Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Azərbaycan dilində fonetik hadisə və qanunlar



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   119
2015-332

 
Azərbaycan dilində fonetik hadisə və qanunlar 
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da 
bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi 
dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək 
ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır. 
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xü-
susiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu 
çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümum-
xalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mü-
hüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələb-
lərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu 


 
39 
və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s. 
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları 
vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və 
tədricən əmələ gəlmişdir. 
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar 
bunlardır: 
1) 
assimilyasiya, 
2) 
dissimilyasiya, 
3) 
səsartımı, 
4)səsdüşümü, 5) yerdəyişmə, 6) ahəng qanunu, 7) cingiltiləşmə 
qanunu. 
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzi-
lərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti 
mövcuddur. 
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı 
üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin 
səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə 
edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, 
məsələn, ―r‖ səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması 
elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə 
vardır. 
 
Assimilyasiya 
 
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb 
uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -
dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə 
şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin 
söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir. 
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana 
çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak 
edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə 
keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində 
dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə 


 
40 
düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə 
ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü 
vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir. 
Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-
ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi 
dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimil-
yasiyanı qarışdırmaq olmaz. 
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, 
keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin