C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə27/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   114
C fakepathelave vesait

Böhran mərhələsində istehsalın həcmi aşağı düşür, ümumi tələblə ümumi təklifin nisbətləri pozulur, pul-kredit sistemində çətinliklər yaranır, əmək haqqı azalır, işsizlərin sayı artır, qiymətli kağızlar bazarında hərc-mərc­lik yaranır, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, şir­kət­lərin və bankların müflisləşməsi halları baş verir, cəmiy­yə­tin sosial-iqtisadi ziddiyyətləri kəskinləşir.
Durğunluq mərhələsi böhrandan sonra başla­ya­raq, zəif tələb, istehsalın aşağı səviyyədə qalması, iş­siz­liyin yüksək həddə qalxması, əmtəə-xidmətlərin qiy­mətlərinin aşa­ğı düşməsinin qarşısının alınması təd­bir­ləri, bank-kre­dit təşkilatlarının borc kapitalı üçün faiz dərəcələrini azalt­ma­sı, əmtəə ehtiyatlarının nisbi sabit­ləş­məsi ilə səciy­yə­lənir.
Canlanma mərhələsində, istehsal tədricən artma­ğa doğru meyl edir, hazırlanan məhsulların və göstəri­lən xid­mətlərin həcmi artır, işsizlərin sayı azalır, qiy­mət­lər təd­ricən yüksəlir, iqtisadiyyatın müxtəlif sahələ­rin­də dir­çəliş prosesi özünü göstərməyə başlayır, bank­la­­rın kre­ditlər üçün borc-faiz dərəcələri yüksəlir, is­tehsal-xid­mət dairələ­ri­nin müxtəlif təyinatlı material və avadanlıqlara olan tələ­batı artmağa başlayır.
Yüksəliş mərhələsində, istehsalın səviyyəsi arta­raq, özünün ən yüksək, yaxud zirvə həddinə çatır, əha­linin məşğulluğu təmin edilir, ölkədə işsizliyin səviy­yə­si əv­vəlki dövrə nisbətən xeyli aşağı düşür, əmək haqqı artmağa doğru meyl edir, kreditə olan tələb çoxalır, əmtəə-xidmətlərin qiymətləri qalxır, şirkətlərin mən­fəəti yük­səlir.
Müəyyən bir müddəti əhatə edən “iqtisadi-tsikl” yaxud “iqtisadi fəallıq dövrü” anlayışı, bütövlükdə milli iqtisadiyyatın vaxtaşırı sürətdə bir-birini əvəz edən yük­səliş eniş mərhələlərinin, fasiləsiz təkrar olunan hərəkəti kimi başa düşülməlidir.
Konkret şəraitdən asılı olaraq, bəzən qısa, bəzən də uzunmüddətli mürəkkəb və ziddiyyətli bir hadisə kimi davam edən iqtisadi inkişafın qeyri-sabitliyi pro­sesi, elmi-nəzəri cəhətdən makroiqtisadi səviyyədə baş verib milli, regional, hətta müasir dövrdə də dünya təsər­rüfat həyatını əhatə edən reallıqdır.
XXI əsrin birinci onilliyinə (2008-2012) təsadüf et­miş qloballaşan dünya iqtisadiyyatının ilk böhranı göstərdi ki, onun səbəbləri sırasında bütövlükdə isteh­sa­lın quruluş (struktur) dəyişiklikləri ilə yanaşı, əhali­nin kredit təşkilat­larına borcları; qiymətli kağızlar baza­rı həmçinin surətlə artması; iqtisadiyyatın real bölməsi ilə onun xidmət (ma­liy­yə) bölməsi arasında tarazlığın pozulması halları da ciddi rol oynamışdır.
Ardıcıl mərhələlər keçərək, ən yüksək zirvə (pik) səviyyəsinə çatan istehsalın yenidən bazarda tələb-tək­lifin nisbətlərinin dəyişib pozulması və makroiq­tisadi qeyri-sa­bit­lik meyllərinin güclənməsi nəticəsində en­mə­yə başla­ması, şübhəsiz təbii bir proses kimi qəbul olunma­lıdır. N.Gəncəvinin yazdığı kimi:

Ən uca nöqtəni aşarsa bir xətt,


Öz keçmiş halına meyl edər fəqət.

Deməli, iqtisadi-sosial inkişafın qeyri-sabitliyinin məntiqi nəticəsi kimi meydana çıxan tənəzzül və böh­ranları ləğv etmək yox, onları tənzimləyərək təsir gücü­nü zəiflətmək istiqamətində səy göstərmək lazımdır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin