C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Böhranların sosial-iqtisadi nəticələri və onların tənzim­lən­məsi tədbirləri



Yüklə 2,89 Mb.
səhifə28/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   114
C fakepathelave vesait

4.4.Böhranların sosial-iqtisadi nəticələri və onların tənzim­lən­məsi tədbirləri

Müasir dövrdə iqtisadi böhranların səbəbləri haq­qında müxtəlif mövqelərin (istehsalın daxili ziddiyyət­ləri, onun struktur nöqsanları, pul-kredit sistemindəki po­zun­tular, kapital yığımının zəifliyi, yeni texnika-texnologi­yalardan kifayət qədər istifadə olunmaması, istehsalın tsikl xarakteri ilə pul tədavülünün qeyri-sabitliyi) olduğu kimi, bu proseslərin qarşısını almaq üçün də fərqli elmi-nəzəri fikirlər vardır.


Həmin nəzəriyyə və konsepsiyalar sırasında iqti­sa­di inkişafa xarici amillərin təsirini (U.Cevons); böh­ran pro­sesinin xalis monetar izahını (R.Xourtin, M.Frid­men); ifrat yığımı (M.Tuqan-Baranovski, A.Aftalon); natamam isteh­lakı (J.Sismondi); kapital yığımının tək­rar istehsala uy­ğun­laşmasını (C.Keyns, C.Hiks, E.Han­sen); tsiklin psi­xo­loji aspektlərini (V.Pareto, A.Piqun) göstərmək olar. Ma­raqlıdır ki, keynsçilər iqtisadi böh­ran­lara qarşı məcmu tələbi artırmaq və dövlətin iqtisa­diyyatı tənzimləmək im­kanlarından geniş istifadə et­məyi tövsiyə etdikləri hal­da, başqaları əksinə bu istiqa­mət­də təklifə üstünlük ver­mə­yi daha səmərəli bir va­riant kimi əsaslandırmağa çalış­mışlar.
Aydındır ki, müxtəlif ölkələrin iqtisadi – sosial in­ki­şaf səviyyəsindən və onların müasir inteqrasiya pro­ses­­lərindəki iştirakından asılı olaraq, böhranı yaradan səbəb­lərin müxtəliflik dərəcəsindən çıxaraq, fərqli ya­naşma me­todları tələb olunur. Bu istiqamətdə hələlik va­hid bir yol tapılmasa da, ümumiyyətlə götürüldükdə böhranlara qarşı aşağıdakı tədbirlərin həyata keçiril­məsi məqsədə­uyğun sayılır:

  • dövlət xərclərinin azaldılması və büdcə və­sait­lə­rinə qənaət edilməsi;

  • vergilər siyasətində çevik dəyişikliklər apa­rılması;

  • istehsal - xidmət sahələrində səmərəli qənaət reji­minin həyata keçirilməsi;

  • kiçik və orta sahibkarlar təbəqəsinə hərtərəfli yar­dım göstərilməsi;

  • əhalinin aztəminatlı hissəsinə sosial yardımların artırılması;

  • şərikli və qarışıq tipli müəssisələrin təşkilinə üstünlük verilməsi;

  • zərərlə işləyən şirkət və müəssisələrin milliləş­dirilərək dövlət mülkiyyətinə keçirilməsi, habelə onla­rın gələcək fəaliyyətinin davam etdirilməsi üçün kon­kret tədbirlər görülməsi.

Böhrandan çıxmaq və normal istehsal vəziyyətinə qayıtmaq üçün müəyyən tədbirlərin ləngimədən reallaş­dırılması vacib olduğu kimi, böhranın təsir gücünü qabaq­layıcı vasitələrlə zəiflətmək yollarını işləyib ha­zır­lamaq, şübhəsiz daha zəruridir.
Bu mənada, dünyada baş vermiş son maliyyə-iq­ti­sadi böhranın mənfi nəticələrini aradan qaldırmaq isti­qamətində milli iqtisadiyyatların, xüsusilə də Azər­bay­can Respub­lika­sının təcrübəsi diqqətə layiqdir. Öl­kə­nin dünya təsərrüfat sisteminə inteqrasiyasının müasir səviy­yəsi, milli iqtisadiy­yatın təhlükəsizliyinin tə­min olun­ması prinsiplərinin gözlə­nil­məsi, bankların bazar kapi­tal­laşmasının ilkin mərhələdə olması, daxildə kifayət qədər valyuta ehtiyatlarının toplan­ması, xarici borcların həcminin minimum həddə olması, şüb­hə­siz müəyyən problemlərə baxmayaraq, qlobal böh­randan az itkilərlə çıxmağa imkan yaratmışdır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin