C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə25/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   114
C fakepathelave vesait

Daxili amillər sırasında əsas fondların (kapitalın) fiziki və mənəvi aşınmasını; istehsal-xidmət sahələrinin qu­­ruluşunun təkmilləşdirilməsini; istehsalın texnika və tex­­nologiyasının modernləşdirilməsini; yeni iş yerlərinin açılmasını; dövlətin iqtisadi siyasət xəttinin səmərəliliyini; ölkə əhalisinin tələbat və ehtiyaclarında kəmiy­yət- key­fiy­yət dəyişikliklərini göstərmək olar. Xarici amillər sıra­sında isə müharibələri, təbii fəlakətləri, inqilabi hadisələri, yeni yataqların kəşfini, təzə ərazilərin məskunlaşmasını, istehsal-xidmət sahələrində köklü dəyişikliklər yaradan texnika və texnologiyaların tətbiqini qeyd etmək olar.
Konkret vəziyyətdən asılı olaraq, bəzən qısamüddətli bir proses kimi davam edən iqtisadi inkişafın qeyri-sabit­liyi prosesi, iqtisadi nəzəriyyədə makroiqtisadi səviyyədə baş verib, bütövlükdə milli iqtisadiyyatı əhatə edən hadi­sə­dir. Lakin hər bir ölkənin xüsusiyyətlərindən, daxili-xa­rici səbəblərdən asılı olaraq, bu prosesin təsərrüfat həya­tının müxtəlif sahələrinə təsir gücü eyni səviyyədə olmur. Məsələn, sənayenin maşınqayırma, metallurgiya, energeti­ka, qaz-yanacaq kimi sahələri, yüngül və yeyinti sənaye sahələrinə nisbətən iqtisadi inkişafın qeyri-sabitliyinə daha çox məruz qalır.
Müəyyən bir dövrü əhatə edən «iqtisadi tsikl» yaxud «iqtisadi fəallıq tsikli» anlayışı, bütövlükdə milli iqtisa­diyyatın vaxtaşırı bir-birini əvəz edən yüksəliş və enmə mərhələləri müddətlərini nəzərdə tutur. Öz müddət və in­ten­sivlik xüsusiyyətlərinə görə fərqlənən iqtisadi tsikl ölkənin təsərrüfat həyatında iqtisadi fəallığın yüksəlişi və enməsi dövrüdür. Ayrı-ayrı ölkələrdə müxtəlif illərdə baş vermiş hər hansı bir böhranın başlanmasından digər böh­ranın başlanmasına qədər olan konkret dövr tsikl adlanır. Bir neçə aydan başlayaraq, illəri əhatə edə bilən iqtisadi tsiklin əsas mərhələsi böhran sayılır və hər bir böhran hadisəsi, yeni tsiklin (müəyyən dövrün) başlanğıc nöqtəsi kimi səciyyələnir.
4.2.Böhranların mahiyyəti, səbəbləri və formaları


Cəmiyyətin iqtisadi sistemində ciddi sarsıntılar yara­dan iqtisadi böhran ilk növbədə məcmu tələblə məcmu tək­lif arasında tarazlığın pozulması, ictimai istehsalın müx­­təlif sahələrinin nisbətlərində ziddiyyətlərin meydana­ çıx­ması, ölkənin iqtisadi resurslarından səmərəli istifadə olun­­mamasının nəticəsidir. Makroiqtisadi səviyyədə taraz­lı­ğın pozulmasının konkret ifadəsi olan iqtisadi böhranlar, öl­kə­də istehsalın həcminin aşağı düşməsinə, qiymətlərin sə­viy­yə­sinin enib-qalxmasına, işsizliyin artmasına, pul-kre­dit sistemində pozuntulara, şirkətlərin və bankların müflis­ləş­mə­sinə, əhalinin, xüsusilə də aztəminatlı ailələrin həyat sə­viyyəsinin pisləşməsinə səbəb olur.
İlk iqtisadi böhran 1825-ci ildə, o dövrün ən inkişaf etmiş ölkəsi və «dünya emalatxanası» adını almış İngiltə­rədə baş vermişdir. Sonralar 1848, 1873, 1882-1887, 1929-1933, XX əsrin 50-ci, 70-ci, 90-cı illərində, XXI əs­rin birinci onilliyində dünyanın müxtəlif ölkələrində iqti­sadi böhranlar olmuşdur. Dünya təsərrüfat həyatında iqti­sadi inkişafın qeyri-sabitliyi nəticəsində baş vermiş ən cid­di böhran 1929-1933-cü illəri əhatə etmişdir. «Böyük dur­ğunluq» kimi səciyyələnərək, dünya ölkələrinin əksəriyyə­tinin iqtisadiyyatına sarsıdıcı zərbə vurmuş bu böhran vax­tı kapitalist ölkələrində istehsalın ümumi həcmi 20-45 faiz aşağı düşmüş, işsizlik səviyyəsi 15-40 faizə çatmış, dün­ya ticarət dövriyyəsinin ümumi həcmi 60 faiz azal­mışdı.
Bu mənada böhranlar cəmiyyətin iqtisadi-sosial hə­ya­tında ziddiyyətlərin kəskinləşməsi, sahədaxili və sahə­lər­arası formalaşmış nisbətlərin pozulması, öl­kə­lər ara­sın­dakı ticarət əlaqələrinin məhdudlaşması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, istehsal imkanlarından tam is­tifadə olunmaması, işsizliyin artması və in­flya­siya pro­ses­lərinin güclənməsi kimi xarakterizə olunur.
1929-1933-cü illərin dünya iqtisadi böhranı vaxtı Nyu-York fond birjasında səhmlərin ümumi dəyəri 4-5 dəfə azalmış, ABŞ-da fəhlə və qulluqçulara ödənilən əmək haqqı 58 faiz ixtisar olunmuş, çuqun və metal əridilməsi 80 faiz, avtomobil istehsalı isə kəskin surətdə azalmışdır.
2007-2008-ci illərdə dünyanın maliyyə-bank siste­min­də başlanmış böhran, tədricən öz mənfi nəticələrini iqtisadiyyatın istehsal-xidmət sahələrinə (real iqtisadi böl­mə­yə) keçirərək, bütövlükdə dünyanın iqtisadi inkişaf temp­­lərinə mənfi təsir göstərmişdir.
İqtisadi böhranların ifrat (artıq istehsal), qıtlıq (aşa­ğı istehsal), aralıq, qismən, struktur, sahə, aqrar, ma­liy­yə, pul-kredit, birja, valyuta kimi müxtəlif formaları vardır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin