar iş­siz sayılır və başqa işə düzəl­məsi məsələsi əmək birja­ları, məş­ğulluq mərkəzləri vasitəsilə hə­yata keçirilir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin