Dərs vəSAİTİ baki 2023 TƏRTİb edəN: elmi redaktor: RƏYÇİLƏR: Ön söZ



Yüklə 231,19 Kb.
səhifə13/64
tarix10.12.2023
ölçüsü231,19 Kb.
#139349
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   64
SOSİAL İŞİN PEDAQOJİ ƏSASLARI - DƏRS VƏSAİTİ — plagiat

Hazırlıq mərhələsində tədqiqatın nəzərə məsələləri araşdırılır: tədqiqatın obyekti, predmeti, məqsədi, vəzifələri, tədqiqatın problemi müəyyən edilir, fərziyyə və tədqiqat metodları müəyyənləşdirilir.

  • İcra mərhələsində tədqiqat metodlarının köməyilə pedaqoji faktlar toplanıb tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Nəticələr eksperiment və təcrübə ilə yoxlanılır.

  • Yekun mərhələdə tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları nəzəriyyə əsasında şərh edilir və yeni qanuauyğunluqlar müəyyən olunur.

    Beləliklə, sosial-pedaqoji tədqiqatların tərkibinə daxil olan metodları öyrəndik və onların hər birinin dərs prosesində tətbiqi məsələlərini də təhlil etdik.


    DÜŞÜNDÜRÜCÜ TAPŞIRIQLAR:

    1. Sosial işin tədqiqat metodlarına dair nümunələr deyin.

    2. Müsahibənin səmərəsi üçün bəzi şərtləri məktəb təcrübəsində tətbiq edin.

    3. 2 uşağı müşahidə edərək, onların psixoloji məqamlarını müəyyən edin.

    4. Bir neçə uşaqlar müsahibə apararaq, onların temperament xüsusiyyətlərini öyrənin.


    MÖVZU 4. İNSANIN CƏMİYYƏTDƏ İNKİŞAFI VƏ SOSİALLAŞMASI


    Əhatə olunan məsələlər:

    1. Şəxsiyyətin sosiallaşması prosesi

    2. Sosiallaşma prosesində əsas istinad nöqtələri

    3. Sosiallaşmanın səviyyələri

    4. Sosiallaşma amilləri

    5. Sosiallaşma mexanizmləri

    6. Uşağın uğurlu sosiallaşması şərtləri

    Şəxsiyyətin formalaşması mexanizmi və prosesi sosiologiyada “sosiallaşma” anlayışı vasitəsilə açıqlanır. Sosiallaşma prosesdir, onun vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, sərvətləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında, yəni sosiallaşmanın gedişində sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməllərin və bacarıqların formalaşması baş verir. Qeyd olunan məqamların sayəsində insan sosial qarşılıqlı əlaqə və qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur. Başqa sözlə, sosiallaşma - sosial “Mən”in inkişafı prosesidir. Sosiallaşma fərdin mədəniyyətə, tədrisə və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir.


    Cəmiyyət - insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur, müəyyən sosial mövqe qazanır. Sosiallaşma, sosial statuslar və rollar deviant (qeyri-normativ) davranış, münaqişələr və s. kimi mühüm sosioloji anlayışlar göstərilən prosesin müxtəlif cəhətlərini əks etdirən nüanslardır.
    Dünyaya gələn hər bir insan və ya fərd tədricən insan mədəniyyətini mənimsəməyə başlayır, öz xüsusiyyətlərini qazanır, cəmiyyətə daxil olur, başqa insanlar arasında özünü təsdiq edir və şəxsiyyətə çevrilir. Bu proses iki istiqamətdə gedir. Bir tərəfdən, fərd sosial münasibətlər sisteminə daxil olaraq, öz cəmiyyətinin mədəni təcrübəsini, onun dəyərlərini və normalarını mənimsəyir. Bu halda o, ictimai təsirin obyektidir. Digər tərəfdən isə sosiallaşmaq insan cəmiyyətinin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal iştirak edir. Burada o artıq sosial münasibətlərin subyekti, iştirakçısı kimi çıxış edir.
    Sosiallaşma erkən uşaqlıqdan başlanır və mahiyyətcə qocalığın sonuna kimi davam edir. O, fərdin mədəniyyətə daxil olmasının bütün proseslərini (onun öyrədilməsi və tərbiyəsi, başqa insanlarla qarşılıqlı təsiri, onun cəmiyyətin dəyər və birgə fəaliyyət növlərini mənimsəməsi, müəyyən hüquq və vəzifələrin, baxışların, vərdişlərin və s. qazanılması) əhatə edir. Nəticədə insan tədricən bioloji varlıqdan cəmiyyətdə yaşamağa və fəaliyyət göstərməyə qabil olan sosial varlığa çevrilir. Sosiallaşmanın bilavasitə sferalarını ailə, tərbiyə və tədris müəssisələri, əmək kollektivləri, dostların, tanışların, qohumların əhatəsi, kütləvi informasiya vasitələri və s. təşkil edir. Bununla yanaşı, insanların fasiləsiz sosiallaşması prosesində mədəni təcrübənin toplanılması və nəsildən-nəslə ötürülməsi baş verir.
    Öz məzmununa görə sosiallaşma ikitərəfli prosesdir. Bir tərəfdən o, cəmiyyətin sosial tarixi təcrübəsinin, simvolların, sərvətlərin və normaların ötürülməsindən (varislik prinsip), digər tərəfdən isə fərdin onları mənimsəməsindən ibarətdir.
    Sosiallaşma prosesinin ilkin mərhələsində şəxsiyyət üçün onun başlıca mənası - özünün sosial yerinin axtarışıdır. Bu prosesdə əsas istinad nöqtələri bunlardır: 1). Öz “Mən” inin dərk edilməsi; 2). Öz “Mən” ini başa düşmə.
    Öz “Mən” ini dərk etmə və başa düşmə şəxsiyyətin öz müstəqilliyini əldə etməsi prosesidir. Öz “Mən”inin dərk edilməsi ilkin uşaqlıq illərində baş verir və onun əsas mərhələləri bunlardır: ilkin uşaqlıq illərində (2-5 yaş) düzgün yerimə və nitqə yiyələnmə, təfəkkürün və şüurun inkişafı, mürəkkəb fəaliyyət vərdişlərinin qazanılması, orta və son uşaqlıq yaşlarından məktəbdə öyrənmə. Öz “Mən”ini başa düşmə isə şəxsiyyətin sərvət özəyinin inkişafı prosesidir. Bu proses orta uşaqlıq illərində başlayır və “başqa insanlarla”, “Mən”lərlə müqayisədə özünü daima qiymətləndirmək əsasında baş verir. Bu prosesin gedişində xeyir və şər, həyatın məqsədləri və mənası, başqa mənəvi-əxlaqi və dünyagörüşü təsəvvürləri formalaşır.
    İnsanın öz şəxsi “Mən”ini duyması və şəxsiyyətin sosiallaşması dərəcəsi eyniyyət və özünəhörmət (mənlik, heysiyyət) anlayışlarında əks olunur. Eyniyyət (eynilik) - unikal fərdiyyətin mövcudluğunu duymaq ,başqa fərdlərdən fərqlənən unikal qrupun bir hissəsi kimi bilməkdir. Məsələn, müəyyən bir millətin nümayəndəsi öz millətinin mədəni nümunələrini başqa millətlərin mədəni nümunələri ilə tutuşduraraq önə can atır. Adətən, insanlar eyniliyi irqi, milli, dini və ya məşğuliyyət növünün əlamətinə görə müəyyən edir. Şəxsiyyət onun başqaları (xüsusən fikirləri onun üçün vacib olan başqaları) tərəfindən necə qiymətləndirilməsini mənimsəməsindən asılı olaraq özünə hörmət edir. Əgər qavrayış yaxşıdırsa, insanda özünə hörmət hissi inkişaf edir. Əks halda o, özünü ləyaqətsiz və qabiliyyətsiz hesab edəcəkdir. Bunun nəticəsində də insanda “naqislik kompleksi” yaranır ki, bu da özünü küskünlükdə, bədbinlikdə, passivlikdə və biganəlikdə göstərir.
    Sosiologiyada sosiallaşmanın iki səviyyəsi fərqləndirilir: birinci sosiallaşma səviyyəsi və ikinci sosiallaşma səviyyəsi. Bu səviyyələrin hər birində sosiallaşmanın müxtəlif agentləri mədəni təcrübənin ötürülməsinə cavabdeh konkret insanlardır. Sosiallaşmanın institutları isə sosiallaşma prosesinə təsir göstərən və onu istiqamətləndirən idarələrdir. Birinci sosiallaşma kiçik qruplarda şəxsiyyətlərarası münasibətlər sferasında baş verir. Sosiallaşmanın birinci agentləri kimi fərdin yaxın ətrafı - valideynlər, yaxın və uzaq qohumlar, ailə dostları, həmyaşıdlar, müəllimlər, məşqçilər, həkimlər və b. çıxış edirlər. Bu agentlər ancaq fərd ilə daha yaxın ünsiyyətdə olduqları üçün deyil, həm də şəxsiyyətin formalaşmasına onların təsiri əhəmiyyət dərəcəsinə görə daha önəmli olduğu üçün birinci adlanırlar. İkinci sosiallaşma böyük sosial qruplar və institutlar səviyyəsində baş verir. İkinci agentləri - formal təşkilatlar, rəsmi idarələr - məktəb, ordu, dövlət strukturları və onları təmsil edən məmurlar və s. təşkil edir.
    Sosiallaşmanın hər bir agenti şəxsiyyətin inkişafı üçün öyrədə və tərbiyə edə bildiyini verir. İlkin sosiallaşma agentləri universaldır. Onların təsiri əməli olaraq fərdin həyat fəaliyyətinin bütün sahələrini əhatə edir, funksiyaları isə qarşılıqlı əvəz ediləndir. İkinci sosiallaşma agentləri isə dar çərçivədə ixtisaslaşmış və fəaliyyət göstərən institutlardır. Hər bir institut öz funksiyalarına uyğun olaraq fəaliyyət göstərir. Onların vəzifələri də funksional dairələri ilə müəyyən edilir.
    Sosiallaşma bir insanın ətraf aləmə uyğunlaşması prosesidir. İnsan doğulduqdan sonra insan cəmiyyətində o zaman yaşaya bilər ki, ona uyğunlaşsın. Uyğunlaşma prosesi çox mürəkkəb ola bilər və insandan-insana dəyişir. Amma son nəticədə hər bir insan böyüdüyü sosial mühitə uyğunlaşır. Müasir cəmiyyətdə sosiallaşma vacib və məcburidir.
    Sosiallaşma sosial mahiyyətin inkişafı prosesidir. Konsepsiyanı amerikalı sosioloq F.G. Giddings (“Sosiallaşma nəzəriyyəsi”, 1887) “sosialın inkişafı fərdin təbiəti və ya xarakteri, insanın hazırlığı sosial həyat üçün material” kimi ifadəsi ilə qeyd edir.
    Sosiallaşma və inkişaf daxili və xarici təsir altında baş verir. Onları nəzarət edilə bilən və idarə olunmayan amillər, eyni zamanda, tamamilə bütün insanlar əhatə edir. Bu
    davamlı və bir-biri ilə əlaqəli proseslərdir. Şəraitlərin yarandığı hallar sosiallaşma proseslərinin baş verməsi üçün əsasdır. Sosiallaşma amillərini A.V.Mudrik təsnif etmişdir. Şəxsiyyətə təsir dərəcəsinə görə sosiallaşma fərdlər və insan qruplarını əhatə edir. Onlar aşağıdakılardır:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   64




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin