1.Ayrı-ayrı hərflərin oxunması.
Loqoped uĢağa kəsmə əlifbadakı hərfi göstərir, o, isə hansı hərf
olduğunu deyir. Sonra loqoped uĢaqdan həmin hərfi digər hərflərin
arasından seçib kənara qoyulmasını tələb edir. Hərflərin tapılmasını elə
təĢkil etmək lazımdır ki, onlar bir-birinə əks olsunlar. Məsələn: s-Ģ, c-ç,
z-j, r-l, q-k, və i.
103
2.Hecaların oxunması.
Bir-birinə əks olan fonemlərin olduğunu hecaların oxunmasını
uĢağa tapĢırırlar (sa-Ģa, za-ja, ra-la), sonra isə əks hecaların oxunmasını
(as-aĢ, aj-az, ar-a) və s. tələb edirlər. Bu zaman loqoped uĢaqların həmin
səslərin düzgün tələffüz edilməsinə diqqət yetirir. Əgər uĢaq bu səsləri
düzgün tələffüz edə bilmirsə,mütləq həmin səslər korreksiya edilməli,
sonra hecalarda möhkəmlənməlidir. Loqoped həmçinin uĢağın səsləri
fərqləndirmək bacarığına da xüsusi diqqət yetirməlidir.
3.Sözlərin oxunması.
Sözlərin oxunması üsulu ilə də oxu qüsurlarını aĢkara çıxarmaq
olar. Belə ki, əvvəl uĢağa sadə sözlərin oxunmasını (ata, ana, baba, ot,
at), sonra isə bir qədər mürəkkəb, yəni heca və morfoloji quruluĢuna
görə zəngin sözləri (güzgü, çarpayı, ayaqqabı, qəsəbə, dəftər və s.)
oxumağı tapĢırmaqla qüsuru müəyyən etmək olar.
4.Xüsusi seçilmiş mətinlərdən ayrı-ayrı cümlələrin oxunması.
Bu üsul uĢağın oxu vərdiĢlərini müəyyən etməklə yanaĢı həm də
onun oxuduğunu necə qavramağını da yoxlayır. Bunun üçün uĢağa
oxunmuĢ cümləyə dair Ģəkil seçməyi ondan tələb edirlər və ya oxunmuĢ
mətnə aid suallara cavab verməsini tapĢırırlar.
Bu üsulu həyata keçirən zaman loqoped uĢağın mətni hərflərlə və
ya hecalayaraq oxunmasına diqqət yetirməlidir.
Qeyd etmək lazımdır ki, disqrafiyada olduğu kimi disleksyada da
spesifik səhvlər vardır. Bunlar hərf, heca buraxma və ya yerdəyiĢmə,
aqrammatizm və hecaların təhrif edilməsidir. Lakin disqrafiyada bu
qüsurlar özünü yazıda, disleksiyada isə oxu zamanı büruzə verir.
Oxu və yazı qüsurlarını aĢkara çıxartdıqdan sonra mütləq onları
təhlil edərək digərlərindən ayrılmalıdırlar. Bundan sonra uĢaqda ümumi
nitq inkiĢafının vəziyyəti: səs tələffüzü, fonematik qavraması müayinə
edilməlidir. Göstərilənlərdən əlavə uĢağın lüğət ehtiyatı və dilin
qrammatik quruluĢunun formalaĢma səviyyəsi də yoxlanılmalıdır.
Bütün bunlar hər bir konkret vəziyyətdə disqrafiya və
disleksiyanın bir qüsuru kimi həmin uĢaqda mövcudluğunu və ya
təsadüf olduğunu dəqiqləĢdirir.
|