C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə43/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   114
C fakepathelave vesait

cəmiyyətdə geniş təkrar istehsal prosesinin hə­ya­ta keçirilməsi gedişinin maliyyələşdirilməsini, kredit­ləş­­diril­məsini, xarici investisiyaların cəlb olunma­sını tən­zimləyir. Doğrudur, bazar iqtisadiyyatı şəraitin­də iqtisa­diy­yatın müxtəlif sahələrinin dövlət tərəfindən maliyyələş­dirilməsi getdikcə azalmağa doğru meyl edir. Lakin dövlət maliyyələşdirilməsi müxtəlif formalarda davam etdirilə bilir. Dövlətin maliyyələşdirilməsi xət­tiy­lə geniş təkrar is­tehsal prosesinə, iqtisadi yüksəliş templərinin artımına, tə­sər­rüfat həyatının aparıcı sahə­lərinin inkişafına, iqtisa­diyyatın struktur dəyişikliklə­rinə, yeni texnika və mütə­rəq­qi texnologiyaların isteh­sal-xidmət dairələrində tətbi­qinə, özəl bölməyə dövlət sifarişləri verilməsinə real im­kanlar yaratmaq müm­kündür;

  • maliyyənin bölüşdürücü rolu öz ifadəsini ölkə­də istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) və yara­dılmış milli gəlirin (MG) bölgüsü, habelə yenidən böl­gü­sündə tapır;

  • maliyyənin nəzarət vəzifəsi, ölkədə pul vəsait­lərinin əmələ gəlməsi (mənbələri), bölgüsü və istifadəsi üzərində həyata keçirilən tədbirləri əhatə edir;

  • həvəsləndirici vəzifə - büdcənin vergi dərəcə­lərini, gömrük rüsumlarını, güzəştlər və cərimələr tətbiq etmək yolu ilə qarşıya çıxan iqtisadi - sosial xarakterli məsələlərin optimal variantda, uğurlu həllindən iba­rət­dir.

  • fiskal vəzifə, yaxud xəzinədarlıq vəzifəsi vergi­lər vasitəsiylə dövlətin toplayıb öz əlində cəmləşdirdiyi pul-maliyyə vəsaitini, hökumətin idarəetmə aparatının, ordu­nun, büdcədən maliyyələşdirilən təşkilatların, qey­ri-­is­teh­sal sahələrinin (elmin, təhsilin, səhiyyənin, id­man-sağ­lam­lıq komplekslərinin) saxlanmasına yönəlt­mək­dir.

  • sabitləşdirici vəzifə, dövlətin ölkədə tam məş­ğul­luğun, qiymətlərin sabitliyinin, dayanıqlı iqtisadi ar­tı­mın təmin edilməsinə yönəlmiş məqsədlərinin həyata keçiril­mə­sinə xidmət edir.

    Şübhəsiz, bu kompleks vəzifələr yalnız o zaman sə­mə­rəli iqtisadi nəticələr verə bilər ki, onların birgə fəaliy­yət mexanizmi normal ahəngdarlıq, qarşılıqlı təsir əla­qə­sini nəzərə almaq və ölkənin təsərrüfat həyatının müx­təlif sahələri arasında, daxili-xarici vəziy­yət habelə tələb­lər baxımından optimal nisbətlər əsasın­da qurulsun.
    Belə bir strateji məqsədlərə yönəldilmiş vəzifələ­rin ardıcıllıqla reallaşdırılması, dövlətin elmi-nəzəri konsep­si­yalar təməlində qurulmuş, hərtərəfli əsaslan­dırıl­mış, gə­ləcək perspektivləri hökmən nəzərə almaqla düşünülmüş maliyyə siyasətindən əhəmiyyətli dərəcə­də asılıdır. Ma­liy­­yə siyasəti dedikdə, hakimiyyət or­qan­larının maliyyə sisteminin fəaliyyəti vasitəsilə hə­ya­ta keçirdikləri maliyyə tədbirləri kompleksi nəzərdə tu­tulur.
    Ümumiyyətlə, imkanları reallığa çevirmək baca­rığı və idarəetmə sənəti kimi səciyyələndirən siyasətin, o cüm­lədən də maliyyə siyasətinin son uğurlu nəticə­ləri, başqa şərtlərlə yanaşı, ilk növbədə - ölkədə mü­kəm­məl qanun­veri­cilik bazasının formalaşmasından; dəqiq icra mexa­niz­minin işlənib hazırlanmasından; təsir­li nəzarət sisteminin obyektiv fəaliyyətindən; qarşı­ya çıxan mübahi­səli məsələ­lərin ədalətli məhkəmə sistemi vasitəsilə həllin­dən asılıdır.



    Yüklə 2,89 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   39   40   41   42   43   44   45   46   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin