Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Ailə uşaq nevrotik pozuntularının səbəbi kimi



Yüklə 0,73 Mb.
səhifə203/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   206
kitab tercume

Ailə uşaq nevrotik pozuntularının səbəbi kimi
Bolduin konsepsiyasına əsasən, valideyn tərbiyəsi təcrübəsi, iki tipə bölünür: demokratik və nəzarətedici. Tərbiyənin demokratik tipinin mahiyyəti ondan ibarətdir ki, uşaq ailənin problemlərində fəallaşır, şəxsi subyektiv mövqeyinin formalaşmasında valideynlərin dəstəyinə malikdir. Tərbiyənin nəzarətedici tipi uşağın davranışında məhdudiyyətin olması ilə xarakterizə olunur. Ailə tərbiyəsinin bu tipləri uşaqda öz-özünə nəzarəti və sosial səlahiyyəti tərbiyəsinə yönəldilmişdir. Ancaq ailə tərbiyəsi valideynlərin pozitiv dəyər ustanovkalarına baxmayaraq dağıdıcı xarakter daşıya bilər.Rusiya alimi V. Qarbuzov nevrozların inkişafına gətirən dağıdıcı ailə tərbiyəsinin üç tipini ayırmışdır:
■ Tip A — qəbul etməmə və emosional rədd. Uşağın fərdi xüsusiyyətlərin "yaxşılaşdırılmasına" cəhd, sərt nəzarət və uşağın həyatının tənzimləməsi; yaşam qaydasına laqeydlik, hörmətsizlik;
■ Tip B — hipersosiallaşma —valideynlərin öz uşağının həyəcan-şübhə səviyyəsində sağlamlığa təhsil müvəffəqiyyətlərinə, sosial statusuna köklənməsi ; valideynlərin tərəfindən uşağın real psixofizioloji xüsusiyyətləri nəzərə alınmadan əlavə maarifləndiricidir — inkişaf etdirici proqramların (xarici dillər, rəsm çəkmə, idman seksiyaları və s.) təşkil olunması. ;
■ Tip C— eqosentrik — ailənin bütün üzvlərinin diqqətinin uşağın nailiyyətlərinə fokuslaşdırılması."ailənin pərəstişgahı".
Nevrozların müxtəlif kliniki formalarını təhrik edən ailə münasibətlərinin daha ətraflı xarakteristikasını R. Armando təqdim edir. Onun yanaşmasına əsasən, ailədaxili münasibətlərdə qadağalar müxtəlif affektiv vəziyyətlərə və somatik xəstəliklərə gətirib çıxarır. Təcrübə prosesində kiçik yaşlı uşaqlarda nevroz yaradan atərbiyə prosesində pozuntuların növbəti tipləri aşkar edilmişdilər: icraçı tip, daxili deprivasiyanın tipi, direktiv-icazə verən münasibətlər, simbiotik və gərgin tiplər.
Ailə münasibətlərinin icraçı tipi — uşağın fərdi bacarıqlarına etinasızlıqla səciyyələnir, uşağın nailiyyət("birinci Olmaq!", "ən yaxşı Olmaq!") arzusunu ehtiyacla əvəz edilir. Kliniki təzahür — yorğunluq, passivlik, həvəssizlik, yuxuculluq, nəzərəçarpan dərəcədə ağlağanlıq və qorxaqlıqla birgə somatik zəiflik; çox ağır yüklənmə ilə əlaqədar əsəb sisteminin tükənməsi.
Daxili deprivasiya tipi — arzu və təkliflər arasında münaqişədir, uşağın hissləri və emosiyalarına qarşı etinasızlıq, "Güclü ol!" təlimatı ilə müşayiət olunur. Kliniki şəkil — qorxuların mövcudluğu, gecə qarabasmaları, nevrotik xəstəliklər, yaşıdlarla əlaqələrin pozulması.

DEPRİVASİYA (latın Deprivativo — məhrum etmə) —fərd və ya qrupların əsas həyati ehtiyaclarının təmin olunması imkanlarından məhrum edilmələri və ya ixtisarı sosial prosesidir.

Direktiv - icazə verən münasibətlər tipi — uşağın öz-özünə nəzarətinin realizəsilə bağlıdır. Məhdudiyyət və tam icazə və hər iki halda öz "Mən"-ini pozitiv qiymətləndirilməni qeyri-mümkünl edir. Kliniki şəkil — isterik ürəkkeçmələr, münaqişələr, incikliklər, fobiyalar: tənhalıq, qaranlıq, ölüm qorxusu.


Ailədaxili münasibətlərin simbiotik tipi — valideynlərin hiperhimayəsi, uşağın problemlərinin tam həll olunması, nə vaxt ki, xarici mühit pozitiv qiymətləndirilir, amma özünü reallaşdırma qabiliyyətsizliyi natamamlıq kimi qiymətləndirilir və bu daxili münaqişəyə gətirir. Kliniki şəkil — təkrarlanan hərəkətlər: dodaqları dişləmə və yalama, baş, çiyin hərəkətləri, yuxu pozulması, tiklər, qorxular və qarabasmalı yuxular.
Ailədaxili münasibətlərin gərgin tipi — ananın və uşaq arasında erkən münaqişə, valideyn qadağalar sahəsi — mövcud olmaq haqqından davranış azadlığına kimi uşağın istənilən hərəkətinin neqativ qiymətləndirilməsi. Kliniki şəkil — emosional pozuntular, şıltaqlıq, qorxaqlıq, passivlik,ləngliyin və tez qıcıqlanma ilə uzlaşması, sistem pozuntuların enurez şəklində təzahürü.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin