C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə60/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   114
C fakepathelave vesait

Bank sistemi uzun müddət 3 pilləli (səviyyəli): a)Mərkəzi Bank (Milli Bank); b) kommersiya bankları; c)ixtisaslaşdırılmış maliyyə-kredit təşkilatları (investi­si­ya bankları, əmanət bankları, sığorta şirkətləri, kredit-ma­liyyə institutları) kimi fəaliyyət göstərmişdir.
Bazar münasibətləri iqtisadiyyatı şəraitində müa­sir dünya ölkələrin əksəriyyətində, o cümlədən də Azər­baycan Respublikasında 2 pilləli bank sistemi - Mər­kəzi Bank və kommersiya bankları fəaliyyət göstərir.
Müasir bank sisteminin ilk pilləsini təşkil edən Mər­kəzi Bank dövlətin nəzarətində olsa da, nisbi müs­tə­qilliyə malikdir. Bu bank, ölkə iqtisadiyyatının pul-kredit sisteminin makroiqtisadi səviyyədə tənzimlən­məsinin başlıca vasitəsidir. O, milli iqtisadiyyatın bütün bank sistemi şəbəkəsinin fəaliyyətinin əlaqəsini həyata keçirir. Bank sisteminin əsasını təşkil edən Mərkəzi Bank (Milli Bank) aşağıdakı vəzifələri yerinə yetirir:

  • milli pul vahidlərinin emissiyasını həyata keçi­rir, onların tədavülə buraxılması yaxud tədavüldən gö­türül­məsini təşkil etməklə, ölkədə ümumi pul kütləsinin həc­mini tənzimləyir.

  • ölkənin maliyyə-kredit təşkilatları və digər bank­­larının fəaliyyəti, onların maliyyə qanunlarına əməl etmə­ləri üzərində nəzarəti həyata keçirir;

  • kommersiya banklarına müəyyən faizlə kredit (borc) verir; dövlət qiymətli kağızlarını buraxır, onların ödənilməsini təşkil edir, xarici ölkələrlə maliyyə əmə­liy­yatları aparır;

  • dövlət orqanlarının hesablaşmalarını aparır, büd­­cənin kassa (xəzinədarlıq) icraçısı rolunu yerinə ye­tirir.

  • dövlətin qızıl-valyuta ehtiyatlarını toplayıb sax­­layır, beynəlxalq maliyyə əməliyyatlarını yerinə yetirir, ölkədə valyuta tənzimlənməsini həyata keçirir.

İki pilləli bank sisteminin mövcud olduğu ölkə­lərdə Mərkəzi Bankların yerinə yetirdikləri vəzifələrin oxşarlı­ğına baxmayaraq, onların bir sıra fərqli cəhətləri vardır. Məsələn, sərt bank yoxlama və kredit nəzarəti sistemi ilə seçilən Fransada Mərkəzi Bankın və Fransa Bankının başında Maliyyə Nazirliyi durur. Ölkədə pul emissiyası Fransa Bankının inhisarında olsa da, lakin dövlət bankı kimi onun vəzifələri məhduddur. Çünki ölkənin bank əmə­liy­yatlarının əksəriyyəti Fransa Xəzi­nə­darlığı tərəfindən yerinə yetirilir.
Almaniya, Rusiya, Ingiltərə, Azərbaycan və baş­qa ölkələrdə, onların mərkəzi bankları dövlət mülkiy­yətin­dədir. Avstriya, Yaponiya kimi ölkələrdə Mərkəzi Bankın kapitalının 50-55%-i dövlətə məxsusdur. İsveç­rə­nin Mər­kəzi Bankı səhmdar cəmiyyəti formasında təşkil olunub fəaliyyət göstərsə də, lakin bu qurumların işinə dövlət nəzarəti həyata keçirilir.
Birləşmiş Ştatlarda XIX-XX əsrin əvvəllərində, xü­susilə 1907-ci ildə baş vermiş maliyyə-bank siste­mindəki ciddi sarsıntılar, müflisləşmə halları, iqtisadi durğunluq­dan sonra 1913-cü ildə Federal Ehtiyatlar Sis­temi haqqın­da Qanun qəbul olunmuş və 1914-cü ildən fəaliyyətə baş­lamışdır. Ölkənin Federal Ehtiyatlar Sistemi (FES) özəl bir qurum olub, kapitalı xüsusi bankların hesabına forma­laşmışdır. Onun vəzifələrinə - ölkədə inflyasiyanın səviy­yəsini stabil aşağı həddə salınaq; ÜDM-un dinamik artı­mını təmin etmək; işsiz­liyi azaltmaq; maliyyə bazarının işgüzar və tarazlı fəaliy­yətinə səmərəli şərait yaratmaq da­xildir.
Federal Ehtiyatlar Sisteminin (FED) ümumi quru­luşu və onun ABŞ cəmiyyəti ilə qarşılıqlı əlaqələri aşağı­dakı sxemdə verilmişdir:

Federal Ehtiyatlar Sistemi, ABŞ prezidenti tərə­findən 14 il müddətinə təyin olunan və Konqresin sena­tında təsdiqlənən 7 üzvdən ibarət Idarə Heyəti tərəfin­dən idarə edilir. Onların uzunmüddətli təyinatı, ölkənin pul siyasətini formalaşdırdıqları zaman, siyasi təz­yiqlər­dən azad hərəkət etmələri və yalnız bütövlükdə cəmiyyətin mənafeyinə, milli maraqlara uyğun, düzgün qərarlar qəbul etmək sərbəstliyi ilə bağlıdır. İdarə He­yə­tinin üzvləri ara­sından seçilən sədr və onun müavi­nini ölkə prezidenti 4 il müddətinə təyin edir. Onlar bu vəzifələrinə yenidən təyin oluna bilərlər. İdarə Heyəti­nin 14 il müddətinə təyin olun­muş üzvləri hər 2 ildən bir yeni üzvlərlə əvəz olu­nur­lar.
Vaşinqtonda yerləşən Federal Ehtiyatlar Sistemi, onun Idarə Heyəti və ölkənin müxtəlif ştatlarının iri şəhər­lərində (Boston, Çikaqo, Nyu-York, Dallas, Kan­zas-Siti, San-Fransisko, Fladelfiya, Klinvend, Kiç­mond, Atlanta, Sent-Luis, Minneapolis) yerləşən 12 re­gio­nal (bölgə) Fe­de­ral Ehtiyat Banklarından ibarətdir. Bu regional bank­ların prezidentləri, ayrı-ayrılıqda hər bir bankın Direk­torlar Şurası tərəfindən seçilirlər. Hə­min banklar, xüsusi mülkiyyətdə olan özəl banklar sa­yılır, lakin dövlətin və ictimaiyyətin (cəmiyyətin) nəza­rəti altında fəaliyyət göstə­rirlər.
Öz komitə və məsləhətçi şuralarının tövsiyə­ləri­nə əsaslanan FES-nin İdarə Heyəti, ABŞ-ın pul-bank sistemi üzərində nəzarətə dair siyasi qərarlar qəbul edir. Həmin qərarlar isə ölkənin 12 federal ehtiyat bankları tərəfindən həyata keçirilir. Federal ehtiyat banklarının fəaliyyəti, şüb­həsiz müəyyən gəlir gətirsə də, lakin on­lar xüsusi bank­lar kimi buna can atmırlar. Həm Federal Ehtiyatlar Sistemi, həm də federal ehtiyat bankları öz dar maraqlarını güd­mür, bütövlükdə ölkə iqtisadiyya­tının yüksəlişinə şərait yaratmağa çalışırlar.
Federal Ehtiyatlar Sistemi və federal ehtiyat bank­larının fəaliyyətinin ABŞ-ın kütləvi mətbuat vasi­tə­lərində, habelə mütəxəssislərin, siyasi xadimlərin, ic­ti­mai hərəkat liderlərinin çıxışlarında vaxtaşırı tənqid olunmasına bax­ma­yaraq, həmin qurumların rəhbərliyi bu tənqidlərə hör­mətlə yanaşır, real vəziyyəti düzgün qiymətləndirməyə ça­lışır, lakin öz düşünülmüş, hərtə­rəf­li ölçülüb-biçilmiş siya­sətini davam etdirir.
Doğrudur, bu siyasət qeyri-sabit inkişafı ilə sə­ciy­yələnən milli iqtisadiyyatda baş verən geriləmələri, işsiz­liyi, inflyasiya kimi halları və mənfi meylləri ara­dan qal­dıra bilməsə də, amma həmin proseslərin zərərli təsir gü­cü­nü, sosial-iqtisadi nəticələrini xeyli zəiflədir. Təsadüfü deyildir ki, bəzən FES-ni pul kranmı açıb-bağlayanla, bəzən də dollar adlı atı cıdır maneələrindən keçirərək, finişə çatdırmağa çalışan jokeyə (sürücüyə) oxşadırlar.
Təbii olaraq soruşula bilər ki, "banklar bankı" kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sistemi və onun fe­deral ehtiyat bankları öz çətin işlərini necə qu­rur­lar? Məlumdur ki, hər hansı bir ölkədə, o cümlədən də ABŞ-da ümumi (məcmu) tələb hədsiz artdıqda, qiy­mətlər bahala­şa­caq, inflyasiyanın səviyyəsi yüksələ­cəkdir. İqtisadiyya­tın qeyri-sabit inkişafının nəticəsində yaranan real vəziy­yəti tənzimləmək üçün FES dövriy­yədə olan pul kütləsini, yaxud pul təklifini azaldacaqdır ki, bu da ölkədə iqtisadi artım templərini tənzimlə­yə­rək, qiymətlərin enməsini nizamlayacaqdır.
Federal Ehtiyatlar Sisteminin keçmiş sədrlərin­dən biri olmuş V.M.Martinin obrazlı ifadəsiylə desək, "vəzi­fəmiz məclis getdikcə qızışdığı (pul təklifi artığı) zaman, şərab doldurulmuş badələri (artıq pul kütləsini) yığışdır­maq­dan ibarətdir". Əksinə, ölkədə iqtisadi inki­şaf templəri aşağı düşdükdə, iqtisadiyyatda böhran və durğunluq əla­mət­ləri göründükdə, sahibkarları və iş adam­larını bəd­bin­lik əhval-ruhiyyəsi bürüdükdə, Fede­ral Ehtiyatlar Sistemi dövriyyədə olan pul kütləsini ar­tır­maq yolunu seçir.
Hər iki halda yaranmış vəziyyət, bankların məc­buri ehtiyat normasının (10-20% arasında) və bank faiz dərə­cə­lərinin (5-15% arasında) dəyişdirilib tənzim­lən­məsi vasi­tə­silə həyata keçirilir. Aşağıda verilən sxemdə pul-kredit siyasətinin ölkədə istehsalın həcminə və inflyasi­ya­ya təsiri əks olunmuşdur:

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin