Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə12/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   175
1 Multikulturalizmə giriş 2019

“Dini müxtəliflik”
bölməsi 
ölkəmizdə dinlər tarixi sahəsindəki boşluğu aradan qaldıracaqdır. 
Bu bölmənin nəzəri əhəmiyyəti ilə yanaşı, praktiki önəmi də qeyd 
edilməlidir. Belə ki, hazırda din və məzhəb zəminində münaqişələrin 
artması, din pərdəsi altında çıxış edən müxtəlif ekstremist təmayüllü qrup 


MULTİKULTURALİZMƏ GİRİŞ
12
və təşkilatların fəaliyyət coğrafiyasının getdikcə genişlənməsi və daha çox 
ölkələri əhatə etməsi müasir dünyanın ən ağrılı problemlərindən biridir. Dini-
siyasi ekstremizm planetimizin müxtəlif regionlarında getdikcə geniş vüsət 
alır və bunun nəticəsi kimi dini şüarlar altında törədilən terror aktlarının sayı 
durmadan artır. Bu gün müxtəlif ekstremist qruplar dünyəvi və demokratik 
dəyərlərə qarşı çıxır, insanlar arasında qorxu və xof yaratmaqla, eləcə də 
zorakılıq və silahlı terror təxribatları törətməklə öz ifrat dini ideyalarını 
bərqərar etməyə çalışırlar. 
Müşahidələr göstərir ki, ifrat dini ideyaların təsiri altına daha çox 
dini cəhətdən savadsız şəxslər düşür. Onlar nəinki başqa inanclar, hətta 
təəssübkeşliyini çəkdikləri öz etiqadları barədə elementar biliklərə malik 
deyillər. Bunu ABŞ Hərbi Akademiyasının elmi əməkdaşlarının apardıqları 
elmi təhlillər də təsdiqləyir. Akademiyanın tədqiqatçıları özünü İslam dövləti 
kimi təqdim edən İŞİD terror təşkilatına məxsus olan anket bazasını nəzərdən 
keçirərək 2013-2014-cü illərdə bu qeyri-qanuni silahlı birləşmənin tərkibində 
vuruşmaq üçün müraciət etmiş 4188 şəxsin ərizə-anketini təhlil etmişlər.
Məlum olmuşdur ki, həmin şəxslərin on nəfərindən yeddisi öz ərizə-anketində 
İslam dini haqqında səthi biliklərə malik olduğunu göstərmişlər. Bu isə bir 
daha sübut edir ki, ifrat dini ideyalar din haqqında məlumatı olmayan kəslər 
arasında uğur qazanır. Odur ki, dini fanatizm və radikalizmin təzahürləri ilə 
mübarizənin ən səmərəli yollarından biri dini biliklərin artırılması və düzgün 
dini maarifləndirmə işinin aparılmasıdır. 
Dini maarifləndirmənin başlıca məqsədi fərdə onun mənsub olduğu dinlə 
yanaşı, həm də müxtəlif dinlər haqqında obyektiv elmi meyarlara cavab verən 
biliyin çatdırılmasıdır. Çünki fərqli dini inanclar sistemi haqqında məlumatlılıq 
fərdin dünyagörüşünü artırmaqla, onda digər dinlərin mənsublarına tolerant 
münasibət formalaşdırır. Bu isə, öz növbəsində, insanda ifrat ideologiyalara 
qarşı immunitet yaradır. Dinşünaslığın banisi, XIX əsrin məşhur alman alimi 
Maks Müllerin təbirincə desək, 
“yalnız öz dinini bilən kəs heç bir dini bilmir”

Bu mənada hesab edirik ki, dərsliyin 
“Dini müxtəliflik”
bölməsində dini 
maarifləndirmə işinin aparılması, gənclərimizdə müxtəlif dini inanclar sistemi 
barədə təsəvvürün yaradılması, onlarda başqa etiqad mənsublarına hörmətlə 
yanaşmaq kimi yüksək insani keyfiyyətlərin formalaşdırılması baxımından 
zəruri materiallar toplanmışdır. 


13
ÖN SÖZ
Dərsliyin 
“Etnik müxtəliflik”
adlanan üçüncü bölməsində öz elmi 
ənənələrimizə, sovet və post-sovet elmi məkanında, habelə beynəlxalq miqyasda 
əldə edilmiş nəzəri müddəalara əsaslanaraq, insanların tarixi birlik formaları, 
etnik kimlik və milli müəyyənlik problemi, etnik dəyərlər və milli mentalitet, 
milli şüurun və milli ideyanın formalaşmasında etnik dəyərlərin rolu, etnik 
müxtəliflik və onun qorunması kimi nəzəri-metodoloji məsələlər tələbə və geniş 
oxucu auditoriyasına təqdim edilir.
Dərsliyin 
“Multikulturalizm”
adlanan sonuncu - dördüncü bölməsində 
multikulturalizm siyasət modelinin mahiyyəti və əhəmiyyəti açıqlanır, 
onun assimilyasiya, izolyasiya və aparteid siyasət modelləri, eyni zamanda, 
interkulturalizmlə müqayisəli təhlili aparılır, multikulturalizmin ölkənin xarici 
siyasətinə təsiri, multikultural təhlükəsizlik, davamlı və inklüziv inkişafın əldə 
olunmasında multikulturalizm siyasətinin rolu, multikulturalizm və gender, 
multikulturalizm və media kimi bir sıra mühüm ictimai-siyasi əhəmiyyət kəsb 
edən aktual məsələlər nəzərdən keçirilir.
Qeyd olunan nəzəri məsələlərlə yanaşı, bu bölmədə əksini tapan 
və praktiki əhəmiyyət kəsb məqamlardan biri cəmiyyətdəki 
etnik-mədəni 
müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin 
ölçülməsi
məsələsidir. Multikulturalizm siyasətinin effektivlik səviyyəsi 
konkret indikatorlar vasitəsilə müəyyən edilir. İndikatorlar bu və ya digər 
çoxmədəniyyətli cəmiyyətin multikultural və tolerant olduğunu ümumi sözlərlə 
deyil, konkret faktlar vasitəsilə göstərməyə imkan verir. Dərslikdə hər bir 
çoxmədəniyyətli cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun 
(avtoxton və alloxton 
xalqlar, immiqrantlar)
nümayəndələri üçün ayrılıqda müvafiq indikatorlar 
təqdim olunmuşdur. Bu indikatorlar hər bir azlıq qrupunun yaşadığı cəmiyyətə 
inteqrasiya dərəcəsini, eyni zamanda, ölkədə multikulturalizm siyasətinin 
səmərəlilik səviyyəsini göstərir.
Bu bölmənin mühüm əhəmiyyət kəsb edən 
“Müasir dövrdə Qərb 
ölkələrində etnik–mədəni müxtəliflik və onun tənzimlənməsi”
adlı fəslində 
multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrinin bu sahədəki 
təcrübəsi nəzərdən keçirilir. Burada müasir dövrdə Qərbi Avropa ölkələrində 
geniş yayılan islamofobiya və antisemitizm kimi dözümsüzlük və ayrı-seçkilik 
formalarından bəhs olunur. Təhlillər nəticəsində belə bir qənaətə gəlinir ki, 
Qərbi Avropada multikulturalizmin iflasa uğramasının başlıca səbəbi bu 


MULTİKULTURALİZMƏ GİRİŞ
14
ölkələrdə islamofobiya və antisemitizmin yayılmasıdır. Bölmədə, həmçinin, 
Kanada, Avstraliya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, 
İspaniya və İtaliyada multikultural dəyərlərin qorunması və etnik-mədəni 
müxtəlifliyin tənzimlənməsi təcrübəsi geniş təhqiqata cəlb edilərək qeyd olunan 
Qərb ölkələrində ən səmərəli multikulturalizm siyasətinin Kanada, Avstraliya və 
Hollandiyada həyata keçirildiyi göstərilir.

Müasir dövrdə Azərbaycanda multikulturalizm” 
adlı fəsildə 
multikulturalizmin Azərbaycan modeli hərtərəfli təhlil olunur. Əsası Ümummilli 
lider Heydər Əliyev tərəfindən qoyulan və müasir dövrdə ölkə Prezidenti 
cənab İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin 
əsas göstəricisi Azərbaycanda etnik və dini zəmində heç bir qarşıdurmanın 
olmaması, ölkədə ictimai-siyasi sabitliyin və davamlı milli-mənəvi həmrəyliyin 
hökm sürməsidir. Məhz belə bir uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, 
Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir. 
Dərslikdə multikulturalizmin Azərbaycan modelinin formalaşmasının obyektiv 
və subyektiv səbəbləri
,
xüsusiyyətləri nəzərdən keçirilir, multikulturalizm 
siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının beynəlxalq 
təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verilir. 
Dərslik tələbələr, magistrlər və doktorantlar, həmçinin multikulturalizmin 
aktual məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə 
tutulmuşdur.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin