C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə26/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   114
C fakepathelave vesait

İfrat böhran zamanı tələbdən artıq əmtəə-xid­mət­lər istehsal olunur və ödəniş qabiliyyətli tələb aşağı oldu­ğun­dan, satış həcmi azalmağa doğru meyl edir. Qıtlıq böh­ranı vaxtı isə ödəniş qabiliyyətli tələb əmtəə-xidmətlər isteh­salını ötdüyündən, bazarda müxtəlif təyinatlı məh­sul­lara tələb yaranır. Bəzən ifrat böhranını təklifin, qıtlıq böh­ra­nını isə tələbin böhranı adlandırırlar.
Aralıq böhranlar istehsal prosesi gedişində baş ve­rən obyektiv-subyektiv səbəblərlə bağlı qısamüddətli da­yanı­nalarla bağlıdır. Sahə böhranı sənayenin, kənd tə­sər­rüfatının, nəqliyyatın, tikintinin konkret hər hansı sahə­sində baş verə bilir. Struktur böhran ölkə və dünya miq­ya­sında istehsalın quruluşunda baş verən kəmiyyət-keyfiy­yət dəyişiklikləri ilə bağlı olub, iqtisadiyyatın müxtəlif sa­hələri arasında formalaşmış əlaqə, habelə nisbətlərin po­zul­ması ilə əlaqədardır. Aqrar böhran kənd təsərrüfatı­nın­da təbii, texniki, əməyin təşkili, mülkiyyət münasibət­ləri sistemindəki səbəblərlə bağlıdır. Maliyyə böhranları müharibə, siyasi hakimiyyət dəyişiklikləri, fövqəladə ha­di­­sələr nəticəsində bu sahədə dərin pozuntuların baş ver­məsi ilə müşahidə olunur. Birja böhranları qiymətli ka­ğız­ların, səhmlərin məzənnəsinin kəskin sürətdə dəyiş­mə­si, onların emissiyasının azalması, bu sahədəki əməliy­yat­lar­da müxtəlif çətinliklərin meydana çıxması ilə xarak­te­rizə olunur. Valyuta böhranları ölkənin ödəniş (tədiyyə) ba­lan­sındakı pozuntuların, qızıl ehtiyatlarının azalmasının, devalvasiya nəticəsində milli valyutaların məzənnəsinin aşağı düşməsinin ifadəsidir.


4.3.İqtisadi böhranın mərhələləri (fazaları)

Hər bir iqtisadi tsiklin daxilində baş verən proseslər, öz gedişində böhran (enmə), durğunluq (depressiya), canlanma, yüksəliş (bum) kimi mərhələləri əhatə edir. Bu mərhələ, yaxud fazalar aşağıdakı sxemdə verilmişdir.




İqtisadi tsiklin mərhələləri (fazaları)





Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin