Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə13/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   175
1 Multikulturalizmə giriş 2019

Akademik Ramiz Mehdiyev


I BÖLMƏ
GİRİŞ


MULTİKULTURALİZMƏ GİRİŞ
16
I FƏSİL
“MULTİKULTURALİZMƏ GİRİŞ” 
FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ. 
MULTİKULTURALİZMƏ LİBERALİZM VƏ 
KOMMUNİTARİZM YANAŞMALARI
1.1. Multikulturalizm sosial hadisə, siyasət modeli və həyat 
tərzi kimi
Multikulturalizm sosial hadisə kimi
Multikulturalizm məfhumu iki mənada işlədilir: 
geniş 
və 
dar
mənalarda. 
Geniş mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını 
əks etdirir. Məlum olduğu kimi, “multikulturalizm” məfhumu iki sözün 
birləşməsindən əmələ gəlmişdir- “multi” və “kultura” (latın dilindən 
tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna görə də sözün geniş 
mənasında multikulturalizm termini onun etimologiyasından irəli gələrək 
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir. Çoxmədəniyyətlilik 
dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu 
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur. 
Düzdür, ilk baxışda etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı 
çoxmədəniyyətlilik mənasında işlədilən multikulturalizm termininə kişi-
qadın bərabərliyi, cinsi azlıqların hüquqları kimi məsələlər də daxildir. Lakin 
multikulturalizm məhfumu çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi ilk 
növbədə etnik, irqi, dini və mədəni müxtəliflikləri və bu müxtəlifliklərin əsasını 
təşkil edən etnik-mədəni dəyərləri ehtiva edir. Bununla əlaqədar Stenford 
Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum 
qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri, şikəstlər 


17
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu 
məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları (mühacirləri) (məs., 
ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli azlıqları 
(məs. katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali 
Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər.
Müasir dövrdə, xüsusilə də qloballaşma şəraitində, etnik, irqi, dini və/ və 
ya mədəni müxtəlifliklərin mövcud olmadığı ölkəni tapmaq qeyri mümkündür. 
Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklərin ən azı birinə, bir 
neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın 
həyatında əhəmiyyətli rol oynayır. Belə ki, müxtəlifliklər xalqların etnik-mədəni 
dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və 
fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Sözün 
geniş mənasında işlədilən multikulturalizm məhfumunun əsasında biz müxtəlif 
etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları 
cəmiyyəti 
multikultural cəmiyyət 
adlandıra bilərik. Buna görə də sözün geniş 
mənasında müasir dövrdə, demək olar ki, bütün dövlətlər multikulturaldır.
Çoxmədəniyyətlilik mənasında, yəni sözün geniş mənasında işlədilən 
multikulturalizm məfhumu ilk növbədə özünü 
sosial hadisə
kimi büruzə verir. 
Multikulturalizmə sosial hadisə kimi yanaşma onun tədqiq olunmasında tətbiq 
olunan mühüm metodlardan biri olan sosioloji metodun əsasını təşkil edir. 
Multikulturalizmin sosial hadisə kimi təqdim edilməsi onun mühüm 
cəhətlərindən birinin qeyd olunması deməkdir. Bu isə onun mahiyyətinin və 
əhəmiyyətinin müəyyən edilməsinə kömək edir. Belə ki, multikulturalizmin 
sosial hadisə kimi təqdim olunması onun cəmiyyətin məhsulu olaraq ictimai 
inkişafının müəyyən mərhələsində, eləcə də cəmiyyətdə cərəyan edən bu 
və ya digər hadisələrin təsiri altında meydana gəlməsini göstərir. Məsələn, 
multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına müəyyən ərazidə uzun 
illərdən bəri müxtəlif xalqların birgə yaşamaları, miqrasiya prosesləri, xalqlar 
arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu kimi bir sıra digər 
mühüm sosial hadisələr təsir göstərmişdir. Bundan başqa multikulturalizmin bir 
sosial hadisə kimi təqdim edilməsi onun formalaşma və inkişaf mərhələlərində 
digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, 
ictimai şüurun müxtəlif formalarına və s.) təsiri, onlarla qarşılıqlı münasibətdə 
olması müəyyən edilir. 


MULTİKULTURALİZMƏ GİRİŞ
18

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin