C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə20/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   114
C fakepathelave vesait

3.5.Məcmu tələb və məcmu təklif


İqtisadi nəzəriyyənin mühüm anlayışlarından sayılan tələb, fərdi mənada fiziki-hüquqi şəxslərin müəyyən dövr ərzində hər hansı bir əmtəə-xidmətdən, müəyyən qiymətə və müəyyən kəmiyyətdə almaq, əldə etmək imkanıdır. Məcmu tələb isə bütövlükdə ölkənin, cəmiyyətin ümumi tələblərini bir tam şəklində əhatə edir, Deməli, məcmu tələb, ümumiyyətlə əhalinin, müxtəlif təyinatlı şirkətlərin, müəssisələrin və dövlətin, əmtəələrin-xidmətlərin qiymə­tin­dən asılı olmayaraq, ala biləcəyi məhsulların cəmidir. Onun formalaşmasına, məzmununa və həcminə kompleks şəklində həm qiymət, həm də qeyri-qiymət amilləri bir­ba­şa, yaxud dolayı yollarla təsir göstərir. Lakin məcmu tələb ilk növbədə cəmiyyətin ümumi gəlirləri və qiymətlərin səviyyəsi ilə müəyyənləşir.
Makroiqtisadi səviyyədə cəmiyyətin gəlirləri, qiy­mət­­lərin səviyyəsi, pul təklifi kəmiyyəti bazasında məcmu tələbin həcmi belə hesablanır:
Q x P = M x V


Burada, Q - məhsulun ümumi həcmi; P - qiymətlərin sə­viy­yəsi; M - tədavüldəki pulun kütləsi; V – pulun döv­riy­yə sürəti olduğundan:
Q = MV / P
alınır.
Bu nisbətdən aydın olur ki, məcmu tələbin ümumi həc­mi ilə onun qiymət səviyyəsi arasında tərs mütəna­siblik vardır. Ölkədə qiymətlərin ümumi səviyyəsi ilə real ümumi daxili məhsul (ÜDM) arasındakı tərs asılılığı aşa­ğıdakı qrafik sxemdən görmək olar:


Məcmu tələb əyrisi


Real ümumi daxili məhsul (ÜDM)
Məcmu tələbin enən əyrisi (MT) qiymətlərin ümumi səviyyəsi ilə ölkənin ümumi daxili məhsulu (ÜDM) ara­sında tərs mütənasibliyin olduğunu göstərir.
Ölkədə qiymətlərin ümumi səviyyəsinin enməsi ilə məhsullara olan ümumi tələbin artması prosesi, öz xa­rak­terinə görə ayrıca bir əmtəə yaxud xidmətlə bağlı vəziy­yətə bənzəyir. Lakin makroiqtisadi səviyyədə məcmu tələblə bağlı qiymət dəyişikliyinin başqa səbəbləri də vardır. Həmin səbəbləri şərtləndirən amillər sırasında: a)əhalinin varlılıq və imkanlılıq effektini (səmərəliliyini); b) faiz dərəcələri effektini (səmərəliliyini); c) xarici ticarət (idxal) effektini göstərmək olar. Bu amillərin kompleks şəklində fəaliyyəti, ölkədə qiymətlərin ümumi səviyyə­sinin dəyişməsi ilə bağlı, milli məhsula olan məcmu tələ­bin konkret həcminin dəyişməsi meylinə təsir göstərir.
Qeyd etmək lazımdır ki, qiymətlərin, ümumi səviy­yəsi nisbi sabit vəziyyətdə qaldıqda da, məcmu tələbin enib-qalxmasına, dalğavari gedişinə təsir göstərən bir sıra şərtlər vardır. Qeyri-qiymət amilləri kimi səciyyələndirilən bu şərtlərə - əhalinin istehlak yönümlü xərclərində baş verən dəyişikliklər, investisiyalara yönəldilən dövlət xərc­lə­rin­dəki müxtəlif istiqamətli yeniliklər, xarici iqtisadi əla­qələrdə (xalis ixracda) baş verən proseslərlə bağlı xərclər daxildir. Bu amillərin müxtəlif kombinasiyaları, yəni on­lar­dan birinin, yaxud bir neçəsinin kəmiyyət və keyfiy­yətcə dəyişməsi, öz növbəsində ölkədə məcmu tələbin meylinin aşağı düşüb, yuxarı qalxmasına (dalğavari inki­şafına) şərait yaradır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin