64
DİZARTRİYA
Dizartriya – nitqin ən ağır və çətin formasıdır. Dizartriya – latın
sözüdür. Nitqin, tələffüzün pozulması deməkdir. Təcrübədə bu söz,
Ģifahi nitqin motor hərəkəti pozğunluğu kimi baĢa düĢülür. Ağır
formaları zamanı nitq tamamilə anlaĢılmaz olur. Dizartriyanın ağır
forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması.
Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və
qabıq növlərinə ayırılır. Onlar arasında oxĢarlıq və fərqlər də var. bunlar
loqopedik iĢdə nəzərə alınmalıdır.
Dizartriyanın kliniki formaları. Bulbar dizartriya.
Beynin zədələnməsi birtərəfli, yaxud ikitərəfli olur, periferik
hərəkət sinirlərin zədələnməsi (üçlü, üz, dil-boğaz, dilaltı). Nitq aparatı
əzələlərinin (sağ və sol) iflici (dil, dodaq, boğaz, udlaq). Bu əzələlərin
dəyiĢməsi distrofiyası onların anatomiyası (dil zəifdir). Udlaq və aĢağı
çənə refleksləri zəifdir, yaxud tamamilə yoxdur. Müvafiq qrup
əzələlərində ixtiyari və qeyri-ixtiyari hərəkətlərin pozulması müĢahidə
olunur.
Kliniki simptomlar. Səs zəifdir. Sait və cingiltili səslər kar səs
kimi tələffüz edilir. Nitq tembri dəyiĢmiĢ saitlərin artikulyasiyası neytral
sait səslərə bənzəyir. Samitlərin tələffüzü sadələĢdirilmiĢdir. Nəticədə
nitqdə fıĢıltılı kar səslər üstünlük təĢkil edir.
Nitq zəifdir, xəstəni tez yorur.
Psevdobulbar dizartriya
Beynin
zədələnməsi ikitərəflidir. Mərkəzi sinir sistemi
zədələnmiĢdir. Nitq aparatının əzələlərinin spazmatik iflici. Əzələ
atrofiyası yoxdur. Dil gərginləĢir, arxaya dartılır. Udlaq və aĢağı çənə
refleksləri güclənmiĢdir. Ağlama və gülmə halları tez-tez müĢahĢidə
olunur. Ġflic ikitərəflidir, bəzi hallarda sağ, yaxud sol üstünlük təĢkil edə
bilər. Ġxtiyari hərəkətlər və dilin ucunun zərif hərəkətləri pozulmuĢdur.
Klinik simptomlar. Səs zəifdir, xırıltılıdır, sait və samit səslər kar
kimi tələffüz edilir. Kar samitlərin cingiltili kimi tələffüzü müĢahidə
olunur. Burnunda danıĢır. Qalın samitlərin artikulyasiyası pozulmuĢdur.
Xəstə öz defektlərini eĢidir və onları aradan qaldırmağa çalıĢır. Bu
cəhdlər bir qayda olaraq hipertoniyanın artmasına səbəb olur və
artikulyasiya patalogiyasının artmasına gətirib çıxarır.
|