Funksional metodla müştəriyə yanaşma Metodun fəlsəfəsi bu yanaşmanı funksional iş nəzəriyyəsini, fərdin inkişaf prosesi və sosial işçi ilə müştəri arasındakı əlaqələr baxımından əsaslandırır.
Əsas yanaşmalar aşağıdakı maddələrdə qeyd olunmuşdur:
1.Fərd, həyatı boyu öz inkişafı ilə maraqlanır, o, fərdi inkişafın həyata keçirilməsi üçün öz potensialını fəal şəkildə istifadə edir.
2. İnsan həyatının bütün inkişaf mərhələlərində, anadangəlmə spesifik potensialindan, əhatə olunduğu mühitdən, insanı münasibətlərdən öz şəxsi inkişafıni artırmaq naminə istifadə edir.
3. İnsanın ətraf mühiti həyat dövrünün hər mərhələsində ailədə, məktəbdə, cəmiyyətdə daha geniş çərçivələrə qədər dəyişərək, yaşlanma dövrünə qədər böyüməyə daha sonra, yaşlılıq dövründə isə azalmaya meyllidir.
4. Ətraf mühit fərdin inkişafında ləngiməyə, hər hası bir şeyə meyilliyə təsir etmə imkanına malikdir, lakin onun imkanları fərdin müstəqil inkişafını artirmaga nəzarəti daxilinə alır.
5. Fərdin daxili inkişafı onun fəaliyyətdə ifadə olunan fərdi məqsədlər və sosial gözləntilər ilə müəyyən edilir.
6. Sosial-iqtisadi, mədəni, etnik və dini elementlər klientin sosial gözləntilərində xüsusi yer tutur.
S. Briard və G. Miller müştərinin öz rolu əsasında subyektivliyini müəyyənləşdirir. Onlar hesab edirlər ki, müştərinin dörd mənbədən ibarət sosial rolu: sosial təşkilat; sosial işçi və onun referans qruplarının normativ gözləntilərini, klientin özünü qiymətləndirməsi; sosial qruplar, gözləntilər, sosial işçi və təşkilat tərəfindən həyata keçirir.
Sosial agentlik Sosial agentlik - sosial xidmətlər göstərən təşkilatdır. Sosial agentliyin "qəbul" sistemi var, yəni dəstək vermək hüququnu müəyyən edən tələblərdir. Klientin və təşkilatın məqsədləri klientin ehtiyaclarını təmin etmək məqsədiylə üst - üstə düşməlidir. Yalnız bu halda agentlik öz hüquq və vəzifələrinin qorunmasına zəmanət verir. Klient agentliyin təklif etdiyi standartlara cavab verdiyi təqdirdə xidmətlə təmin edilir. Klientlərin gözləntiləri müəssisənin növündən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Agentliyin terapevtik effektivliyi ictimai rəydən və formal institusional məhdudiyyətlərdən, həmçinin müxtəlif istiqamətlərə malik klient gözləntilərindən asılıdır. Bu baxımdan, klientin müxtəlif rol gözləmələrini meydana gətirən müəyyən bir davamlılıq meydana gəlir. Etunioninin təsnifatına əsasən, aşağıdakı müəlliflər istiqamətlər təklif olunur ki, bu istiqamətlər əsasında qurulan təşkilatlarda klient:
• "Əxlaqi yönümlər" - klient, agentliyin verdiyi xidmətləri almaq istəyir, sosial xidmət mütəxəssisinin dəyərlərini bölüşür və könüllü olaraq əməkdaşlıq edir;
• "Hesablanmış istiqamətləndirmə" - klient agentliklə açıqca əməkdaşlıq edir lakin, sosial xidmət mütəxəssisinin dəyərlərini paylaşmır;
• "Kənarlaşdırılan istiqamətləndirmə" -klient, qurumun dəyərlərini paylaşmır, müqavimət göstərir, məcburi halda razılığa gəlir.