C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə29/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   114
C fakepathelave vesait

V FƏSİL. MƏŞĞULLUQ VƏ İŞSİZLİK
5.1.Əhalinin məşğulluğu və iş qüvvəsinin
təkrara istehsalı

Cəmiyyətin əmək ehtiyatları, onun kəmiyyət və key­­fiyyət göstəriciləri, ölkənin iqtisadi resurslarının tər­kib hissəsi kimi ümumi inkişafın təmin edilməsində mühüm rol oynayır. Əmək ehtiyatları ilə sıx bağlı olan an­layış – insan kapitalıdır. Əmək kapitalı dedikdə, əmək ehtiyatla­rının hazırlanmasına və yenidən hazır­lan­­masına, onun təh­sil, sağlamlıq, mədəni səviyyəsinin yüksəldilməsinə, peşə-­sə­nət qabiliyyətinin təkmilləş­di­ril­­məsinə yönəldilmiş və­sait­lərin toplusu başa duşu­lür. Bu yanaşma, müasir elmi-texniki inqilab dövründə də öz əhəmiyyətini saxla­ya­raq, istehsalın maddi və şəxsi amillərin pozulmaz vəhdətini təş­kil edir.


A.Smit “Xalqlar sərvətinin təbiətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776) əsərində vaxtilə yaz­mış­dır ki, hər hansı bir cəmiyyətin yüksəlişi, onun əhalisi­nin istehsala cəlb olunması (məşğulluğu) və hə­min insan­la­rın əməyinin məhsuldarlıq (bacarıq, ixtisas, hazırlıq) səviyyəsi ilə bilavasitə bağlıdır. Təsadüfi de­yil­məmişdir ki, ən yeni, mükəmməl texnika da ona in­san əli və əməyi toxunmasa, sanki “ölüdür”. Qədim yu­nan müdrikləri nə qə­dər haqlı qeyd etmişlər:

Dünyada möcüzələr çoxdur, amma


İnsandan böyük bir möcüzə yoxdur.
Ölkənin əmək resurslarının məşğulluğu, onun təhsil, peşə-sənət ixtisasına uyğun işlə təmin edilməsi, əhalinin işsizliyinin aradan qaldırılması, yeni iş yerləri yaradılması, həmişə müxtəlif cəmiyyətlər qarşısında du­ran aktual sosial-iqtisadi problemlərdən biri olmuş­dur.
Məşğulluq, iş qüvvəsi, əmək bazarı, işsizlik haq­qında klassik iqtisadi məktəb banilərinin, marksistlərin, neoklassiklərin, keynsçilərin, monetaristlərin, institu­sio­nist­lərin bir-birindən fərqli, lakin maraqlı fikirləri vardır.
Klassik mövqedən çıxış edənlər göstərirdilər ki, ölkənin iş qüvvəsi bazarı təklif əsasında formalaşır. Bu­rada tənzimçi rolunu iş qüvvəsinin orta tarazlaşdırılmış qiyməti oynayır. Deməli, əmək haqqının səviyyəsi vasi­tə­silə ölkədə iş qüvvəsinə olan tələb və təklif nizamlanır.
Keynsçi mövqeyə görə, əmək bazarı olduqca qey­ri-sabit bir hadisədir. Orada əmək haqqı sərt və qəti müəy­yənləşmiş bir kəmiyyətdir. Həmin kəmiyyət müəy­yən səviyyədən aşağı düşə bilməz. Ona görə de əmək bazarını dövlət nizamlamalıdır. Dövlət isə bu məsələni ölkədə ümumi (məcmu) iş qüvvəsinə olan tələblə-təklifin taraz­laş­dırılması yolu ilə həyata keçirə bilər. Bunun üçün əlavə iş yerləri açmaq, kreditlər üçün bank faizini aşağı salınaq, vergi dərəcələrini azaltmaq lazımdır.
Monetar mövqeyə görə, (Milton Fridmen) iş qüv­vəsinin sabit müəyyənləşmiş qiyməti (səviyyəsi) ol­sa da, o, daim yüksəlməyə, artmağa doğru meyl edir. Ona görə də bu mövqenin tərəfdarları, dövlətin mini­mum əmək haqqı səviyyəsi müəyyən etməsini düzgün saymırdılar. Onların fikrincə, dövlət özünün pul-kredit siyasəti və bank faiz dərəcələri vasitəsilə ölkə əhalisinin məşğulluq səviy­yəsini yüksəldə bilər.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin