C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə48/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   114
C fakepathelave vesait

Laffer əyrisi




x – vergi dərəcələrinin səviyyəsi;
y – büdcəyə daxilolmaların orta illik həcmi;
x0 – optimal vergi dərəcəsi, yaxud büdcəyə daxil olmaların maksimum səviyyəsi.
Qrafikdən aydın olur ki, vergilərin faiz dərəcəsi art­dıqca, istehsalçıların istehsalın genişləndirilməsinə stimu­lu zəiflədiyindən, təbiidir ki, büdcəyə daxilol­ma­la­rın həc­mi tədricən azalacaqdır. Ekonometrik hesab­la­malar gös­tər­mişdir ki, ölkədə vergi dərəcələrinin 35-45 faiz ara­sın­da, olması, həm əhalinin yığımı, həm də is­teh­salçıların ma­rağı üçün ən əlverişli variantdır. Mütə­xəssis­lərin fik­rin­cə, ölkənin vergi siyasəti müəyyənləş­di­rilərkən üstünlük ver­gi dərəcələrinin artırılmasına de­yil, onların aşağı salın­ma­sı əsasında, vergiyə cəlb olu­nanların əhatəsinin geniş­lən­dirilməsinə və bu işin təş­kili, habelə nəzarətinə yönəl­dilməlidir.
8.3.Dövlətin fiskal siyasəti və onun tipləri


Fiskal siyasət – dövlət xərclərinin vergilər va­sitəsilə tənzimlənməsi əsasında, ölkədə məşğulluq və infl­yasiya proseslərinin nizamlanması məqsədilə höku­mətin həyata keçirdiyi müəyyən tədbirlər sistemidir. Bu siyasət dövlət büdcəsinin gəlir hissəsinin yerinə yetiril­məsi üçün vergi dərəcələrində konkret şəraitin tələblə­rinə uyğun dəyişikliklər edilməsini nəzərdə tutur. Fiskal siyasət üsul­ları ilə dövlət iqtisadi proseslərə müdaxilə edir və büdcə gəlirlərinin toplanmasına təsir göstərir. Bu siyasət bütöv­lük­də dövlətin gəlir və xərclərini əhatə edən tədbirlər sis­temi kimi səciyyələndirilir.
Fiskal siyasətin nəzəri əsasları C.M.Keyns tərə­fin­dən işlənib-hazırlanmış və onun məktəbinin nüma­yən­də­lə­ri tərəfindən sonralar daha da təkmilləşdirlil­miş­dir. Onlar cəmiyyətdə məcmu tələblə məcmu təkli­fin qarşılıqlı tən­zim­lənməsində, dövlətin rolunun mühüm əhəmiyyətə ma­lik olduğunu göstərmişlər. Öz fiskal siyasətləri ilə müx­təlif ölkələrin hökumətləri çalışırlar ki, milli iqtisadiyyatda gəlirlərlə vergilər arasında müəyyən bir əlaqələndirmə, yaxud tənzimləmə olsun, habelə bu proseslər dövlət sə­viy­yəsində idarə edilsin. Fiskal siyasətin ölkə iqtisadiyyatının konkret tələb və imkanlarına əsaslanaraq həlli yollarının axtarılması, bir tərəfdən büdcədə balanslaşdırma yarat­ma­ğa imkanlar açır, digər tərəfdən isə bu siyasət vasitəsilə makroiqti­sadi səviyyədə balanslaşdılırmaya yönəldilmiş səyləri gücləndirir. Bu siyasət, dövlət xərcləri ilə dövlət gəlir­ləri arasında iqtisadi inkişafın sabitliyini təmin etmək baxımından mühüm rol oynayır.
Dövlətin fiskal siyasətinin əsas vasitələri kimi qa­nunvericilik əsasında fəaliyyət göstərən vergi dərəcə­ləri və gömrük tariflərinin dəyişdirilməsindən, onların sayının və konkret növlərinin genişləndirilib-məhdud­laş­­dırıl­maşın­dan, yaranmış konkret vəziyyətdən asılı olaraq, dövlətin müx­təlif təyinatlı xərclərinin istiqamət­lə­rinin cəmiyyətin ümumi mənafe, habelə inkişafının daha mühüm prob­lem­lərinin həllinə yönəldilməsində istifadə olunur.
Fiskal siyasətin mahiyyəti və onun həyata keçi­ril­məsi haqqında iqtisadi nəzəriyyədə müxtəlif fikirlər, fərqli mövqelər vardır. Keynsçi istiqamətinin tərəfdar­ları, ölkə­nin iqtisadi inkişafını irəlilətmək üçün sə­­mərəli tələb yara­dılmasının zəruri olduğunu əsaslan­dır­ma­ğa çalış­mış­lar. Bu yolda onlar məcmu tələbə və is­teh­salın real həcminin art­ma­sına mane olan vergilərin tədricən ixtisar olunmasını irə­li sürürlər. Onların fik­rincə, ölkədə vergilərin artırıl­ma­sı son nəticə etibarilə şirkətlərin və əhalinin sərəncamında qalan gəlirlərin azal­masına, deməli, məcmu xərclərin, məh­sul bura­xı­lışının, məşğulluğun səviyyəsinin aşağı düş­məsinə sə­bəb olur.
«Təklif iqtisadiyyatı» nəzəriyyəsi tərəfdarları isə ölkədə vergilərin azaldılması və onun dərəcələrinin aşağı salınmasına dair dövlətlərin fiskal siyasətinə baş­qa bir möv­qedən yanaşaraq göstərirlər ki, əksinə vergi­lərin en­məsi xəttinin həyata keçirilməsi, məcmu təklifin artmasını təmin edən amil rolunu oynayır. Çünki ölkədə vergi yü­künün azaldılması tədbirləri gəlirlərin artma­sına səbəb olduğundan: a) əhalinin yığımının (əmanət­lərinin) həcmini genişləndirir; b) biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli investisiya şəraiti yaratdığından, onların mənfəətini artırır. Nəticə etibarilə, vergilərin azal­dıl­ması meyli iqtisadiyyatın və milli gəlirin artmasını tə­min edir. Beləliklə, istehsalın və gəlirlərin artması prosesi nəinki vergi ödənişlərini aşağı salır, əksinə vergi dərə­cə­lərinin azalması meyli, bu işin normal təşkili sayəsində dövlət büdcəsinə əlavə vəsait gətirə bilir. Bu səbəb-nəticə xarakterli hadisə ABŞ iqtisadçısı A.Lafferin tədqiqat və araşdırmaları nəticəsində müəyyən olunduğundan, «Laf­fer effekti» adlanır.
Dövlətin iqtisadi siyasətinin və həyata keçirdiyi təd­birlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, onun tərkib hissəsi sayılan fiskal siyasət xətti, ölkə iqtisa­diy­ya­tında nisbi ümumi sabitlik, iqtisadi artım, işgüzar fəal­lıq yaratdığı kimi, eyni zamanda tamamilə başqa nəti­cə­lərə gətirib çıxara bilər. Müxtəlif ölkələrin, o cümlədən də istər yüksək inkişaf etmiş dövlətlərin, istərsə inkişaf et­məkdə olan ölkələrin, nəhayət postso­sialist-postsovet mə­ka­nında formalaşmış və keçid döv­rünü yaşamış yeni müs­təqil dövlətlərin təsərrüfat həyatı təcrübəsi bunu təsdiq edir.
Bütün dövlətlər üçün səciyyəvi olan fiskal siya­sət vasitəsilə yaradılan pul və maddi fondlar ölkənin müva­fiq hakimiyyət orqanlarının daxili-xarici vəzifələ­rini yeri­nə yetirməsinin mühüm şərtidir. Fiskal (büdcə-vergi) siya­səti dövlət xərclərinin və vergilərin dərəcələ­rinin dəyiş­diril­­mə­si yolu ilə ölkənin təsərrüfat həyatının tənzimlən­məsi sis­te­midir. İqtisadi qeyri-sabitliyin, inki­şaf templəri­nin da­vam­lılığının, əhalinin məşğul­luğu­nun təmin edilmə­si­nin, inflyasiyanın nəzarətdə saxlanma­sının tənzimlənməsi məq­sədlərinə yönəldilən fiskal siya­sətin: diskret avto­ma­tik kimi iki tipi vardır. Dövlətin mülahizəsinə və iqti­sadi siyasətinə uyğun ola­raq həyata keçirilən çevik, fəal, də­yişkən fiskal siyasət - diskret tip adlanır. Fiskal siyasə­tin avtomatik tipi isə passiv xarakter daşıyaraq, vergi dərə­cələrinin sabitliyi şəraitində iqtisadiyyatda baş verən təbii yüksəliş-enmə­lərlə bağlıdır. Ona görə də fiskal siyasətinin bu tipi, eyni zamanda prosesin öz-özünü tənzimləməsi, əv­vəl­cə­dən müəyyənləşmiş, yaxud qeyri-diskret hal kimi xa­rakterizə olunur.
Fiskal siyasətin diskret və avtomatik tiplərinin səciyyəvi cəhətlərini aşağıda verilən sxemdən görmək olar:



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin