51
yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid
olduğu təyin edilir:
1.
Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
2. Mən
indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
3. Mən indi
şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
4.
Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).
Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında
yaranan dissimilyasiyaya
uzaq dissimilyasiya deyilir. Məsələn,
zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır.
Lakin
buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r
səsinə təsir
edərək onu l səsinə çevirir ki, bunun da nəticəsində
zərər əvəzinə, zərəl tələffüz edilir.
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına gü-
zəştə getməsi hadisəsi danışıq dilində çox yayılmışdır. Bu ha-
disədən xalq poeziyasında, aşıq ədəbiyyatında
da geniş istifadə
olunur. Məsələn:
Bir ovçunun ovu getsə yaralı,
Gəzər dağı, olmaz səbri qərarı,
Məhəmmədəm düşdüm eldən aralı,
Çəkdi sinəmə bu dağlar mənim.
(Şair Məhəmməd)
Burada başqa məqsədlə də olsa qərar əvəzinə qəral işlədil-
məsi dissimilyasiyadır. Dildə dissimilyasiyaya
uğrayan hər növ
hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qə-
rar yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə
baş verən dissimilyasiya hadisəsi ədəbi dil üçün məqbul hesab
olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və
tələffüz edilir.