Statistik metod sosial-pedaqoji prosesdə bir çox asılılıqları və qanunauyğun əlaqələri aşkara çıxarmağa kömək edir. Məsələn: hər bir şagirdin biliyinin yoxlanması tezliyi ilə sinfin təlim uğurlarının arasındakı asılılığın öyrənilməsi, şagirdlərin biliyinə nəzarətdəki fasilələrlə təlim göstəriciləri arasındakı asılılığın tətbiqi, şagirdlərin sayı ilə hər bir şagirdin və sinfin orta təlim göstəriciləri arasındakı asılılığın tətbiqi və s.
Sosioloji metod. Bu, pedaqogikada sosial elmdir. Sosial tərbiyənin heç bir hadisəsini onu doğuran sosial şəraiti tədqiq etmədən dərindən və əhatəli dərk etmək qeyri-mümkündür. Sosioloji metodlar şəxsiyyətin sosiallaşmasına təsir edən amilləri, uşağın çoxcəhətli sosial münasibətlərini aşkara çıxarıb tənzim etməyə kömək göstərir. Bu metoda kütləvi sorğular, intervyu, reytinq, test, sosiometrik metodlar aiddir.
Reytinq metodu sosial-pedaqoji fəaliyyətin bu və ya digər sahəsini müəyyən edən meyarlar əsasında qiymətləndirilməsində ifadə olunur. Hər hansı bir keyfiyyəti 10 ballı şkala ilə maksimal və minimal ballarla müəyyənləşdirmək lazımdır. Sonra hər keyfiyyət üzrə öyrənilən şəxsin fəaliyyətinin orta riyazi göstəriciləri hesablanır və artma və ya azalma sırası ilə yerləşdirilir. Reytinqin müəyyən tələbləri olur: peşəkarlıq, kreativlik, obyektivlik, təfəkkürün genişliyi və s.
Sosiometrik metodqrupda sosial-psixoloji, qarşılıqlı münasibətləri öyrənmək üçün aparılan sorğudur. Bunun üçün qrupda müıyyən suallar vasitəsilə liderlər müəyyən olunur (kiminlə bir komandada olmaq istəyirsən və s.). Bu yolla müəllim-şagird, şagird-şagird münasibətləri aydınlaşdırılır. Cavablar müxtəlif formada cədvəl, qrafik, şkala və s. şəklində əks etdirilir və təhlil edilib ümumiləşdirilir.
Sosioloji metodun nəticələri digərləri ilə əlaqələndirilməlidir. Ümumiyyətlə, obyektiv nəticə əldə etmək üçün tədqiqat zamanı sosial-pedaqoji tədqiqat metodları kompleks şəkildə tətbiq olunur, alınan nəticələr tutuşdurulur.
Sosial pedaqoji tədqiqatın metodikasıtədqiqatın metodologiyasına əsaslanmaqla müəyyənləşdirilir və tədqiqatın texnologiyasının bütün mərhələlərini özündə əks etdirir. Onun 3 mərhələsi var: