C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Büdcə kəsirinin yaranması səbəbləri və onun aradan qaldırılması yolları



Yüklə 2,89 Mb.
səhifə45/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   114
C fakepathelave vesait

7.3.Büdcə kəsirinin yaranması səbəbləri və onun aradan qaldırılması yolları


İqtisadi siyasət və idarəetmə vasitəsi sayılan döv­lət büdcəsi, ölkə miqyasında pul vəsaitlərinin mərkəz­ləş­diril­miş qaydada toplanması, habelə istifadə edilməsi forma­sı­dır. Dövlət büdcəsi, hökumətin iqtisadi siyasə­ti­nin həyata keçirilməsinin maliyyə-pul fondu və kassası, yaxud baza­sı­dır. Büdcə, dövlətlə şirkət və müəssisələr, idarə və təşki­lat­lar, ev təsərrüfatları və ayrı-ayrı şəxslər arasındakı iqti­sa­di münasibətləri ifadə edir. Dövlətin maliyyə planı və proqramı olan dövlət büdcəsi, ümumi daxili məhsulun və milli gəlirin yenidən bölgüsünü hə­yata keçirir; iqtisa­diy­yatın dövlət tənzimlənməsinə və ölkənin təsərrüfat hə­yatının stimullaşdırılmasına xidmət edir; sosial-mədəni si­yasətin maliyyə təminatını həyata keçirir.
Müasir bazar münasibətləri iqtisadi sistemi və müx­təlif mülkiyyət formalarının yaranıb fəaliyyət gös­tər­diyi bir dövrdə, dövlət büdcəsinin əhatə dairəsi ge­niş­lənir, imkanları artır, yeni təsərrüfat obyektləri mey­da­na çıxır.
Dövlət büdcəsinin gəlir mənbəyini vergilər, rü­sum­lar və ayrı-ayrı ölkələrdə müxtəlif növ ödənişlər təşkil etsə də, əsas rolu vergilər oynayır. Büdcə gəlirləri dünya ölkələrinin ümumi daxili məhsulun beşdə birin­dən başla­ya­raq, onun yarıdan çoxuna qədərini təşkil edir. Bu ölkə­nin ümumi inkişaf səviyyəsindən, vergi də­rəcələri, göm­rük püsumları və işin təşkilindən xeyli asılıdır.
Dövlət büdcəsinin xərcləri isə aşağıdakı istiqa­mət­lərə - iqtisadiyyatın inkişafına, sosial-mədəni (təhsil, elm, mədəniyyət, kommunal-mənzil təsərrüfatı, idman) sahə­lə­rə, milli təhlükəsizlik və müdafiəyə, dövlət or­qan­larının sax­lanmasına, xarici borcların və büdcə kə­si­rinin ödənil­mə­sinə yönəldilir.
Dünya ölkələrinin təsərrüfat həyatının inkişafı və ma­liyyə sisteminin formalaşmış fəaliyyəti, dövlətin gə­lir­ləri ilə onun xərcləri arasında müəyyən bir tarazlığın (ba­lan­sın) olmasını tələb edir. İstər cəmiyyətdə, istər ailədə, istərsə də istehsal-xidmət dairəsinin müxtəlif tə­yi­natlı sa­hə­lərinin şirkətlərində, müəssisələrində, fer­mer təsərrü­fat­larında onların gəlirləri ilə xərclə­rinin bir-birinə uy­ğunluğu, şübhəsiz arzu olunandır.
Lakin, təəssüf ki, real həyatda həmişə belə olmur. İn­san­ların, şirkətlərin, təsərrüfat subyektlərinin, nəhayət döv­lətlərin ümumi xərcləri onların gəlirini ötdükcə büdcə kəsiri, yaxud büdcə defisiti əmələ gəlir. Deməli büdcə kə­si­ri, dövlət xərclərinin onun gəlirlərindən artıq olduğu hal­da yaranır.
Mütəxəssislərin və iqtisadçıların fikrincə, müasir bey­­­­nəlxalq standartlara görə ölkələrin büdcə kəsiri, on­ların illik ümumi daxili məhsulun 3-5%-i həcmində olarsa, yəni dövlət xərcləri büdcə gəlirini bu həcmdə ötərsə, vəziyyət normal sayıla bilər. Əgər büdcə kəsiri hə­min həd­di ötərsə, o zaman ölkə üçün müxtəlif iqti­sadi-sosial prob­lemlər ya­ra­nacaqdır.
Dövlət büdcəsinin kəsirlə yekunlaşması, ölkənin iqti­sadi-sosial inkişaf səviyyəsi və onun rastlaşdığı müx­­təlif səpgili çətinliklərlə, problemlərlə bağlıdır. Büdcə kəsirini yaradan səbəblər sırasında - büdcəyə ödənişlərin daxil ol­mamasını, istehsal-xidmət dairə­sin­dəki geriləmələri, hərbi-müdafiə və dövlət or­qan­ları aparatı xərclərinin artmasını, xarici ticarət döv­riy­yəsində ixracla idxal arasında nisbətin pozul­ma­sını, vergilərin toplanması işinin təşkilindəki nöq­san­ları və sairəni göstərmək olar.
Müxtəlif ölkələrdə dövlət büdcəsinin gəlirlərinin xərc­ləri ötməsi (profisit), yaxud əksinə xərclərin gəlir­lər­dən çox olması (defisit) ayrı-ayrı illərdə dəyişkən bir xa­rakter daşımışdır. Məsələn, 2000-ci ildə ABŞ-m fe­de­ral büdcəsinin profisiti 236 milyard dollar təşkil et­di­yi halda, 2002-ci ildə büdcənin kəsiri 158 milyard dol­lar olmuşdur. Hazırda bu kəsir 1 trilyon dolları ötür. Rusi­ya­nın dövlət büdcəsi əvvəllər kəsirlə yekun­la­şır­dısa, son illərdə büd­cə­nin gəlirlərinin onun xərclərinə nisbətən daha çox olduğu müşahidə edilir. Azərbaycan Respublikasında da proses son 15-20 il ərzində dəyiş­kən xarakter daşımışdır və büdcə kəsirinin ölkənin ümu­mi daxili məhsuluna nisbəti normal həddi (3-5%) ötməmişdir
Dövlət büdcəsində müxtəlif səbəblər nəticəsində kə­si­rin yaranması xoşagəlməz hadisə olsa da, lakin öl­kə­nin rastlaşdığı obyektiv-subyektiv xarakterli prob­lem­lərin həl­li, büdcə xərclərinin artırılmasını zəruri edir. Belə bir və­ziy­yətdə, büdcə xərclərinin şüurlu su­rət­də artırılması isti­qamətini mənfi hal kimi qiymət­lən­dirmək mümkün de­yil­dir. Çünki dövlətin bu istiqa­mət­dəki çevik iqtisadi siya­sə­ti, tənzimləyici tədbirlər sis­temi, gələcək siyasi-ictimai və iqtisadi-sosial durumun real nəticələri baxımından müsbət qiymətləndiril­mə­lidir.
Dövlət büdcəsinin kəsirinin aradan qaldırılması, ya­xud örtülməsi üçün daxili və xarici mənbələrdən isti­fadə olunur. Qeyd etmək lazımdır ki, büdcə kəsiri ilk növbədə fəaliyyətdə olan hökumətin iqtisadi siyasəti və həyata keçirdiyi tədbirlər sistemi ilə bağlıdır. Bu kəsirin örtül­mə­si üçün daxili mənbələr kimi vergilərin sayının və dərəcə­lə­rinin artırılmasından, gömrük rüsumlarının dəyişdirilmə­sin­dən, dövlət mülkiyyətinin özəlləşdiril­mə­­sindən daxil olan vəsaitlərdən, sığorta gəlirlərindən, bank ödənişlərin­dən, dövlət uduşlu istiqrazlarından isti­fadə olunur. Büdcə kəsirinin xarici mənbələri başqa ölkələrdən, beynəlxalq maliyyə qurumlarınhdan, bank­lardan alınan kreditləri və investisiyaları əhatə edir. Büdcə kəsirinin örtülməsinə yö­­nəl­dilmiş daxili və xarici mənbələrdən istifadənin dəqiq iqtisadi inkişaf proqramı, nəzarət sistemi olmalıdır ki, həmin vəsait­lə­rin yüksək səmərəliliyi təmin edilsin. Ümu­miy­yətlə büd­cə kəsirinin aradan qaldırılması siyasəti, aşa­ğıdakı təd­birlər sisteminin kompleksli, qarşılıqlı əlaqədə hə­yata keçirilməsini nəzərdə tutur:

  • büdcə vəsaitlərinin daha yüksək gəlir verən is­tehsal-xidmət sahələrinə yönəldilməsini;

  • istehsal-xidmət dairəsi sahələrinin müxtəlif çe­vik maliyyə güzəştləri ilə həvəsləndirilərək, işgüzar fəallığın stimullaşdırılmasını;

  • dövlət büdcəsi hesabına maliyyələşdirilən is­teh­sal-xidmət sahələrinə ayrılan vəsaitlərin nisbətən ix­ti­sar olunması və onların daxili imkanlarından səmə­rəli istifadə edilməsini;

  • hərbi və müdafiə xarakterli xərclərin zəruri mi­nimum həddə saxlanılmasını;

  • sosial proqramlara yenidən baxılaraq, on­la­­rdan ən mühüm sayılanların maliyyələşdiril­məsini;

  • bankların fiziki və hüquqi şəxslərə verdikləri kre­dit­lər üçün borc faizlərində müəyyən dəyişikliklər edil­mə­sini;

  • ödənişli dövlət qiymətli kağızlarının, səhmlə­ri­nin, istiqrazlarının buraxılışına üstünlük verilməsini;

  • tədavülə əlavə pul kütləsinin (emissiyasının) da­xil edilməsi, yaxud buraxılışını.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, hazırda is­ti­fadə olunan illik balanslaşdırılmış, tsiklik (dövrü) və mak­ro­iqtisadi sabitliyin təmin olunmasını nəzərdə tutan təyi­nat­lı (funksional maliyyə büdcə konsepsiyalarının hər biri­nin konkret milli iqtisadiyyat çərçivəsində üs­tün, habelə çatışmayan cəhətləri meydana çıxır.
Ona görə də yaranmış real vəziyyətin tələblə­rin­dən çıxaraq, həmin konsepsiyaların hər birinin şəraitə uyğun elmi-nəzəri və əməli-praktik cəhətlərindən fay­da­lanmaq məqsədəuyğundur.
Mütəxəssislərin fikrincə, maliyyə-büdcə siste­mi­nin əsas məqsədi, ölkədə inflyasiyanı normal həddə sax­lamaq, əhalinin məşğulluğunu təmin etmək, milli iqtisadiyyatın tarazlı, ahəngdar, davamlı yüksəlişi kimi makroiqtisadi və­zi­fələr olduğundan, büdcənin kəsirlə (defisitlə) başa çat­ma­sı, yaxud gəlirlə (profisitlə) ye­kun­laşması əsas yox, ikin­ci dərəcəli məsədir. Makroiq­ti­sadi göstəricilər səviy­yə­sində ölkənin tarazlı və nor­mal sosial-iqtisadi inkişaf pro­sesi təmin edilərsə, dövlət büdcəsinin nəticələri, şüb­həsiz əhəmiyyətli olsa da, lakin həlledici sayıla bilməz.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin