11.8. AZƏRBAYCANDA İNFLYASIYA VƏ ANTİİNFLYASİYA SİYASƏTİ
Ölkə iqtisadiyyatımızın bazar iqtisadiyyatına keçməsi pulun əhəmiyyətini artırdı. Başqa ölkələrin təcrübəsi göstərdiyi kimi bazar iqtisadiyyatına keçid qiymətlərin sürətlə qalxması, inflyasiya faktorlarının, fəaliyyətinin güclənməsi ilə səciyyələnir. Bazar iqtisadiyyatına keçi-din özünün inflyasiyanın dərinləşməsinin səbəbi olması, yoxsa bu şəraitdə əvvəllər yığılıb qalan inflyasiyanın potensialı real təzahür forması olması olub-olmadığını düzgün qiymətləndirmək çox vacibdir. 124 Axırıncının iki səbəbi vardır. Birincisi ondan ibarət idi ki, sovet rublu sürətlə qiymətdən düşürdü, camaat belə düşünürdü ki, əgər Azərbaycan kifayət qədər güc-lü iqtisadi potensialla öz puluna keçsə, o, inflyasiyadan azad olacaq. İkinci səbəb isə ondan ibarət idi ki, keçmiş SSRİ-də hələ rubl işlədilirdi və nağd pul çatışmırdı. Hər dəfə Rusiyadan nağd pul gətirdikdə rüşvət vermək lazım gəlirdi, xalq vaxtında və tam maaş, təqaüd və s. ala bilmirdi. Ölkədə ciddi sosial ağırlıq artırdı. Manat ilk mövsümdə istifadə olunan rubl ilə paralel olaraq rubla qarşı öz qiymətini sax-laması üçün tədavülə hissə-hissə buraxılırdı. Düzgün olaraq həmin vaxt rəhbərlik elan etdi ki, özəlləşdirmə manatla olacaq və onun hörmətini bir az da artırdı. Lakin Azərbaycan keçmiş sovet ölkələrindən aldığı malların dəyərini rublla ödəməli olurdu və bununla belə, bu ölkələrdə, ən əsas da Rusiyada qiymətlər liberallaşmış və böyük sürətlə qalxmaqda idi. Bu hadisələrin qaçılmaz olduğu əvvəlcədən məlum idi. Artıq 1993-cü ilin yaz fəslində manat həm əmtəəyə, həm də rubla qarşı qiymətdən düş-məyə başladı.
Dövlət büdcəsinə ərzaq məhsullarının satışından gələn gəlirlər azaldı. Bütün faktorlar və pul kütləsinin direktiv tənzimlənməsi ilə birlikdə nəticə etibarilə 1993-1994-cü illərdə hiperinflyasiya səviyyəsinə çatmaq üzrə idik.
İqtisadi tarixdə Azərbaycanın istəyindən asılı olmayaraq, 1994-cü il hiper inflyasiya ili kimi yadda qaldı. İnflyasiyanın 1800 % qədər çatmasından sonra BVF-in köməyi ilə tətbiq edilən Ümummilli liderimiz Heydər Əliyev və onun davamçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində 2000 ci ildən sonra inflyasiya 5-10% həddinə qədər azaldı.