Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


   Azərbaycan dilinin dialekt və Ģivələri haqqında qısa



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   119
2015-332

 
37 
 Azərbaycan dilinin dialekt və Ģivələri haqqında qısa 
məlumat 
 
Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların 
danışığında xüsusi cəhətlər olur. 
Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı 
başqalarından seçilir. 
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa 
ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə 
dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, 
həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü 
göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli 
dialektlər, b) ―sinfi― dialektlər və ya jarqonlar. 
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. 
Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə 
müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər – jarqonlar bu 
xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm döv-
ründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti 
yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin 
yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz 
bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait 
yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqti-
sadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. 
Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içə-
risində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi 
inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli 
dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur. 
Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da 
sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar 
olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə 
dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır. 
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və 


 
38 
əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya 
digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni 
zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zən-
ginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi 
şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya 
məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan 
dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür: 
1) Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya 
Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri da-
xildir. 
2) Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. 
Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir. 
3) Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. 
Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir. 
4) Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Bu-
raya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi 
(indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. 
Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik 
xüsusiyyətlərinə görə az-çox fərqlənir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin